Direktorun el kitabi A5 21 04 2021. indd


̶ 7 ̶ MƏKTƏBDƏ EFFEKTİV ÜNSİYYƏT



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Direktorun el kitabi A5 21 04 2021

̶ 7 ̶
MƏKTƏBDƏ EFFEKTİV ÜNSİYYƏT 
VƏ NİTQ
- Qoşqar Məhərrəmov - 
İnsanlar qarşılıqlı şəkildə bir-birlərindən nə istədiklərini tam 
olaraq desəydilər, daha xoşbəxt və karlı olardılar.
Höte 
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi oxucuları məktəbdə ef-
fektiv ünsiyyət mühitinin qurulması haqqında 
maariflləndirməkdir. Bölmənin sonunda oxu-
cular:
• Ünsiyyətin nə olduğunu dərindən öyrənəcək;
• Effektiv ünsiyyət üçün lazım olan element-
lərlə tanış olacaq;
• Məktəbdə effektiv ünsiyyət mühitini qur-
mağın yolları haqqında məlumatlarla tanış 
olacaqlar.
Açar sözlər: Effektiv ünsiyyət, məktəbdə ünsiyyət, 
nitq mədəniyyəti.


122
NÜMUNƏ HADİSƏ 
Söyləyəcəklərim illər əvvəl ibtidai sinif müəl-
liməsi xanım Tomsonun həyatında baş verib. 
O, dərs ilinin ilk günündə 5-ci sinif şagirdlərinə 
yalan danışdı. Bütün müəllimlər kimi şagird-
lərin üzlərinə baxaraq hamısını eyni səviyyədə 
sevdiyini bəyan etdi. Lakin bu, mümkün deyil-
di. Ona görə ki, ön cərgədə, partasının üstünə 
uzanmış Teddi Stoddard adlı bir oğlan vardı. 
Həm də bu sözləri söyləməzdən əvvəl xanım 
Tomson Teddinin hər halını diqqətlə müşahidə 
etmiş, onun digər uşaqlarla yaxşı oynamadığı-
nı, üst-başının səliqəsizliyini, həmişə çimməyə 
ehtiyacı olduğunu görmüşdü. Buna görə də 
Teddi onun xoşuna gəlməyə bilərdi. İş o yerə 
gəlib çatdı ki, xanım Tomson onun yazı işləri-
nin üzərinə qalın qırmızı qələmlə “X”lər (yəni, 
səhvdir – R. A) qoymaqdan, başda da böyük “F” 
(yəni, çox zəifdir – R. A) yazmaqdan zövq almağa 
başladı. Bir gün xanım Tomson işlədiyi məktə-
bin qayda-qanunlarına əsasən, dərs dediyi hər 
bir şagirdin şəxsi işini gözdən keçirərək ötən 
illərdə onların necə fəaliyyət göstərdikləri ilə 
tanış olmağa başladı. Xanım Tomson, şübhəsiz, 
Teddinin işini lap axıra saxladı. Lakin Teddinin 
şəxsi işini gözdən keçirərkən o, birinci sinif 
müəlliminin qeydlərinə mat qaldı. Müəllim yaz-
mışdı: “Teddi gülməyə həmişə hazır, əla uşaqdır. 


123
O, işini səliqə ilə görür, yaxşı davranır, adamda 
şən əhval yaradır”. Teddinin ikinci sinif müəlli-
mi yazırdı: “Teddi əlaçı şagirddir, sinif yoldaşları 
tərəfindən sevilir, lakin anası ölümcül xəstəliyə 
tutulandan bəri narahatdır. Görünür, evdə həya-
tı çox çətindir”. Teddinin üçüncü sinif müəllimi 
yazırdı: “Anasının ölümü ona ağır zərbə oldu. O, 
əlindən gələni etmək istəyir, lakin atası onunla 
çox maraqlanmır. Tədbir görülməsə, yaşadıq-
ları ona mənfi təsirsiz ötüşməyəcək”. Teddinin 
dördüncü sinif müəllimi yazırdı: “Teddi özünə 
qapanıb, dərslərinə maraq göstərmir. Dostla-
rından ayrılıb, bəzən dərsdə yatır”. Xanım Tom-
son artıq məsələnin mahiyyətini anlamış və öz 
hərəkətindən utanmağa başlamışdı. Şagirdləri 
ona gözəl kağızlara bükülmüş, qəşəng bantlarla 
bağlanmış Yeni il hədiyyələri gətirəndə o daha 
da pis oldu. Teddinin hədiyyəsi yöndəmsiz şəkil-
də ərzaq torbasından düzəltdiyi qalın, qəhvəyi 
kağıza bükülmüşdü. Xanım Tomson bu dəfə 
Teddini axıra saxlamamaq üçün çox çalışdı. Bir-
iki hədiyyədən sonra onunkunu açdı. Qaşlarının 
bir neçəsi düşmüş süni almaz bilərziyi, içində 
dörddə biri qədər ətir olan şüşəni görəndə 
uşaqlar gülməyə başladı. Müəllimənin bilərziyi 
taxıb, ətirdən də bir az biləyinə çəkib, onun nə 
qədər gözəl olduğunu deməsi şagirdlərin gü-
lüşünü kəsdi. Teddi Stoddard o gün dərsdən 
sonra: “Xanım Tomson, bu gün sizdən, sadəcə, 


124
anamın qoxusunu duydum”, – demək üçün lən-
gidi. Uşaqlar gedəndən sonra müəllimə ən azı 
bir saat ağladı. O gündən sonra müəllimə oxu, 
yazı və hesab dərslərini tədris etməkdən daha 
çox uşaqları öyrənməyə başladı. Xanım Tomson 
Teddiyə xüsusi diqqət yetirirdi. Onunla işlədikcə 
uşağın zəkası canlanırdı. Müəllimə onu ruhlan-
dırdıqca, o da eyni tərzdə cavab verirdi. İlin so-
nuna qədər Teddi sinfin ən yaxşı şagirdlərindən 
biri oldu. Müəllimənin ilin əvvəlində dediyi “Si-
zin hər birinizi eyni səviyyədə sevirəm” yalanına 
baxmayaraq, Teddi onun ən çox sevdiklərindən 
biri olmuşdu. Bir ildən sonra o, qapısının altında 
Teddinin “Siz hələ də həyatımda ən yaxşı müəl-
lim olaraq qalırsınız” yazdığı kağız parçası gör-
dü. Müəllimə Teddidən növbəti məktubu alana 
qədər altı il keçdi. O yazırdı ki, orta məktəbi sin-
fin üçüncüsu olaraq bitirib və xanım Tomson 
həyatında onun üçün ən yaxşı müəllim olaraq 
qalır. Dörd il sonra müəllimə daha bir məktub 
aldı. Teddi yazırdı ki, çətinliklərə baxmayaraq o, 
oxumağa davam edir, tezliklə kolleci medalla 
bitirəcək. Teddi yenə xanım Tomsonu əmin 
edirdi ki, o hələ də onun üçün ən yaxşı müəl-
lim olaraq qalır. Daha dörd il keçdi və müəllimə 
yenə bir məktub aldı. Teddi izah edirdi ki, baka-
lavr pilləsindən sonra o, bir az da irəli getməyi 
qərara alıb və xanım Tomson hələ də onun üçün 
ən yaxşı müəllim olaraq qalır. Bu dəfə onun adı 


125
bir az uzun idi – Theodore F. Stoddard, MD (MD 
-Tibb elmləri doktoru – R. A.) Bu hekayə bunun-
la da bitmir. Həmin yaz müəlliməyə bir məktub 
da gəldi. Teddi yazırdı ki, o, evlənməyə hazırla-
şır. Sonra onu da bildirirdi ki, bir neçə il əvvəl 
atası dünyasını dəyişib. Teddi bilmək istəyirdi ki, 
görəsən, müəlliməsi onun toyunda, bəyin anası 
üçün ayrılmış yerdə əyləşməyə razı olarmı? Xa-
nım Tomson, əlbəttə ki, razı oldu. Bilirsinizmi, 
daha nələr baş verdi? Müəllimə şagirdindən qə-
bul etdiyi, üstündəki süni almaz qaşlardan bir 
neçəsinin qopmuş olduğu həmin bilərziyi taxdı, 
Teddinin onunla birlikdə keçirdikləri sonuncu 
Yeni il bayramında anasından qalmış ətirdən 
vurmağı da unutmadı. Onlar bir-birlərinə sarıl-
dılar. Doktor Stoddard müəlliməsi xanım Tom-
sonun qulağına pıçıldadı:
Çox sağ olun, xanım Tomson, mənə inan-
dığınız üçün. Özümü əhəmiyyətli hiss etdirdiyi-
nizə, dəyişə biləcəyimə inandırdığınıza görə sizə 
o qədər minnətdaram ki!
Xanım Tomson gözləri yaşlı halda ona pıçıl-
dadı:
– Teddi, məsələ bir az başqa cürdür. Əslində 
səni dəyişə biləcəyimə məni inandıran sən ol-
dun. Səni tanıyana qədər mən müəllimliyin nə 
olduğunu bilmirdim.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin