Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə43/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Direktorun el kitabi A5 21 04 2021

MƏDƏNİYYƏT ANLAYIŞI 
Təşkilat mədəniyyəti və bir təhsil təşkilatı olaraq mək-
təb mədəniyyətinin nə ifadə etdiyini açıqlamazdan əvvəl 
mədəniyyət anlayışının izah edilməsinə ehtiyac vardır. Mə-
dəniyyət anlayışının həm gündəlik həyatda, həm də akade-
mik sahədə tez-tez istifadə olunan bir anlayış olduğu qeyd 
edilə bilər. Mədəniyyət anlayışı fərqli kontekstlərdə istifadə 
olunduğu üçün anlayışın ifadə etdiyi mənalarda da fərqlər 
görmək mümkündür. Alfred Kroeber və Clyde Kluckho-
hn1952-ci ildə fərqli elmi və populyar mənbələrdən fay-
dalanaraq mədəniyyət anlayışı ilə əlaqəli topladıqları 164 
tərifi bir arada təqdim etmişlər (Oğuz, 2011). Bu, mədə-
niyyət anlayışının nə qədər əhatəli bir məfhum olduğuna 
işarə edir. 


141
Mədəniyyət ilə əlaqəli elmi ədəbiyyatlardakı təriflər an-
layışın istifadə edildiyi elm sahəsinə görə dəyişir. E. B. Tylor 
mədəniyyət anlayışını “
cəmiyyətin bir üzvü olaraq fərdin qa-
zandığı bilik, inam, sənət, əxlaq, hüquq, vərdiş və digər qabi liyyət 
və vərdişləri özündə birləşdirən kompleks” olaraq ifadə etmişdir 
(Fichter, 2002). Bir başqa tərifdə isə mədəniyyət anlayı-
şı bir qrupdakı, təşkilatdakı və ya cəmiyyətdəki fərdlərin 
hansı hərəkətlərin məqbul, hanı hərəkətlərin qəbuledilməz 
olduğunu anlamalarına yardımçı olan, ümumi olaraq təbii 
qəbul edilən paylaşılmış dəyərlər məcmusu şəklində ifa-
də edilir (Griffin və Moorhead, 2013: 35). Hər cəmiyyə-
tin özünəməxsus bir mədəniyyəti vardır və mədəniyyətin 
əsasını təşkil edən dəyərlərin bir-birindən fərqləndiyi qeyd 
edilə bilər. 
TƏŞKİLAT MƏDƏNİYYƏTİ ANLAYIŞI 
Mədəniyyət anlayışının təşkilatların idarə edilməsində 
rolunun öyrənilməsinin tarixi çox qədim deyildir. Təşkilat 
mədəniyyəti ilə əlaqəli həyata keçirilən tədqiqatların tarixi 
təxminən 1950-ci illərə gedib çıxır. Elm xadimləri XX əsrin 
ikinci yarısından başlayaraq bu mövzunun nəzəri hissəsini 
tədqiq etmişlər. Lakin praktikaya və ya tətbiqetməyə əsas-
lanan tədqiqatların 1970-ci illərdən başladığı və 1980-ci 
illərə doğru getdikcə daha çox aparıldığı qeyd edilmişdir 
(Raelin, 1999).
1980-ci illərdən başlayaraq təşkilat mədəniyyəti anlayışı 
təşkilati davranış ilə əlaqəli olan tədqiqatların mərkəzində 
yer almağa başlamışdır. Bəhs edilən dövrdən başlayaraq 
mövzu ilə əlaqəli çoxsaylı kitablar nəşr olunmuş, həmçi-


142
nin akademik jurnallar demək olar ki, bütün mövzula-
rını mədəniyyət müzakirələrinə həsr etmişdir (Griffin və 
Moorhead, 2013:494). Nisbətən yeni anlayış olan təşkilat 
mədəniyyəti daha əvvəllər antropologiya, etnoqrafiya və 
sosiologiya kimi fərqli elm sahələrində istifadə olunmuşdur 
(Unutkan, 1994). 
Təşkilat mədəniyyəti anlayışı ilə əlaqəli elmi ədəbiyyat-
larda çoxsaylı təriflərə rast gəlmək mümkündür. Bir tərifdə 
təşkilat mədəniyyəti hakim və paylaşılan dəyərlərdən ibarət 
olan, işçilərdə simvolik mənalarla əks olunan, təşkilat daxi-
lindəki hekayələr, inanclar və şüarlardan meydana gələn bir 
struktur şəklində ifadə edilir (Peters & Waterman, 1982). 
Bir başqa tərifdə isə təşkilat mədəniyyəti “işçilər arasın-
da paylaşılan dəyərlər sistemi” kimi ifadə edilir və təşkilat 
mədəniyyətinin bir qurumu digərindən fərqləndirən əsas 
xüsusiyyət olduğu bildirilir. Təşkilat mədəniyyəti üzvlə-
rin təşkilat mədəniyyətinin xüsusiyyətlərini sevib-sevmə-
diklərindən daha çox, bu xüsusiyyətləri necə qavradıqları 
məsələsini diqqət mərkəzində saxlayır (Becker, 1982, akt. 
Robbins & Judge, 520 :2013).
Təşkilat mədəniyyəti mövzusunda çoxsaylı elmi təd-
qiqatlar aparan və bu sahədə tanınan Schein isə təşkilat 
mədəniyyətini bir qrupun effektiv şəkildə işləyə bilməsi 
üçün zəruri olan və yeni üzvlər tərəfindən də qəbul edilən, 
ətrafa qarşı bütünləşmə və daxili uyğunlaşmanı təmin 
etmək ilə əlaqəli olan bir yanaşma olaraq izah edir (Schein, 
1990: 110). Təşkilat mədəniyyəti idarəçilik elmində get-
dikcə daha çox əhəmiyyət qazanan və bu sahədə aparılan 


143
tədqiqatların da artmasına səbəb olan bir anlayış olaraq 
ifadə edilə bilər (Çelik, 1997: 1). 
Griffin və Moorhead (2013) anlayışla əlaqəli müxtəlif tə-
rifləri bir araya toplamışdır. Tədqiqatçılar tərəfindən hazır-
lanan və təşkilat mədəniyyəti anlayışını açıqlayan təriflərin 
əks olunduğu cədvəl aşağıda təqdim olunmuşdur. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin