Direktorun el kitabi A5 21 04 2021. indd


TƏDRİSİN KEYFİYYƏTİNƏ NƏZARƏT



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Direktorun el kitabi A5 21 04 2021

TƏDRİSİN KEYFİYYƏTİNƏ NƏZARƏT
Təhsilin keyfiyyəti tədris prosesinin təşkili qaydaların-
dan asılıdır. Belə ki, tədrisin keyfiyyəti məktəblərin fiziki 


97
potensialı və təchizatı, tədris proqramları, tədrisdə istifadə 
olunan müxtəlif metod və texnologiyalar və məktəbin ma-
raqlı tərəfləri arasındakı münasibətlərlə əlaqədardır. Təh-
sildə keyfiyyətə təsir edən amillər məktəb direktorunun, 
müəllimin, təhsilalanlar, tədris proqramı və tədris metod-
ları olmaq üzrə daxili amillər və ailə, xidmət sahələri, sə-
naye-istehsal sahələri və texnoloji dəyişikliklərin sayıldığı 
xarici amillər olaraq ikiyə ayrılır (Bozkurt, 1995). UNICEF 
tədrisin keyfiyyət tərifini beş xüsusiyyət ətrafında topla-
mışdır:
• Sağlam və balanslı qidalanan, öyrənmə prosesinə hazır 
olan, ailələri və ətrafındakı insanlar tərəfindən dəstək-
lənən təhsilalanlar;
• Sağlam, təhlükəsiz sığınacaq, gender bərabərliyinə 
həssaslıq, lazımi qaynaq və avadanlıq təmin edən bir 
mühit;
• Əsas bacarıqlara yiyələnmək üçün tədris planında eti-
barlı məzmun;
• Effektiv sinif idarəçiliyinin həyata keçirildiyi, fərqlərin 
azaldığı, təhsilalan mərkəzli öyrənmə yanaşmalarının 
daxil edildiyi və yaxşı təlim keçmiş müəllimlər tərə-
findən davam etdirildiyi tədris prosesi;
• Milli hədəflərə istiqamətlənən bilik, bacarıq və müna-
sibətləri əhatə edən və cəmiyyətə töhfə verən nəticələr.
Müasir dövrdə tədrisin keyfiyyətinə maddi-texniki baza, 
proqram və öyrənmə təcrübələri, öyrənmə və öyrətmə stra-
tegiyaları, işçilər, planlaşdırma, qiymətləndirmə və qeyd-
lərin aparılması, münasibətlər və qarşılıqlı əlaqələr, ailə və 
icma tərəfdaşlığı, eləcə də idarəetmə təsir göstərir. Belə ki, 


98
məktəb direktoru tədrisin keyfiyyətinə nəzarəti ifadə edilən 
istiqamətlər üzrə yerinə yetirməlidir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin