̶6 ̶
MƏKTƏB VƏ TƏRƏFDAŞLARI
- Dr. Rza Məmmədov, Qoşqar Məhərrəmov -
Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır;
birlikdə işləmək müvəffəqiyyətdir.
Amerika atalar sözü
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi məktəbin tərəfaşları haq-
qında oxucuları məlumatlandırmaq və məktə-
bin fəaliyyətlərində həmin tərəfdaşların aktiv
iştirakını təmin etməyin yollarını izah etməkdir.
Bu bölmənin sonunda oxucular:
• Məktəb mühiti anlayışını öyrənəcək,
• Məktəbin tərəfdaşlarını tanıyacaq,
• Tərəfdaşlarla səmərəli əməkdaşlıq üsullarını
biləcəklər.
Açar sözlər: Tərəfdaş, daxili tərəfdaş, xarici tərəf-
daş, məktəb.
102
NÜMUNƏ HADİSƏ
ANAM İCAZƏ VERMİR...
Bəzən uşaqlarda xəsisliyə rast gəlirəm.
Məsələn, deyirəm: “Filankəsin qələmi evdə qalıb,
kimdə artıq qələm var?” Biri cavab verir: “Mənim
varımdır, amma anam icazə vermir kiməsə ver-
məyə, deyir ki, sonra geri qayıtmaz”. Deyirəm:
“Heç olmasa, bunu demə”. Anasına da yaxınla-
şıb deyirəm: “Qələmə heyfiniz gəlirsə, onda heç
artıq qələm qoymayın. Sizin uşaq da həmin və-
ziyyətə düşə bilər və heç kəs öz qələmini onunla
paylaşmaz. Siz isə iyirmi qəpiklik qələmə görə
uşağınızda xəsislik formalaşdırırsız».
Məsələn, olub ki, uşaq məktəbə yeməksiz
gəlib, anası tələsib, ya unudub, qoymayıb. Onda
şagird gəlir yanıma ki, müəllimə, acımışam,
yeməyim yoxdur. Deyirəm: “Uşaqlar! Dostunu-
zun yeməyi yoxdur, kim bölüşə bilər?” Əvvəllər
çəkinirdilər, indi isə həvəslə bölüşürlər.
https://www.bbc.com/azeri/azerbaijan-46822569
103
GİRİŞ
Bu bölmədə məktəbin tərəfdaşları, onlarla səmərəli
əməkdaşlıq qurmaq üsulları, məktəbin yaxın və uzaq mü-
hiti üzərində dayanılacaqdır. Məktəbin tərəfdaşları dedikdə
məktəbin yaxından və uzaqdan əlaqədar olduğu insanlar,
qurumlar başa düşülür. Məktəbin daxili və xarici tərəfdaş-
ları vardır. Məktəb bu daxili və xarici tərəfdaşlarla müxtəlif
formalarda qarşılıqlı münasibətlər saxlayır. Məktəb, sistem
yanaşmasına görə, açıq bir sistemdir. Bu açıq sistem də
müntəzəm olaraq yaxınında və uzağında baş verən ha-
disələrdən birbaşa və dolayı olaraq təsirlənir və eyni za-
manda hadisələrə təsir edir.
Bütün ölkəni təhsil sisteminin ətrafı adlandırmaq olar.
Bu mühit texnologiya, avadanlıq və tələbə mübadiləsi kimi
digər vasitələrlə digər ölkələri də əhatə edə bilər. Təhsil sis-
teminin mühiti iki fərqli baxımdan araşdırıla bilər. Təhsil
sisteminin ümumi mühiti bütün milli və beynəlxalq təsir-
ləri əhatə edir. Bunlar arasında cəmiyyətin mədəni qurulu-
şu, hüquqi tənzimləmələr, siyasi sistem, inzibati vahidlər,
iqtisadi quruluş, sosial dəyişikliklər və meyllər, mənbələr,
elmi və texnoloji inkişaf və beynəlxalq sistemlərlə əlaqəli
bir çox dəyişən amillər məktəbə birbaşa və dolayı yolla təsir
göstərir. Təhsil sisteminin xüsusi mühiti məhsullarını alıb
104
məzunlarına verdiyi, təsir etdiyi və təsirləndiyi digər tərəf-
daşlardır. Məktəb daxilolmalar və xaricolmalar baxımın-
dan təhsil sisteminin xüsusi mühiti ilə daim təmasdadır. Bu
münasibət sağlam və yetərli deyilsə, məktəb yaşaya bilməz
(Balay, 2014).
Məktəbin idarə olunmasında təsirli olan daxili və xari-
ci tərəfdaşlar məktəbin daxili və xarici mühitini təşkil edir.
Məktəbin daxili mühitində məktəb direktoru, müəllim-
lər, təhsilalalnlar, köməkçilər, mühafizəçilər və digər işçilər
tərəfdaşlardır. Xarici mühitdə isə təhsilalanların valideynləri,
siyasi partiyalar, bələdiyyələr, biznesmenlər, qeyri-hökumət
təşkilatları və s. tərəfdaşlar olaraq qəbul edilir (Nural, 2010).
Məktəb ətraf mühitlə quracağı səmərəli və təsirli əlaqə
sayəsində cəmiyyətin qaynaqlarını təhsilalanların və mək-
təbin müvəffəqiyyəti istiqamətində istifadə etmək üçün
əhəmiyyətli fürsətlərə sahib ola bilər. Beləliklə, məktəbin
tərəfdaşları ilə olan əlaqəsi beş qrupda analiz edilir. Bun-
lar ailənin məktəbdəki iştirakı və məktəb-ailə əməkdaşlığı,
məktəbin ətraf mühitin inkişafına verdiyi töhfə, təzyiq və
güc qrupları ilə münasibətlər, məktəbin ətraf mühitlə bağ-
lı fəaliyyətləri və ətraf mühitin məktəbə və ictimaiyyətlə
əlaqələrə verdiyi töhfələr olaraq sıralanır. Bu fəsildə məktəb
və tərəfdaşları, məktəbin xarici tərəfdaşları ilə əlaqəsində
verdiyi və aldığı töhfələri nəzərdə tutan məktəb və ətraf
mühit, təhsilalanların inkişafı və məktəbin effektivliyi üçün
vacib olan məktəb və valideyn və son olaraq məktəb və
icma tərəfdaşlığı haqqında nəzəri və praktiki məlumatlara
yer verilmişdir.
105
Məktəbin daxili tərəfdaşları onun şagirdləri, müəllimləri,
texniki işçiləri, rəhbər vəzifədə çalışan insanlardır. Məktə-
bin qurum olaraq tərəfdaşları isə həmkarlar ittifaqları, işə-
götürən qurumlar, təhsil şöbələri, nazirliklər və qeyri-hö-
kumət təşkilatlarıdır. Kurikulumları hazırlayan insanlar da
məktəbin tərəfdaşları arasındadır. Məktəbdə kurikulumları
tədris proqramlarına uyğunlaşdıran nazirlik orqanları ilə
də müntəzəm hesabatlılıq və qarşılıqlı şəffaf münasibətlər
içərisində işlər aparılır.
Məktəbin xarici tərəfdaşları isə onun məzunları, uni-
versitetlər, həmkarlar ittifaqları, müxtəlif işəgötürən qu-
rumlar və dövlət orqanlarıdır. Məktəbin məqsədi dövlə-
tin qanunları tərəfindən müəyyən olunduğu üçün hər bir
məktəb dövlət qarşısında öhdəlik daşıyır. Eyni zamanda
bu öhdəlik valideynlər və şagirdlər qarşısındada aktualdır.
Ona görə də, məktəbdə tətbiq olunan tədris proqramı və
keçilən dərslərin keyfiyyəti həmin tərəfdaşların fikirlərinin
öyrənilməsi ilə əlaqədar olmalıdır. Çünki məktəb həmin
insanların fikirlərini nəzərə aldıqda, həmin fikirləri tədris
proqramında tətbiq etdikdə həm tərəfdaşların məmnuniy-
yətini qazana, həm də ehtiyaclara yönəlmiş, problemlərin
həllinə istiqamətlənən bir tədris sistemi qura bilər.
Məktəbin işçiləri onun ən önəmli tərəfdaşları sayılır.
Məktəbdə işləyən bütün insanlar məktəbin ümumi məqsə-
dinə xidmət edən, məktəbi ümumi olaraq uğura aparan
insanlardır. Bu insanlar XXI əsrin idarəetmə yanaşmaların-
da sadəcə işçi olaraq qiymətləndirilmirlər. Eyni zamanda,
onlar bütün qəraralma mexanizmlərində rol alan tərəfdir-
106
lər. Bu tərəfdaşlıq son dövrlərdə hətta özünü maraqlı tərəf-
lər arasında olan münasibət olaraq da göstərir. Yəni bəzi
müəssisələr gəlirinin müəyyən bir qismini işçilərə verməklə,
müəssisənin uğurunda onları da maraqlı hala gətirir. Döv-
lət təhsil müəssisələrində isə belə bir maraq olmadığından,
bəzən tərəfdaş olaraq müəllimlərin və digər məktəb işçilə-
rinin fəaliyyəti zəif olur. Bunun qarşısını almaq üçün onları
müxtəlif üsullarla motivasiya etmək və onların məktəbin
ümumi uğurunda maraqlı olmalarını təmin etmək lazım-
dır. Məktəbin müəllimlərinin və digər işçilərinin fəaliyyətini
daha səmərəli təşkil etmək üçün direktorlardan gözlənilən-
lər aşağıdakılardır:
• İşçiləri yaxından tanımaq,
• İşçiləri daha yaxşı tanımaq üçün onlarla ayrı-ayrılıqda
görüşlər keçirmək,
• İşçilərin xüsusi problemlərinə və qabiliyyətlərinə bələd
olmaq,
• İşçilərin zəif və güclü yönlərini öyrənmək,
• İşçiləri müşahidə etmək,
• İşçilərə qabiliyyətlərinə uyğun tapşırıqlar vermək, on-
lara məsuliyyət vermək,
• İşçilərin bacarıqlarını nəzərə alaraq onlarla əlaqədar
məsələləri məsləhətləşmək və beləliklə onları həvəsləndir-
mək, motivasiya etmək,
• Effektiv iclas keçirmə üsullarını öyrənmək,
• Konfliktlərə qoşulmamaq,
107
• Hər zaman təmkini və soyuqqanlılığı qorumaq,
• Anonim sorğular keçirərək işçilərin ehtiyaclarını və
gözləntilərini müəyyən etmək,
• İşçilərə etibar etmək və onlara səlahiyyət vermək.
Məktəbin digər önəmli tərəfdaşları isə şagirdlərdir. Şa-
girdyönlü təhsil onların tərəfdaş olaraq məktəbin uğuru-
na xidmət etmələrini təmin edə bilər. Belə ki, məktəbdə
müəyyən şagird şuralarının təşkil olunması, şagirdlərin
məktəbin qəraralma müxanizmində iştirak etməsi, şagird-
lərin müəyyən məsələlərdə söz sahibi olması onların moti-
vasiyasını artıracaq və məktəbin ümumi məqsədlərə xidmət
etməyini asanlaşdıracaqdır. Məktəbin digər bir daxili tərəf-
daşı isə valideynlərdir. Valideynlər ikinci dərəcəli tərəfdaş
olsalar belə, onlar tez-tez məktəbdaxili proseslərdə yer alır,
məktəbin bütün proseslərində aktiv fəaliyyət göstərirlər.
Buna görə də, məktəb rəhbərliyi həmin tərəfdaşları mək-
təbin ümumi məqsədinə xidmət etmək üçün istifadə etməli
və onların məktəb idarəetmə mexanizmlərində, idarəetmə
fəaliyyətində iştirakını təmin etməlidir. Bunun birinci üsulu
onlarla ciddi kommunikasiya qurmaq, ikinci üsulu müxtəlif
fəaliyyətlərlə onları məktəbin fəaliyyətlərinə cəlb etmək,
üçüncü üsulu onların müxtəlif qabiliyyətlərindən istifadə
edərək məktəbə töhfələrini təmin etmək ola bilər.
Məktəbin xarici tərəfdaşları isə məktəbin ətrafında olan
digər məktəblər, təhsil nazirliyinə bağlı olan təhsil şöbələri,
təhsil nazirliyi və digər nazirliklər, digər müəssisələr, biznes
və qeyri-kommersiya təşkilatları, universitelər, QHT-lərdir.
Bu tərəfdaşların da məktəbin fəaliyyətində önəmli rolu var
108
və həmin rolları məktəbin səmərəsi üçün, məktəbin effektiv
fəaliyyəti üçün istifadə etmək də direktordan gözlənilən
fəaliyyətlər arasındadır. Məktəbin xarici tərəfdaşlarından
biri, qeyd olunduğu kimi, digər məktəblərdir. Məktəb di-
gər məktəblərin fəaliyyətini öyrənməli, onlardan istifadə
etməyə, onlardan öyrənməyə və onların müsbət təcrübələ-
rini öz məktəbində tətbiq etməyə hazır olmalıdır. Məktəb
direktorları arasında mütləq bir kommunikasiya olmalı və
həmin kommunikasiya rəqabəti deyil, əməkdaşlığı əsas
götürməlidir. Və bu əməkdaşlıq mühitində direktorların
bir-birindən öyrənməsi, bir-birilə təcrübə mübadiləsi mək-
təblərin fəaliyyətlərinin effektivliyini təmin edə bilər.
Məktəblərin xarici tərəfdaşlarından biri də məktəbə öv-
ladlarını yazdırmaq istəyən, ancaq hələ məktəbin valideyni
olmayan insanlardır. Övladları başqa məktəblərdə oxusalar
belə, onlar məktəbin uğurları və yaxud uğursuzları ilə ma-
raqlanır və bu məktəb haqqında müəyyən düşüncələrə sa-
hib olurlar. Bunun nəticəsində həmin valideynlər məktəblə
əlaqədar müsbət qənaətə gəldikdə övladlarını bu məktə-
bə gətirmə potensialına malikdirlər. Həmin valideynlərin
məktəbin tərəfdaşı kimi rol almaları, məktəblə ünsiyyəti,
məktəbin bir rəy bildirəni olaraq mövqe tutması bəyənilən
haldır. Bunun nəticəsində həmin insanların gözləntiləri öy-
rənilmiş olacaq və beləliklə məktəbə daha çox şagird və
daha çox məlumatlı valideyn cəlb olunacaq. Məktəbin xa-
rici tərəfdaşlarından biri də qeyri-hökumət təşkilatlarıdır.
Məlum olduğu kimi, qeyri-hökumət təşkilatları müxtə-
lif yerli və xarici donor təşkilatlardan qrantlar alıb bir çox
109
təhsil layihələri həyata keçirirlər. QHT-lərlə əməkdaşlıq
nəticəsində məktəblərin infrasturkurunun və təlim-tədris
fəaliyyətlərinin təkmilləşdirilməsi mümkündür. Ona görə
də, məktəb idarəçiləri mütləq mənada təhsil yönlü qey-
ri-hökumət təşkilatları ilə əlaqələr qurmalı, onların poten-
siallarından istifadə etməli və müəyyən sferalarda onların
fəaliyyətinə töhfə verməlidirlər.
QHT-lərin inkişafı ölkələrdə demokratiyanın inkişafi-
na paralel olaraq gedir. Ona görə də, demokratik məktəb
idarəetmələrində məktəb direktorları QHT-lər vasitəsilə
alternativ maliyyə mənbələri əmələ gətirə bilərlər. Məktəb
idarəçiləri eyni zamanda müəyyən xeyriyyəçilik fəaliyyətlə-
rilə məşğul olaraq müxtəlif üsullarla məktəbin gəlir mən-
bələrini artıra bilərlər.
Beləliklə, məktəbin müxtəlif aspektlərdən inkişafını tə-
min etmək olar. Məktəbin başqa bir xarici tərəfdaşı isə
kütləvi informasiya vasitələridir (KİV). KİV-lə qurulan
əməkdaşlıq sayəsində məktəblər öz təcrübələrini digər mək-
təblərlə bölüşə, eyni zamanda başqa müəssisələrin müsbət
təcrübələrini öyrənə bilərlər. Təhsil müəssisələri, eyni za-
manda, KİV-lə qurulan əməkdaşlıq sayəsində daha şəffaf
hesabatlılıq və öhdəlik daşıyan müəssisələr ola bilərlər.
Digər tərəfdən, KİV-lə qurulan əməkdaşlıq nəticəsin-
də ekspertlər məktəblərə gələrək insanların media savadı
almasına, onların oxuduqlarını analiz etmə, təhlil etmə və
informasiyanın etibarlılığını yoxlama bacarıqlarına malik
olmasına töhfə verə bilərlər. Təhsil müəssisələrinin xarici
tərəfdaşlarından biri də dövlət orqanları və hökumətdir.
110
Təhsil müəssisələrinin onlarla münasibətləri müasir dövrdə
daha şəffaf, təsvir edilə bilən, tərif edilə biləndir. Belə ki,
təhsil müəssisələri dövlətin, hökumətin siyası iradəsini, siya-
si planını, strategiyasını, qanunvericiliyin tələblərini həyata
keçirməklə mükəlləf müəssisələrdir. Təhsil müəssisələri bu
mükələfiyyəti yerinə yetirmək üçün dövlətin strateji plan-
larını yaxşı bilməli, həmin strateji planlardan qaynaqlanan
missiyanı yaxşı başa düşməli və işçilərinə ötürə bilməlidir.
Bu münasibətin nəticəsində məktəb dövlətin fəaliyyətinə,
dövlət də məktəbin fəaliyyətinə qarşılıqlı təsir göstərir.
Dostları ilə paylaş: |