Tərcümə etdi: Rahib Alpanlı
126
GİRİŞ
Qardnerin çox şaxəli intellekt nəzəriyyəsindən sonra ar-
tıq bütün dünya qəbul edir ki, zəka, intellekt və qabiliyyət
sadəcə riyazi və məntiqi test suallarını qısa zaman inter-
valında həll etməkdən ibarət deyil. XXI əsrin ən önəmli
həyati bacarıqlarından biri özünü ifadə etmə və natiqlik
bacarığıdır. Soft skills, yəni yumşaq bacarıqlar arasında
yer alan bu keyfiyyət həyatın bütün məqamlarında insana
lazım olmaqla yanaşı, şəxsi və peşəkar inkişafda da vacib
amildir. Qədim insan anlayışında insan özü tək başına bir
məharət göstərməli olan varlıq idi. Kütləvi təhsil olmadı-
ğına görə, insanlar individual yollarla, şəxsi əzm və cəhd-
lərlə elmdə və savadda önə çıxır, töhfələr verirdilər. Orta
əsrlərdən sonra təhsilin kütləviləşməsi sayəsində daha çox
insan fundamental savada sahib olmağa başladı. Sənaye-
nin qurulması ilə birlikdə insanlar sadəcə müharibələrdə
deyil, bir işə nail olmaq, bir məhsulu ərsəyə gətirmək üçün
də komanda şəklində işləməyə başladılar. Amma bu dövr-
də hələ də natiqlik, sadəcə liderlərə lazım olan bir bacarıq
kimi düşünülür və çox az dövlət adamı tərəfindən xüsusi
dərslərlə öyrənilirdi. Müasir dövrümüzdə texnologiyaların
inkişafının həyat tərzimizə təsiri nəticəsində insanlar sosial
həyatda bir-biri ilə daha çox ünsiyyətdə olmalı olur. Dərs
izah edən müəllim, hesabat verən mühəndis, seminar keçən
127
həkim, məhkəmədə çıxış edən hakim və ya seçicilərinə mü-
raciət edən siyasətci natiqliyin özəlliklərini bilməlidir ki,
qarşısına qoyduğu məqsədlərə çata bilsin.
Şəxsi həyatında belə, insanın dərdini deyə bilməsi, təsirli
rəy bildirməsi, ailəvi dialoqları onun gündəlik həyatına və
xoşbəxtliyinə təsir edir. Ona görə də deyə bilərik ki, ünsiy-
yət bacarığı insana danışma qabiliyyəti qədər lazımlı bir
keyfiyyətdir. Ümumi olaraq, effektiv ünsiyyətin əhəmiy-
yətini beş başlıq altında qruplaşdıra bilərik.
1. Ünsiyyət insanın özünü qarşı tərəfə təq-
dim etmə şəklidir. İnsan gözəl danışıq qabiliy-
yətinə malikdirsə, sosial həyatında yeni tanış
olduğu insanlara xəyallarından, məqsədlərin-
dən bəhs edərkən özünü daha yaxşı təqdim edə
biləcək. İnsan ünsiyyətə başladığı anda, tanış
olma mərhələsində özünü yaxşı təqdim edə bil-
sə, deməli ünsiyyət daha möhkəm fundament
üzərində qurulmuş olacaq. Belə olduqda daha
uğurlu və nəticə yönlü bir münasibət yaranmış
olacaq. Əks halda, hələ yeni çıxılan yolda atılan
ilk addım uğursuzluğa aparacaq.
2. Ünsiyyət insanın özünü ifadə şəklidir. İn-
sanlarla ünsiyyətin başlıca məqsədlərindən biri
ehtiyacını təmin etmək üçün özünü ifadədir.
Əgər insan nə istədiyini qarşı tərəfə düzgün və
səlis ifadələrlə izah edə bilərsə, məqsədinə nail
ola bilər. Ehtiyac bütün insanlara məxsus bir
anlayış olduğu üçün nitq mədəniyyəti hamıya
128
lazımdır. Məsələn, insanların ən vacib ehtiyac-
larından biri evdir. Kirayə tutmaq üçün ev ta-
pan insan ev sahibi ilə düzgün ünsiyyət qura
bilməsə, onu evini kirayəyə vermə mövzusunda
tərəddüdlərə qərq edə bilər. Düzgün nitq bağlı
qapıları açan açardır.
3. Ünsiyyət və nitq insanın şəxsiyyətinin
güzgüsüdür. İnsanın şəxsiyyətinin keyfiyyəti
onun nitqindən başa düşülür. Danışıq tərzi və
nitqdə istifadə olunan ifadələr evdən çıxanda
geyinmək üçün hazırlanan paltarlara oxşayır.
Necə ki, insanlar çölə xüsusi seçdikləri geyim-
lərlə çıxırlar, eynilə üsniyyətdə də kəlmələr, ifa-
dələr və danışıq tərzi xüsusi seçilməlidir. İstifadə
olunan qarışıq və səliqəsiz cümlələr qarşı tərə-
fi insan haqqında yanlış düşüncəyə sövq edə,
yanılda bilər. Məsələn, çox səliqəli geyinən bir
insanın düzgün danışmadığı görüldükdə onun
paltarları haradansa oğurladığı düşünülə bilər.
Yəni nitqin qüsurlarını heç bir bəzəkli qiyafət
örtməz.
4. Ünsiyyət çatmaq istədiyimiz hədəfləri izah
etmə şəklidir. Dünyanın ən yaxşı universitetləri
tələbə qəbulu zamanı namizədi müsahibə edir-
lər və ilk soruşulan suallardan biri “Bu universi-
tetə və bu ixtisasa niyə gəlmək istəyirsən?” olur.
Məqsədlər və hədəflər qarşı tərəfə düzgün bir
nitq ilə çatdırıla bilmədikdə abituriyent çox qa-
129
biliyyətli olsa belə, nəticə mənfi olacaq. Bu və-
ziyyət iş müsahibələrində də belədir. Namizəd
müraciət etdiyi işi niyə seçdiyini, məqsədinin,
karyera planının nə olduğunu yaxşı izah edə
bilməyəndə, işə qəbul olunma ehtimalı azalır.
Ona görə də, məqsədləri gözəl bir nitqlə ifadə
etmək labüddür.
5. Ünsiyyət gündəlik həyatın bir hissəsidir.
Həyatın hər anında və mərhələsində düzgün
başa düşülmək çox vacibdir. Nitq mədəniyyəti
sadəcə kritik və xüsusi anlarda ehtiyac duyulan
bir anlayış deyil, gündəlik həyatdakı uğurlar
da bundan asılıdır. Nitq mədəniyyəti hakimə,
müəllimə, siyasətçiyə nə qədər lazımdırsa, sü-
rücüyə, bərbərə, avtomobil ustasına da o qədər
lazımdır.
Bəs təsirli ünsiyyət bacarığına necə yiyələnmək olar?
Ünsiyyət bacarığının hansı vacib amilləri var?
Ünsiyyət təkcə danışmaq deyil, eyni zamanda qulaq
asmaqdır. Düzgün ünsiyyət bəzi hazırlıqlar və müəyyən
prinsiplərin qorunmasını tələb edir. Səmərəli və effektiv
ünsiyyət üçün aşağıdakı amillər sadalana bilər:
• Özünü tanı.
• Açıq ürəkli və açıq sözlü ol.
• Qulaq asarkən sadəcə qulaq as.
• Empatiya qur.
130
• Tolerant ol və muhakimə etmə.
• Tənqidə açıq ol.
• Bədən dilinə diqqət et.
• Göz kontaktı qur.
• Danışıq səviyyəsinə fikir ver.
• Səs tembrinə diqqət et.
Qeyd etdiyimiz kimi, natiqin ünsiyyətinin gözəlliyi
həm də onun dinləmək bacarığında görülür. Yəni, insanlar
adətən qulaq asmağı bacarmayan insanları dinləmək istə-
mir. Təsirli qulaq asmaq üçün aşağıdakı prinsiplərə əməl
etmək vacibdir:
• Diqqətin qulaq asdığın insanda olsun.
• Tərəf müqabilinin sözünü kəsmə.
• Göz kontaktı qur.
• Son sözü demək üçün çalışma.
• Qulaq asarkən cavab hazırlamaq üçün düşünmə.
• Muhakimə etmə.
• Başa düşməyə çalış.
• Qulaq asarkən başqa işlə məşğul olma.
• Sözlərlə birgə, sözsüz mesajlara da diqqət et.
• Danışanın dediklərini başa düşdüyünə dair müəyyən
mimikalar göstər, hərəkətlər et.
Effektiv ünsiyyətin müəyyən prioritetləri var ki, onlar
131
nitq mədəniyyətini şərtləndirir. Bu prioritetlər aşağıdakı-
lardır:
• Səmimiyyət.
• Təvazökarlıq.
• Stereotiplərdən uzaq durmaq.
• Özünə inam.
• Hörmət və nəzakət.
• Sevgi dili.
• Sevgi göstərmək və sevgi görmək (simpatiya).
• Empatiya.
• İnandırıcı olmaq (razı sala bilmək).
• Anlayış və tolerantlıq.
• Davranışlardakı ahəngdarlıq.
• Kamillik.
• Özü ilə barışıq olmaq.
Ünsiyyət insanın şəxsiyyətindən, dəyərlərindən xəbər
verir. İnsanlar ünsiyyət əsnasında danışan insanı ölçüb-bi-
çir, onu tanımağa çalışırlar. Ünsiyyətin məqsədinə çatması
üçün nitqin xaricində olan amillər də vardır ki, bunlar ün-
siyyəti daha effektiv edir:
• İnsana dəyər verin.
• Söhbətin ilk saniyəsinə və danışdığınız insanın adına
fikir verin.
132
• Gülümsəyin.
• Əllə görüşürsünüzsə, sıx və tam tutun.
• İnsanları olduqları kimi qəbul edin.
• Fərqli xüsusiyyətləri tolerantlıqla qarşılayın.
• Ortaq tərəflərinizi qabağa çıxarın.
• Birbaşa tənqid etməyin və günahlandırmayın.
• Sakit olun.
Tədqiqatlar effektiv ünsiyyətin 12,5 faizinin biliklə, 87,5
faizinin isə münasibətin düzgün qurulması ilə əlaqədar ol-
duğunu göstərir. Bilmək lazımdır ki, ünsiyyətin effektiv-
liyində danışığın təsiri 7 faizdirsə, göz 55, səs 38 faiz yer
tutur. Deməli, nə danışdığınızdan çox, necə danışdığınız
vacibdir.
Effektiv nitq mədəniyyəti və onun nəticəsində qurulan
düzgün ünsiyyətin insanlara bir çox faydaları var. Bu qabi-
liyətə malik olan insan daha çox məmnun ola bilir və həyata
daha nikbin nəzərlərlə baxır. Bu isə, təbii ki, onun iş və
şəxsi həyatındakı uğurlarına təsir edir. Effektiv ünsiyyətin
faydalarından bəziləri aşağıdakılardır:
• Daxili rahatlıq
• Özünə güvən
• Emosional məmnunluq
• Psixoloji rahatlıq
• Təsir edə bilmə
133
• Səmimiyyət
• Razı sala bilmə qabiliyyəti
• Tolerantlıq
• Simpatiya
• Davranış ahəngi
• Kamillik
• Lütfkarlıq
• İctimai status
• Mövqe və vəzifə
• Geniş dost çevrəsi
• Xoşbəxtlik və uğur
Effektiv ünsiyyət anlayışında mədəniyyətlərin və dilin
xüsusiyyətlərindən asılı olaraq müxtəlif nüanslar vardır.
Nitq mədəniyyətində nitqin səmimi, saf, axıcı, özünəməx-
sus, açıq, coşqun, emosional və zərif olması nəzərdə tutulur.
Nitq mədəniyyətini inkişaf etdirmək üçün lazımlı addımla-
rı bilmək vacib olduğu kimi, çox edilən xətaları da bilmək
əhəmiyyətlidir. Aşağıdakı xətalardan qaçmaq nitqin daha
qəbul edilən və təsirli olmasını təmin edər:
• Əmr vermək
• Hədə-qorxu gəlmək
• Xəbərdarlıq
• Söhbəti yayındırmaq
134
• Ləqəb qoşmaq
• Yoxlamaq
• Nəsihət vermək
• Tənqid etmək
• Muhakimə etmək
• Uzun-uzadı danışmaq
• Günahlandırmaq
• Lağ etmək
Nitq mədəniyyətinin inkişaf etməsi və hədəflənən
məqsədə çatması üçün əvvəlcədən hazırlıqlar vacibdir. Aşa-
ğıdakı suallar əhəmiyyətlidir:
Auditoriya natiqi tanıyırmı?
Auditoriya natiqi necə tanıyır?
Bundan əvvəlki ünsiyyətlərin auditoriyanın yadında
necə qalıb?
Təsirli olmaq üçün əvvəlcə salamlaşmaq, hal-əhval tut-
maq, özünü təqdim etmək, lazımi yerdə təşəkkür etmək,
üzr istəyə bilmək və təvazökar olmaq vacibdir. Natiqin
danışığının təsirli olmasında onun kimliyinin rolu əhəmiy-
yətlidir. Ona görə də natiqin əvvəlki reputasiyası ilə nitq
vəhdət və ahəng içərisində olmalıdır. Natiq mükəmməl ol-
maq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1. Özünə güvən və inan.
2. Müsbət fikirləş və müsbət davran.
135
3. Planlı ol və çox çalış.
4. Zamanı yaxşı idarə et.
5. Fikrini işə cəmləşdir.
6. Ümidini itirmə.
Son olaraq, deyə bilərik ki, nitq mədəniyyəti söz qədər
önəmlidir. Sözün hikmətinə dair Şərq və Qərb mütəfəkkir-
lərinin müxtəlif qiymətli kəlamları var.
Dostları ilə paylaş: |