147
üçün açıq olmadan qəbul edilir (Schneider, 1988 akt. Kök-
sal, 2007:411).
Tədbir və mərasimlər təşkilat ilə əlaqəli əhəmiyyətli ha-
disələrdir. Tədbirlərin məqsədi bir mesajı ötürmək və yaxud
da xüsusi bir hadisəni qeyd etmək olaraq ifadə edilir. Me-
sajlar ötürüldüyü zaman isə təşkilat işçiləri mədəniyyə-
tin bir parçası olan simvollara, qəhrəmanlara və miflərə
aid bayramlar edirlər. Bu bayramlar adətlərin yaşadıldığı
təd birlərdir (Özkalp & Kırel, 2001:209).
Təşkilatlarda-
kı mə rasimlərlə əlaqəli ədəbiyyatlarda müxtəlif fikirlər
möv cuddur. Ən çox qəbul edilən fikirlərdən birinin Nel-
son və Campbell (1997) tərəfindən irəli sürülən kate qo-
riyalaşdırma olduğu qeyd edilə bilər. Tədqiqatçılar təş-
kilatlarda 6 növ müxtəlif mərasim olduğunu iddia etmişdir.
Bu növlər aşağıdakılardır:
a) Statusla əlaqəli mərasimlər
b) Təşviq ilə əlaqəli mərasimlər
c) Yeniləmə ilə əlaqəli mərasimlər
d) Bütünləşmə ilə əlaqəli mərasimlər
e) Münaqişələri
azaldan mərasimlər
f) Dərəcəni azaldan mərasimlər
Statusla əlaqəli olan mərasimlər fərdlərin statuslarındakı
dəyişikliyi ifadə edir. Buna nümunə olaraq, işçilərin təqaüdə
çıxması ilə əlaqəli təşkil olunan mərasimləri göstərmək olar.
Təşviq ilə əlaqəli mərasimlər isə fərdlərin uğurlarına dəstək
vermək məqsədi ilə həyata keçirilir. Məsələn, təşkil olunmuş
148
bir yarışda uğurlu olanlara mükafatların
verilməsi buna nü-
munə olaraq göstərilə bilər.
Yeniləmə ilə əlaqəli təşkil oluna
mərasimlər təşkilat daxilində baş verən yeniliklərə əhəmiy-
yət verməklə bərabər, həm də öyrənməyi təşviq edir və bilik
əldə etmək üçün cəsarətləndirir. Buna nümunə olaraq isə
bir təşkilatın bir təlim mərkəzi açmasını göstərmək olar.
Bütünləşmə ilə əlaqəli mərasimlər təşkilatdakı fərqli qrup-
ları birləşdirməyi və daha böyük
bir təşkilat olma hədəfini
məqsəd olaraq qarşıya qoyur. Təşkilat üzvləri üçün ger-
çəkləşdirilən pikniklər buna nümunə olaraq göstərilə bilər.
Münaqişələri azaldan mərasimlər təşkilatda meydana gələn
konfliktləri və anlaşılmazlıqları ortadan qaldırmağı hədəflə-
yir. Nümunə üçün, hər hansı bir məsələ ilə əlaqədar ortaya
çıxan şikayətlərin dinlənməsi buna misal ola bilər.
Dərəcə
azaltmaq məqsədilə təşkil olunan mərasimlərin məqsədi
təşkilatın davranış və normalarını tətbiq
etməkdə uğursuz
olan fərdləri cəzalandırmaqdır. Məsələn, təşkilatlarda bəzən
idarəçilər təşkilatın hədəflərinə nail ola bilmədikdə və ya
hər hansı bir etik olmayan davranış nümayiş etdirdikləri
zaman səs-küylü bir şəkildə vəzifədən uzaqlaşdırılırlar. Nə
qədər xoşagəlməz hal olaraq qiymətləndirilsə də, bu məra-
simlərdən istifadə hallarına rast gəlmək mümkündür.
Dostları ilə paylaş: