Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə44/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Direktorun el kitabi A5 21 04 2021

TƏRİF
MÜƏLLİF(LƏR)
“Təşkilat üzvləri tərəfindən paylaşılan 
dəyərlər sistemi”
J. C. Spender (1983)
“Güclü və geniş ölçüdə paylaşılan təməl 
dəyərlər”
C. O’Reilly (1983)
“Buradakı işləri görmə şəklimiz”
T. E. Deal & A. A. 
Kennedy (1982)
“Kollektiv olaraq proqramlaşdırılmış 
düşüncələr”
G. Hofstede (1980)
“Kollektiv mənalandırmalar”
J. Van Maanen & S. 
R. Barley (1983)
“İnsanların iş həyatında yaradılan, 
müxtəlif simvolik vasitələrlə paylaşılan 
davamlı inanclar toplusu”
J. M. Kouzes, D. F. 
Caldwell, & B. Z. 
Posner, (1982)
“Təşkilatın işçilərinə verdiyi dəyərlər və 
inanclar haqqında simvollar, mərasimlər 
və miflər toplusu”
W. G. Ouchi (1981)
“Hekayələr, miflər, qəhrəmanlar, şüarlar 
kimi simvolik mənaları ehtiva edən do-
minant və daxili hökmə malik dəyərlərin 
bütünü”
T. J. Peters & R. H. 
Waterman Jr. (1982)
Mənbə: Griffin, R.W. & Moorhead, G. (2013). 
Organizational Behaviour, 11th Ed., USA: Houghton Mifflin Co., 
495


144
Cədvəldən də göründüyü kimi, təşkilat mədəniyyəti 
anlayışı ilə əlaqəli təriflərin sayı çox olmaqla bərabər, bu 
təriflərdə həm ortaq, həm də fərqli açıqlamalar var. Təşkilat 
mədəniyyəti ilə əlaqəli təriflərdəki əsas ortaq xüsusiyyətin 
anlayışın “paylaşılan dəyərləri” ifadə etməsi olması vurğu-
lana bilər. 
Bir təşkilat mədəniyyətinin əsasını formalaşdıran 7 əsas 
keyfiyyətdən bəhs etmək mümkündür (Robbins & Judge, 
2013: 520). Bu keyfiyyətlər:
a) Yenilik və risk alma,
b) Təfərrüatlara diqqət yetirmə,
c) Nəticə yönlülük,
d) İnsansevərlik,
e) Komanda yönlülük,
f) İddialılıq,
g) Sabitlik olaraq ifadə edilir.
Yenilik və risk alma təşkilatın işçilərinin yeniliklər etməyə 
və risk almağa təşviq edilmə dərəcələri ilə əlaqəlidir. 
Təfər-
rüatlara diqqət yetirmə isə işçilərin detallara həssaslıq və 
diqqət göstərməklərini və onlardan təhlil etməklərini göz-
ləmə dərəcəsi olaraq ifadə edilir. 
Nəticə yönlülük idarəet-
mənin məqsədlərin reallaşdırılmasında istifadə olunan 
texnika və proseslərdən əlavə, istər məqsədlərə, istərsə də 
nəticəyə fokuslanmaq dərəcəsi ilə əlaqəli məsələləri özündə 
ehtiva edir. İnsan
sevərlik isə idarəetmə ilə əlaqəli qərarla-
rın səbəb olacağı nəticələrin təşkilat üzvləri üzərində hansı 


145
təsirlərinin olacağını nəzərə alaraq verilmə dərəcəsi kimi 
ifadə edilir. 
Komanda yönlülük işdəki fəaliyyətlərin təkcə 
fərdlərə uyğun şəkildə təşkil olunmasını deyil, həmçinin 
komandalara görə təşkil edilməsinin dərəcəsini göstərir. 
İddialılıq işçilərin rəqabətlilik dərəcəsini bildirir. Son ola-
raq 
sabitlik isə təşkilatla bağlı fəaliyyətlərin inkişafdan 
əlavə, mövcud vəziyyətə uyğun olaraq davam etdirilmə 
dərəcəsi olaraq açıqlanır. Qeyd olunan bu xüsusiyyətlərin 
fərqli təşkilatların müqayisə olunmasında müəyyənedici rol 
oynadığı ifadə edilə bilər. 
Ümumiyyətlə, təşkilat mədəniyyəti müxtəlif yollarla for-
malaşa bilər. Təşkilat mədəniyyətinin formalaşması ümumi 
olaraq aşağıdakı mərhələləri əhatə edir (Doğan, 1997): 
a) İlk mərhələdə sadəcə bir şəxs, yəni təşkilatın yaradıcısı 
yeni bir təşəbbüs irəli sürür.
b) Növbəti, yəni ikinci mərhələdə təşkilatın yaradıcısı və 
ya qurucusu bir, yaxud bir neçə aparıcı şəxsi təşkilata cəlb 
edir və düşüncələrini bu qrupla paylaşır. Bu şəxslər təşkila-
tın yaradıcısı olan şəxsin hədəfləri ilə tanış olurlar. Yəni, bu 
şəxslər qurucu ilə birlikdə onun fikrinin doğru və dəyərli 
olub-olmadığına, mümkün risklərə, zaman, enerji və mad-
diyyat sərfinə qiymət verirlər.
c) Üçüncü mərhələdə təşkilatın qurucusu tərəfindən ya-
radılmış bu qrup təşkilat üçün yer, infrastruktur, fond və s. 
tapmağa başlayır. 
d) Son mərhələdə isə başqa şəxslər təşkilata daxil edilir 
və ümumi təşkilat mədəniyyəti yaradılmağa başlanır. 


146
Beləliklə, təşkilat mədəniyyətinin formalaşmasında təş-
kilatı quran və ona rəhbərlik edən şəxsin rolu çox əhəmiy-
yətlidir. 
Təşkilat mədəniyyətinin geniş əhatəli bir məfhum oldu-
ğu və müxtəlif elementləri əhatə etdiyi qeyd oluna bilər. Bu 
elementlərlə əlaqəli elmi ədəbiyyatlarda çoxsaylı yanaşma-
lar mövcuddur. Bu yanaşmaların bir-biri ilə bənzərlik təşkil 
edən dəyərlər, normalar, fərziyyələr, tədbirlər və mərasim-

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin