TƏŞKİLAT İQLİMİ VƏ BİR TƏHSİL MÜƏSSİSƏSİ
OLARAQ MƏKTƏB İQLİMİ
Təşkilat mədəniyyəti ilə əlaqəli bir anlayış da iqlim an-
layışıdır. Beynəlxalq ədəbiyyatda təşkilat iqlimi ilə əlaqəli
müxtəlif tədqiqatçılar tərəfindən verilən fərqli təriflərə rast
gəlmək mümkündür. Ən bəsit tərifə görə, təşkilat iqlimi
təşkilatın üzvlərinin işlədikləri təşkilat və iş şəraiti haqın-
da paylaşdıqları qavrayışlarını ifadə edir (Denison, 1996).
Bir başqa tərifdə isə təşkilat iqlimi
“iş yerindəki insanlar
tərəfindən birbaşa və ya dolayı yolla qavranan və motivasiya və
157
davranışlara təsir göstərə bilməsi ehtimal edilən bir sıra ölçülə
bilən xüsusiyyətlərin məcmusu” olaraq ifadə edilir (Litwin &
Stringer, 1968, akt. Veziroğlu-Çelik & Yıldız, 2018). Təş-
kilat iqlimi təşkilatın xarakteristikasını formalaşdıran və
onu digər təşkilatlardan ayıran, təşkilatın üzvlərinin dav-
ranışlarına təsir edən, konkret olaraq gözlə görünməyən,
yəni mücərrəd olan, yalnız təşkilatın daxilindəki şəxslərin
hiss edib qavraya bildiyi bir anlayış olaraq qiymətləndirilir
(Genç & Karcıoğlu, 2000: 24).
Təşkilat iqlimi anlayışının tarixinin 1960-cı illərə qədər
getdiyi qeyd edilə bilər. Sosial elmlər sahəsində ən zəngin
keçmişə malik olan anlayışlardan biri olaraq qəbul edilən
təşkilat iqlimi anlayışı ilk dəfə 1960-cı ildə tədqiqatçı
George Sterns tərəfindən ali təhsil müəssisələri ilə əlaqəli
tədqiqatda istifadə olunmuşdur. Tədqiqatçı iqlim anlayışını
açıqlayarkən “şəxsiyyət insan üçün nədirsə, iqlim də təşkilat
üçün odur” formasında bir bənzətmə etmişdir. Daha sonrakı
müddətdə isə məktəb və digər təşkilatlarla əlaqəli olaraq
istifadəsi fərqli konseptual perspektivlərlə sürətli bir şəkildə
yayılmışdır (Hoy, 2002: 2122).
Təşkilat iqlimi işçilər üçün müsbət bir ab-hava yarada-
raq onların həm emosional vəziyyətlərini, həm də əhvalına
təsir edə bilir və beləliklə, onların işlədikləri təşkilatlara
bağlanmalarını təmin edəcək bir mədəniyyətin formalaş-
masında effektiv rol oynayır. Təşkilat iqlimi həm də şəxsin
məqsədləri ilə təşkilatın məqsədlərinin uyğunlaşdırmaq,
nümayiş etdirilən davranışları tənzimləmək, təşkilat mədə-
niyyətini qəbul etdirmək və ya mənimsətmək, münaqişələ-
158
rin idarəolunması, təşkilatın inkişaf etdirilməsi və şəxsin
işlədiyi təşkilata verdiyi töhfəni artırmaq ilə əlaqəli mühüm
funksiyaları icra edir (Yüceler, 2009).
Bir təhsil təşkilatı olaraq məktəbin də özünəməxsus iq-
liminin olduğu söylənə bilər. Məktəb iqlimi ilə əlaqəli bey-
nəlxalq ədəbiyyatlarda çoxsaylı təriflərin olduğu qeyd edilə
bilər. Bu mənada məktəb iqlimi anlayışı haqqında hər kəs
tərəfindən qəbul edilmiş bir tərifin olduğunu söyləmək çə-
tindir. Məsələn, bir tərifdə məktəb iqlimi məktəbdəki fərdlər
ilə məktəbin həm sosial, həm də fiziki çevrəsi arasında qar-
şılıqlı əlaqə nəticəsində formalaşan, bir məktəbi digərindən
ayıran və məktəbdəki fərdlər tərəfindən psixoloji olaraq qav-
ranılaraq hiss edilən xüsusiyyətlərin məcmusu olaraq ifadə
edilir (Topçu, 1998). Bir başqa açıqlamada isə məktəb iq-
limi qavranılması asan olan, lakin tərif edilməsi, ölçülməsi
və istiqamətlənməsi çətin olan bir anlayış olaraq qeyd edilir
(Ellis, 1988). Məktəb iqlimi həm də məktəbdəki şagirdlərin,
pedaqoji kollektivin və digər personalın məktəbdə keçirdik-
ləri zaman müddətində özlərini hiss etmə formaları olaraq
tərif edilmiş və məktəbdə mövcud olan iqlimin şagirdlərin
və eyni zamanda müəllimlərin həyatlarına təsir edən mühit
olduğu ifadə edilmişdir (Tableman, 2004).
Məktəb iqlimi anlayışı ilə əlaqəli tədqiqatlar aparan ək-
sər araşdırmaçıların anlayışın həm
fiziki, həm də sosial və
akademik ölçüləri özündə ehtiva edən çoxölçülü bir struktur
olduğunu qəbul etdiyini söyləmək mümkündür. Fiziki öl-
çülər deyiləndə məktəbin binası və sinif otaqlarının görünüşü,
məktəbin böyüklüyü və sinifdəki şagirdlərin müəllimlərə nisbə-
159
ti, sinif otaqlarının tərtibi və təşkili, resursların mövcudluğu,
təhlükəsizlik və rahatlıq nəzərdə tutulur. Sosial ölçülər
şagirdlər, müəllimlər və personal arasındakı əlaqələrin key-
fiyyəti, müəllim və personal tərəfindən şagirdlərə bərabər
və ədalətli münasibət, şagirdlər arasında rəqabət dərəcəsi və
sosial müqayisə və son olaraq isə şagirdlərin, müəllimlərin
və personalın məktəbdə qəra
rvermə prosesinə töhfə vermə dərəcə-
si kimi məsələləri əhatə edir. Son olaraq, akademik ölçülər
tədrisin keyfiyyəti, şagirdlərin müvəffəqiyyəti üçün müəllimlərin
gözləntiləri və nəhayət şagirdlərin inkişafını izləmək və nə-
ticələri şagirdlərə və val
ideynlərinə bildirmək kimi mövzuları
özündə ehtiva edir (Loukas, 2007).
Müsbət və ya mənfi xüsusiyyətlərə malik olan məktəb
iqliminin məktəbdəki bütün şəxslərə və ümumiyyətlə mək-
təbin müvəffəqiyyət göstəricilərinə fərqli təsirlərinin olduğu
ifadə edilir. Müsbət bir məktəb iqlimi qayğıkeş, etibarlı və
dəstəkləyici bir mühit vasitəsilə öyrənməyi və şagird nailiy-
yətini təşviq edər. Müsbət olmayan, yəni mənfi bir məktəb
mühiti isə şagird nailiyyətinin qarşısında bir əngəl ola bilər.
Hər hansı bir məktəbin iqliminin təbiəti fiziki, sosial, emo-
sional və akademik şərtlərin tədqiq edilməsi ilə aşkar olu-
na bilər (Moran, Carlson & Tableman, 2012: 2962-2963).
Müəllimlər üçün sağlam bir iş mühitinin formalaşmasını
təmin edən müsbət iqlim, eyni zamanda şagirdlər üçün də
yaxşı bir öyrənmə mühitinin formalaşdırılması üçün əsas
şərt olaraq qeyd edilir (Hoy, Tarter & Kottkamp, 1991,
akt. Çalık & Kurt, 2010).
Məktəb iqliminin sağlam olması müəllimlər arasında
160
peşəkar münasibətlərin formalaşmasına və onların akade-
mik olaraq təkmilləşdirilməsinə böyük töhfə verir. Beləliklə,
məktəb iqlimi məktəbin normativ mühitini formalaşdırır və
müəllim davranışlarına təsir edən kollektiv səriştəlilik nor-
malarını yaradır. Müəllimlər tədris prosesində şagirdlərin
öyrənməsinə kömək edəcək effektiv strategiyaları həyata
keçirə biləcəklərinə inandıqları müddətdə və məktəb iqlimi
onları dəstəklədikləri təqdirdə, tədris prosesində şagirdlərin
nailiyyətlərini artırmaq üçün daha çox məsuliyyət daşıyırlar
(Education Encylopedia, 2009). Bu baxımdan məktəblərdə
müsbət bir iqlimin təkcə şagirdlərə deyil, eyni zamanda
müəllimlər və idarəçilər arasındakı münasibətlərə müsbət
təsir etdiyi qeyd edilə bilər. Bundan əlavə, təşkilat iqlimi-
nin təşkilat üzvlərinin işlədikləri müəssisəyə qarşı bağlılıq
duyğusunu hiss etməsinə və öhdəçilik almasına təsiri nəzərə
alındığı zaman müsbət bir iqlimin formalaşması və inkişaf
etdirilməsinin zəruri olduğu qeyd edilə bilər. Təşkilatın
daxilində müsbət xüsusiyyətlərə malik bir iqlimin
formalaşdırılması həm təşkilat nöqteyi-nəzərindən, həm
də təşkilat üzvlərinə olan təsiri baxımından əhəmiyyətlidir.
Məktəbdə müsbət bir iqlimin yaradılmasında ən böyük
məsuliyyət sahibi isə məktəb direktoru və pedaqoji
kollektivin digər nümayəndələridir. Ona görə də məktəb
direktorları rəhbərlik etdikləri təşkilatlarda müsbət və sağ-
lam bir iqlimin formalaşması üçün səy göstərməli və bu
istiqamətdə işlər görməlidirlər.
|