111
• Məktəbin ətraf mühit və ailələrlə müsbət qarşılıqlı
əlaqəsi və ünsiyyəti var;
• Valideynlər məktəbə öz ideyaları ilə töhfə verirlər;
• Valideynlər məktəbdəki yığıncaqlarda iştirak edir və
müvafiq qərarların verilməsində iştirak edirlər;
• Məktəbin məqsədləri və təhsilanaların
intizam qayda-
ları valideynlərlə razılaşdırılıb.
Məktəb və ətraf mühit əlaqəsində qarşılıqlı töhfələr va-
cibdir. Məktəblərin inkişafda öz üzərlərinə götürəcəkləri
rollar onun yerləşdiyi cəmiyyətin xüsusiyyətləri baxımından
fərqli ola bilər. Kənd məktəbləri kənd təsərrüfatının inkişafı
ilə, əhalinin savadlılıq səviyyəsi, kənd həyatının özünəməx-
susluğu ilə bağlı çətinliklərdən qaynaqlanan problemlərə
diqqət yetirməli ola bilər. Digər
tərəfdən, şəhərlərdə yeni
qurulan ərazilərdəki məktəblərin kənddən köç edən insan-
ların şəhər həyatına uyğunlaşması və şəhər şüurunun in-
kişafı kimi tələblərə diqqət yetirməsi lazım ola bilər. Həm
şəhər, həm də kənd məktəblərinin ətraf mühitin inkişafına
verə biləcəyi əsas töhfələr aşağıdakı kimi sıralana bilər (Ge-
ray, 1996):
• Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın
qarşısının alınması üçün maarifləndirmə tədbirləri;
• Əlillərin və yaşlı insanların iqtisadi həyatda iştirak et-
məsinə imkan verəcək bacarıqların qazanılması;
• Qadınlar üçün ev təsərrüfatı işləri;
• Gənclər üçün sosial iş;
112
• Musiqi
və teatr kimi sənət sahələri;
• Oyun yerləri və uşaq baxımı;
• Savad verilməsi;
• Böyüklər üçün təhsil;
• Oxu otaqlarının qurulması;
• Kitabxanaların xalqa açılması;
• İdman fəaliyyəti;
• Texniki təhsil və peşə hazırlığı kursları;
• İstehsal olunan məhsulların krediti və marketinqinə
dəstək.
Məktəblər cəmiyyətlərin inkişafını təmin
etmək üçün
əvvəlcə insanların könüllü əməkdaşlığını qurmalıdırlar. İş-
tirakın təmin edilməsi insanların ehtiyaclarına diqqət tələb
edir. İctimaiyyət bəzi ehtiyaclarından xəbərdar olsa da,
bəzilərindən xəbərsiz ola bilər. Məktəb ictimaiyyətin bil-
mə diyi ehtiyacları görməyə və onları ödəməyə çalışmalıdır.
Bu baxımdan mühitin məktəbdən gözləntiləri olduğu
kimi, məktəbin də ətrafdan gözləntiləri var. Əslində
ətraf
mühitin məktəbə verdiyi töhfə gözlənti olduğu qədər həm
də bir zərurətdir. Sosial məsuliyyətli ətraf mühitin mək-
təblərə verdiyi töhfələr çox vacibdir. Aşağıda bu cür töhfələ-
rin bəzi nümunələri verilmişdir (Aydın, 2004):
•
Yerli özünüidarətmə təşkilatları: məktəbin ətraf
mü hitinin qorunması, təmizlik, maddi imkanı az
olan təh-
si lalanlara yardım, maddi-texniki bazasına dəstək və təmiri
ilə əlaqəli xidmətlər.
113
•
Digər dövlət qurumları: Xidmət sahələrinə görə,
təh silalanların sağlamlığını, təhlükəsizliyini, müxtəlif möv -
zu larda məlumatlılığını artırmaq
və məktəbin ehtiyac duy-
duğu maddi dəstəklər.
Dostları ilə paylaş: