Direktorun el kitabi A5 21 04 2021. indd


MƏKTƏB MƏDƏNİYYƏTİ ANLAYIŞI VƏ MƏKTƏB



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
Direktorun el kitabi A5 21 04 2021

MƏKTƏB MƏDƏNİYYƏTİ ANLAYIŞI VƏ MƏKTƏB 
MƏDƏNİYYƏTİNİN FORMALAŞMASINDA 
DİREKTORUN ROLU
Hər təşkilatda olduğu kimi bir təhsil təşkilatı olaraq 
məktəbin də özünəməxsus mədəniyyəti vardır. Məktəb 
mədəniyyəti deyərkən məktəbə xas olan dəyər, inanc və 
normaların birləşməsi nəzərdə tutulur. Məktəb mədəniyyə-
ti anlayışı ilə əlaqəli hamı tərəfindən qəbul edilmiş bir tərif 


152
olmadığı üçün tədqiqatçılar məktəb mədəniyyətini fərqli 
ifadələrlə izah etməyə çalışmışlar. 
Anlayışla bağlı təriflərdən bəziləri məktəb mədəniyyətini 
məktəblərin tarixləri içərisində formalaşan dəyər və inanc qə-
libləri və adətlər; müəllim, şagird, idarəçi və məktəbin digər 
üzvlərinin paylaşdıqları və onların davranışlarına istiqamət 
verən inanclar; məktəb üzvləri tərəfindən müəyyən ölçüdə 
paylaşılan və tarixi olaraq ötürülən normalar, dəyərlər, 
inanclar, adətlər, tədbirlər və s. formasında ifadə etmişdir 
(Stolp və Simith, 1997, akt. İpek, 1999: 92-93). 
Məktəb mədəniyyəti idarəçi, müəllim və şagirdlərin pay-
laşdıqları və onların fəaliyyətlərinə istiqamət verən inanclar 
olaraq ifadə edilir (Heckman, 1993). Məktəb mədəniyyə-
ti zaman içərisində formalaşır, təkmilləşir və aid olduğu 
məktəbə xas olan bir struktur qazanır (Deal və Peterson, 
1999). Məktəb mədəniyyəti orada işləyən müəllimlərin və 
digər işçilərin, həmçinin şagirdlərin davranışlarında sim-
vollaşdırılır. Müxtəlif məktəblərin fərqli mədəniyyətləri, 
üzvlərin əməkdaşlığı, yenilikləri qəbul etmə və adaptasi-
ya olma, problemin həllində tərcih etdikləri yol və s. kimi 
fərqli davranış formalarına malik olmaqda əhəmiyyətli rol 
oynayır (Alemdar və Köker, 2013).
Məktəbin tarixi və ənənələri, məktəb personalının təcrü-
bələri, qarşılıqlı əlaqələr zaman keçdikcə məktəbdən-məktə-
bə orijinal bir mədəniyyətin formalaşmasına səbəb olur. Bu 
mədəniyyət isə normalar, inanclar, davranış və s.-dən forma-
laşır. Nəticədə məktəbdə nələrə əhəmiyyət verildiyi, nələrin 
dəyərsiz olduğu, necə hərəkət ediləcəyi mövzusunda işçilər 
arasında ortaq fikirlər yaranır. Mövzu ilə əlaqəli aparılan tə-


153
dqiqatlar effektiv olan məktəblərdə bu mədəniyyətin təlim 
və tədris prosesini dəstəklədiyi və fərdi öyrənmə və inkişaf 
səylərini təşviq etdiyini göstərmişdir (Balcı, 2002: 187).
Məktəblərdə arzu olunan səviyyədə təşkilat mədəniy-
yətinin formalaşması işində həm müəllimlərin və məktəb 
direktorlarının, həm də təşkilatın dəyərlərinin bir-birinə 
uyğun olmasının böyük əhəmiyyət kəsb etdiyi qeyd edilə 
bilər. Arzu olunan səviyyədə və güclü bir mədəniyyətə ma-
lik məktəblərin qarşıya qoyduqları məqsədlərə nail olması 
ehtimalının yüksək olduğu ifadə edilə bilər. 
Məktəblərdə bir müvəffəqiyyəti qeyd etmək və ayrı-ayrı 
şəxslərin məktəblərə verdikləri töhfələri göstərmək üçün 
tez-tez təşkil olunan mərasimlər/tədbirlər vardır. Məktəb 
mədəniyyəti həmçinin əsas və əhəmiyyətli dəyərlər yolu ilə 
əlaqə qurmaq, vəzifə və tapşırıqları vurğulamaq və paylaşı-
lan bir bağlılıq duyğusunu formalaşdırmaq üçün simvollar 
və hekayələri də özündə ehtiva edir (Çelikten, 2006). 
Məktəbin hər bir üzvünün paylaşdığı normalar, dəyərlər, 
inanclar, tədbirlər, adətlər və s. məktəbə üzvlər tərəfindən 
kənardan gətirilə biləcəyi kimi, həm də məktəb mühitin-
də də formalaşdırıla bilər. Çünki təşkilat mədəniyyətinin 
formalaşmasında ətraf mühit və müəssisə ilə əlaqəli faktor-
lar təsiredici rola malikdirlər (İpek, 1999: 93). Ümumiy-
yətlə, müəllimlər, idarəçilər, şagirdlər və digər personalın 
qarşılıqlı münasibəti zamanı meydana çıxan əlaqə məktəb 
mədəniyyətinin müəyyənedici elementləri hesab olunur. 
Lakin burada ən böyük məsuliyyətin məktəb direktoruna 
aid olduğu qeyd edilə bilər. 


154
Mövzu ilə əlaqəli aparılmış tədqiqatlar da müəllimlə-
rin məktəb direktorlarını məktəb mədəniyyətinin ən vacib 
təmsilçisi olaraq gördükləri fikrini təsdiq etmişdir (Çelik, 
2000). Sağlam bir məktəb mədəniyyətinin formalaşmasın-
da məktəb direktorunun əhəmiyyətli bir rola sahib olduğu 
qeyd edilə bilər. Məktəb direktorları icra etdikləri vəzifə-
dən irəli gələrək məktəbdə yaradılan mədəniyyətə rəhbər-
lik etmək, mədəniyyəti idarə etmək və dəstəkləmək işinə 
məsul şəxslərdir. Məktəb direktorları bu işdə müvəffəqiyyət 
əldə etmək üçün ilkin olaraq mövcud olan mədəniyyəti 
bilmək məcburiyyətindədirlər (Deal və Kennedy, 1983, 
akt. Çelikten, 2006). Yəni, məktəb direktorları məktəb-
dəki mədəniyyəti anlaya bilmək üçün rəhbərlik etdikləri 
müəssisədə necə bir mədəniyyətin hakim olduğunu müəy-
yən etməyi bacarmalıdırlar. Bunun üçün də, məktəb mədə-
niyyətinin xüsusiyyətlərini və bu xüsusiyyətlərin məktəbin 
effektivliyində əks olunması haqqında da məlumata sahib 
olmaları və təhlil apara bilmələri şərtdir (Arslan, Satıcı və 
Kuru, 2007).
Məktəbdə güclü bir mədəniyyətin varlığı o məktəbin 
effektivliyi üçün əsas şərtlərdən biridir. Güclü məktəb mə-
dəniyyəti isə həm müəllimlərin, həm də idarəçinin və digər 
üzvlərin ortaq normalar, inanclar ətrafında birləşmələri 
nəticəsində ortaya çıxa bilər. Güclü təşkilat mədəniyyəti 
işçilərin təşkilatın əsas dəyərlərinə yüksək səviyyədə bağlı 
olduqlarını ifadə edir (İpek, 1999). Aparılmış tədqiqatlar 
güclü mədəniyyətə sahib olan məktəblərdə nəzarət funk-
siyasının daha az hiss edildiyi fikrini ortaya qoymuşdur 
(Çelik, 2000). Yəni, bir məktəbdə nailiyyət əldə etmək 


155
üçün hər şeydən öncə müvəffəqiyyətə dəyər verən, effek-
tiv öyrənməni təşviq edən bir mühiti və əməkdaşlığı ön 
planda tutan bir mədəniyyətin formalaşdırılması şərtdir 
(Balcı, 2002). Güclü olmayan, yəni zəif olan məktəb mə-
dəniyyətində idarəçilər, müəllimlər, şagirdlər və həmçinin 
valideynlər arasında bağların zəif olduğu, məktəbin bütün 
üzvlərinin bir-birilərindən gözləntilərinin aşağı səviyyədə 
olduğu, motivasiyalarının aşağı olduğu, münaqişələrin 
səviyyəsinin yüksək olduğu, üzvlər arasında koordinasiya 
problemlərinin olduğu, sevgi və hörmət kimi mənəvi dəyər-
lərin zəiflədiyi müşahidə olunmuşdur (Genç, 1993). Belə 
münasibətlərin olduğu məktəblərdə isə yüksək göstəricilər 
əldə etməyin mümkün olmayacağı təxmin edilir. 
Qeyd edildiyi kimi, sağlam, güclü bir məktəb mədəniy-
yətinin formalaşmasında və qorunmasında məktəb direk-
torlarının əvəzsiz rolu vardır. Müsbət bir məktəb mədəniy-
yəti yaratmaq və gücləndirmək üçün direktorlar iclaslarda, 
tədbirlərdə əldə edilmiş nailiyyətləri qeyd edir, hər fürsətdə 
müvəffəqiyyət və əməkdaşlıq ilə əlaqəli hekayələr danışırlar 
(Çelikten, 2006).
Güclü, orijinal bir məktəb mədəniyyətinin formalaşma-
sına töhfə verən mək təb direktorunun daha sonrakı pro-
seslərdə formalaşan mədəniyyəti ətrafa ta nıtması da zəru-
ridir. Məktəb direktoru bu yolla daha sağlam bir mək təb 
– ətraf mühit münasibəti formalaşdıra bilər. Şagirdlərin 
valideynləri mək tə bə onun mədəniyyətinə bələd olduqları 
ölçüdə qayğı göstərərlər. Məktəb mə də niyyətinin doğru 
formada və uğurlu təbliğatı məktəbin qarşısına qoyduğu 


156
məqsədləri reallaşdırmaq üçün ətraf mühitin bəzi imkan-
larının istifadəsini asanlaşdıra bilər (Çelik, 2000). Aparılan 
tədqiqatlar da müvəffəqiyyətli məktəb lərin mədəni xüsu-
siyyətlərinin kökündə sağlam və etibarlı bir ətraf mühit 
tərəfindən dəstəklənən güclü dəyərlərə sahib olmaqlarının 
dayandığını göstərmişdir (Smith, 2001).
Qeyd olunanlar diqqətə alındığı zaman bir təhsil lide-
ri olaraq məktəb direktorunun rəhbərlik etdiyi məktəbin 
mədəniyyətinin formalaşmasında mühüm rolu vardır. Ona 
görə də məktəb direktoru məktəbin mədəniyyətinin forma-
laşmasına və inkişafına müsbət təsir edən elementlər (ün-
sürlər) haqqında məlumat sahibi olmalı, müsbət və güclü 
bir təşkilat mədəniyyətin formalaşması üçün səy göstərmə-
lidir. Mədəniyyətin güclü olması məktəbin effektivliyi ilə 
birbaşa əlaqəlidir. Bu baxımdan məktəb direktoru effek-
tivliyi təmin etmək üçün rəhbərlik etdiyi qurumda güclü 
bir mədəniyyətin formalaşmasından məsul olan şəxs olaraq 
lazımi mühitin yaradılması üçün təşəbbüs göstərməlidir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin