Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   27   28   29   30   31   32   33   34   ...   66
Direktorun el kitabi A5 21 04 2021

QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə təhsilalanın təlim-tədris prosesindəki 
mövcud vəziyyəti (bilik, bacarıq, münasibət) haqqında mə-
lumat əldə etmək üçün istifadə olunur. Bunun üçün təhsil 
proqramının effektivliyini müəyyənləşdirmək məqsədilə 
təhsilalanların öyrənmə səviyyəsi ölçülür (Mohan, 2016, 
33). Qiymətləndirmə, eyni zamanda, məktəblərdə müəl-


94
limlərin peşəkar inkişafını hədəfləyir (Schreenes, Ehren, 
Sleegers və Leeuw, 2012).
Qiymətləndirmədən alınan məlumatlar hesabatlılıq, 
məktəblərin yaxşılaşdırılması, potensiallarının inkişafı və 
keyfiyyət zəmanəti üçün vacib bir mənbə hesab edilir. Təh-
sildə bərabərlik, keyfiyyət və effektivliyə olan tələbin art-
ması, təhsilalanların ümumi və fərdi qiymətləndirmələri, 
məlumatların bölüşdürülməsinə imkan yaradan mərkəz-
sizləşdirmə və İKT-dakı irəliləyişlər, dəlillərə əsaslanan qə-
rar qəbuletmə üçün qiymətləndirmə nəticələrinə daha çox 
güvənmə ehtiyacını təsir edən mühüm amil olaraq ortaya 
çıxarır (OECD, 2013). Bu kontekstdə qiymətləndirmə-
nin məqsədi hesabatlılıq, potensialın artırılması, keyfiyyət 
təminatı, effektiv məktəb, akkreditasiya, peşəkar inkişaf, 
göstəricilərin monitorinqi və şəffaflıqdır.
Qiymətləndirmə təlim və hesabatlılıq sistemlərinin vacib 
bir hissəsidir; Məktəb keyfiyyəti və xüsusilə məktəb mədə-
niyyəti, iqlimi, təhlükəsizliyi, səmərəliliyi, yaxşılaşdırılması 
və ölçülməsi asan olmayan inkişaf hədəfləri haqqında mə-
lumat verir (MacBeath və Mortimore, 2001). Məktəblərin 
qabiliyyəti müəllimlərin mütəxəssis kimi bilik və bacarıq-
larını təhsilalanlar ilə bölüşməsi yolu ilə inkişaf etdirilir. 
Təhsildə keyfiyyət yaratmaq üçün diqqət təhsilalanla-
rın təhsil fəaliyyətinə yönəldilmişdir. Bu baxımdan mək-
təblərin hədəflərinin reallaşma səviyyəsi müəyyənləşdirilir 
və akademik uğurları qiymətləndirilir. Bununla birlikdə, 
təhsildə keyfiyyətin təmin edilməsi sistematik idarəetmə, 
nəzarət, müvəffəqiyyətin izlənməsi və keyfiyyətin artırıl-
ması işləri ilə əldə edilir (Bakioğlu və Baltacı, 2017, s.3-6).


95
Qiymətləndirmə səbəblərindən biri olan effektiv mək-
təb anlayışı, ümumiyyətlə bütün şagirdlərə əsas bacarıqları 
öyrətməyi bilən bir məktəb olaraq təyin edilir. Təhsilalan 
nəticələri məktəbin səmərəliliyinin əsas sübutu kimi qəbul 
edilir. Effektiv məktəbin 11 xüsusiyyəti var:
• İştirakçı və məqsədyönlü peşəkar rəhbərliyə malikdir;
• Paylaşılan baxış və hədəflər daxilində məqsəd və ardı-
cıllıq birliyi var;
• Həvəsləndirici bir öyrənmə / iş mühiti var;
• Öyrənmə və müəllim fəaliyyətinə yönəlmiş müvəf-
fəqiyyətə əsaslanan bir mühit var;
• Məqsədli tədris daxilində aydın hədəflər, strukturlaş-
dırılmış təhsil və çevik tətbiqetmələr mövcuddur;
• Təhsilalanlardan yüksək akademik gözləntiləri var;
• Aydın, ədalətli nizam-intizam və əks əlaqə (feedback) 
təcrübələri ilə müsbət möhkəmləndirmə istifadə olunur;
• Təhsilalan performansını ölçmək və məktəbi qiymət-
ləndirməklə proses davamlı olaraq izlənir;
• Özünə nəzarət edən şəxslər yetişdirmək üçün təhsila-
lanların hüquqları və vəzifələri müəyyənləşdirilmişdir;
• Təlim prosesində valideynlərin iştirakı ilə məktəb-ailə 
əməkdaşlığı təmin edilir;
• İşçi heyətinin inkişaf etdirilməsi fəaliyyətləri ilə öy-
rənən təşkilat xüsusiyyəti var (Sammons, Hillman və Mor-
timore, 1995).


96
Qiymətləndirmənin məqsədlərindən biri də akkredi-
tasiyadır. Akkreditasiyanın əsas məqsədi təhsil, təlim və 
ölçüdə sertifikatlaşdırma sisteminə əsaslanan keyfiyyətə 
nəzarət və zəmanət verməkdir. Bundan əlavə, akkredita-
siya təhsil müəssisələrinin müvafiq standartlara çatmasına 
kömək edərək, daha yaxşı təhsil xidmətləri üçün meyarları 
artırır və planlaşdırma, tədqiqat və irəliləmə fəaliyyətləri ilə 
təşkilati inkişafa dəstək verir (Bakioğlu və Baltacı, 2017, 
48). Digər tərəfdən, müəllimlərin məktəb və məktəb çev-
rəsinin işini və iş şəraitini inamlı, kritik və ictimai şəkildə 
qiymətləndirmələrini təmin edən bir əməkdaşlıq mədə-
niyyəti quraraq da peşə inkişafına nail olmaq mümkündür 
(Ferrer, 2010).
Göstəriciləri qiymətləndirməklə məktəblərin və təhsil iş-
çilərinin mövcud və gözlənilən vəziyyətləri arasındakı fərqi, 
inkişafa açıq sahələri müəyyənləşdirmək, çatışmazlıqları 
aradan qaldırmaq və davamlı inkişafı təmin etmək olar. Son 
olaraq, şəffaflıq məktəb direktoru-müəllim münasibətlərinə 
və məktəbdə maliyyələşmə axınına təsir göstərir. Şəffaflıq 
məktəbə inam, ədalət, iş məmnuniyyəti, motivasiya və tə-
sirli ünsiyyət gətirir. Ancaq məktəb rəhbərliyi tərəfindən 
onları narahat edən mövzularda məlumatlandırılmayan 
müəllimlər təşkilati inam və ədalət hisslərini itirirlər. Bu və-
ziyyət müəllimlərin iş məmnuniyyətinə, motivasiyasına və 
ünsiyyətinə mənfi təsir göstərir (Karaevli və Levent, 2014).

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin