116
iqtisadi töhfə istənildiyi üçün məktəbə dəvət olunur. Bu
yanlış yanaşma maddi çətinlik çəkən ailələrin məktəbə verə
biləcəkləri digər töhfələri aradan qaldırır;
• Ailələrin vaxtının məhdud olması – İşləyən vali-
deyn lər iş saatları boyunca məşğul
olurlar və məktəbə get-
mək üçün kifayət qədər vaxt ayıra bilmirlər;
• Ailənin aşağı təhsil səviyyəsi – Valideynlər məktə-
bə müsbət münasibət bəsləsələr də, təhsil səviyyələri aşağı
olduğu üçün məktəb fəaliyyətlərində hansısa
rol oynaya
biləcəklərinə inanmaya bilərlər;
• Ev və məktəb mədəniyyətinin müxtəlifliyi – Ailələ-
rin və müəllimlərin fərqli mədəni səviyyələrə malik olmaları
sağlam məktəb-ailə əməkdaşlığı üçün əngəllərdən biridir;
• Mövcud məktəb-ailə əməkdaşlıq fəaliyyətlərinin
və valideyn görüşlərinin səmərəsizliyi – Valideynlər təh-
sil prosesi ilə bağlı qərarlarda öz fikirlərini qəbul etdirə bil-
mirlər, görüşlərdə onlara
kifayət qədər söz verilmir, verildiyi
təqdirdə bu müəyyən valideynlərlə məhdudlaşır, alınan rəy
və təkliflərdən istifadə edilmir.
Məktəb-ailə münasibətlərinin yaxşılaşdırılması mək-
təbdəki intizam problemlərinin azalmasına səbəb ola bilər.
Ailənin yüksək səviyyədə iştirakına nail olunduqda vali-
deynlər uşaqlarına evdə daha çox kömək etməli olduqlarını
düşünürlər. Məktəbdə öyrədilənləri daha çox başa düşür,
müəllimlə şəxsi münasibətlərində daha
müsbət ünsiyyət
qurur və müəllimin ümumi tədris səriştəsini daha yüksək
görürlər. Valideynlərin məktəbə güvən hissi artır və vali-
117
deyn olaraq özlərinə inamlarını da artırırlar (Henderson və
Berla, 1994).
Aşağıdakı fəaliyyətlər məktəb-ailə əməkdaşlığını təmin
etmək və ailə iştirakını artırmaq üçün faydalıdır (Aydın,
2004):
• Məktəbdə keçiriləcək görüşlərin və tədbirlərin vaxtı
əvvəldən elan edilməli, ailələrin iştirak etmələri üçün lazımi
hazırlıq və tənzimləmələr aparılmalıdır;
• Ailələrə istədikləri
vaxt məktəbi ziyarət etmələri, ki-
tabxanadan istifadə etmələri, müəllimlər və direktorla gö-
rüşmələri və sinfi ziyarət etmələri üçün icazə verilməlidir;
• Məktəbin imkanları və mənbələri
ailələrin məktəb
üçün təşkil etdiyi fəaliyyətlərdə istifadə olunmalıdır;
• Məktəbdəki ailə görüşləri üçün imkanlar təmin edil-
məlidir;
• İşləyən ailələrin iştirak etməsi üçün axşam iclasları
təşkil edilməlidir;
• Faydalı töhfələr və ailələrin işi mükafatlandırılmalı və
təşviq edilməlidir;
• Ailələrə övladlarının evdəki dərs hazırlıqları üçün nə
edə biləcəkləri barədə məlumat verilməlidir;
• Görüşlər və tədbirlər son anda təxirə salınmamalı və
ya ləğv edilməməlidir.