̶ 7 ̶
MƏKTƏBDƏ EFFEKTİV ÜNSİYYƏT
VƏ NİTQ
- Qoşqar Məhərrəmov -
İnsanlar qarşılıqlı şəkildə bir-birlərindən nə istədiklərini tam
olaraq desəydilər, daha xoşbəxt və karlı olardılar.
Höte
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi oxucuları məktəbdə ef-
fektiv ünsiyyət mühitinin qurulması haqqında
maariflləndirməkdir. Bölmənin sonunda oxu-
cular:
• Ünsiyyətin nə olduğunu dərindən öyrənəcək;
• Effektiv ünsiyyət üçün lazım olan element-
lərlə tanış olacaq;
• Məktəbdə effektiv ünsiyyət mühitini qur-
mağın yolları haqqında məlumatlarla tanış
olacaqlar.
Açar sözlər: Effektiv ünsiyyət, məktəbdə ünsiyyət,
nitq mədəniyyəti.
122
NÜMUNƏ HADİSƏ
Söyləyəcəklərim illər əvvəl ibtidai sinif müəl-
liməsi xanım Tomsonun həyatında baş verib.
O, dərs ilinin ilk günündə 5-ci sinif şagirdlərinə
yalan danışdı. Bütün müəllimlər kimi şagird-
lərin üzlərinə baxaraq hamısını eyni səviyyədə
sevdiyini bəyan etdi. Lakin bu, mümkün deyil-
di. Ona görə ki, ön cərgədə, partasının üstünə
uzanmış Teddi Stoddard adlı bir oğlan vardı.
Həm də bu sözləri söyləməzdən əvvəl xanım
Tomson Teddinin hər halını diqqətlə müşahidə
etmiş, onun digər uşaqlarla yaxşı oynamadığı-
nı, üst-başının səliqəsizliyini, həmişə çimməyə
ehtiyacı olduğunu görmüşdü. Buna görə də
Teddi onun xoşuna gəlməyə bilərdi. İş o yerə
gəlib çatdı ki, xanım Tomson onun yazı işləri-
nin üzərinə qalın qırmızı qələmlə “X”lər (yəni,
səhvdir – R. A) qoymaqdan, başda da böyük “F”
(yəni, çox zəifdir – R. A) yazmaqdan zövq almağa
başladı. Bir gün xanım Tomson işlədiyi məktə-
bin qayda-qanunlarına əsasən, dərs dediyi hər
bir şagirdin şəxsi işini gözdən keçirərək ötən
illərdə onların necə fəaliyyət göstərdikləri ilə
tanış olmağa başladı. Xanım Tomson, şübhəsiz,
Teddinin işini lap axıra saxladı. Lakin Teddinin
şəxsi işini gözdən keçirərkən o, birinci sinif
müəlliminin qeydlərinə mat qaldı. Müəllim yaz-
mışdı: “Teddi gülməyə həmişə hazır, əla uşaqdır.
123
O, işini səliqə ilə görür, yaxşı davranır, adamda
şən əhval yaradır”. Teddinin ikinci sinif müəlli-
mi yazırdı: “Teddi əlaçı şagirddir, sinif yoldaşları
tərəfindən sevilir, lakin anası ölümcül xəstəliyə
tutulandan bəri narahatdır. Görünür, evdə həya-
tı çox çətindir”. Teddinin üçüncü sinif müəllimi
yazırdı: “Anasının ölümü ona ağır zərbə oldu. O,
əlindən gələni etmək istəyir, lakin atası onunla
çox maraqlanmır. Tədbir görülməsə, yaşadıq-
ları ona mənfi təsirsiz ötüşməyəcək”. Teddinin
dördüncü sinif müəllimi yazırdı: “Teddi özünə
qapanıb, dərslərinə maraq göstərmir. Dostla-
rından ayrılıb, bəzən dərsdə yatır”. Xanım Tom-
son artıq məsələnin mahiyyətini anlamış və öz
hərəkətindən utanmağa başlamışdı. Şagirdləri
ona gözəl kağızlara bükülmüş, qəşəng bantlarla
bağlanmış Yeni il hədiyyələri gətirəndə o daha
da pis oldu. Teddinin hədiyyəsi yöndəmsiz şəkil-
də ərzaq torbasından düzəltdiyi qalın, qəhvəyi
kağıza bükülmüşdü. Xanım Tomson bu dəfə
Teddini axıra saxlamamaq üçün çox çalışdı. Bir-
iki hədiyyədən sonra onunkunu açdı. Qaşlarının
bir neçəsi düşmüş süni almaz bilərziyi, içində
dörddə biri qədər ətir olan şüşəni görəndə
uşaqlar gülməyə başladı. Müəllimənin bilərziyi
taxıb, ətirdən də bir az biləyinə çəkib, onun nə
qədər gözəl olduğunu deməsi şagirdlərin gü-
lüşünü kəsdi. Teddi Stoddard o gün dərsdən
sonra: “Xanım Tomson, bu gün sizdən, sadəcə,
124
anamın qoxusunu duydum”, – demək üçün lən-
gidi. Uşaqlar gedəndən sonra müəllimə ən azı
bir saat ağladı. O gündən sonra müəllimə oxu,
yazı və hesab dərslərini tədris etməkdən daha
çox uşaqları öyrənməyə başladı. Xanım Tomson
Teddiyə xüsusi diqqət yetirirdi. Onunla işlədikcə
uşağın zəkası canlanırdı. Müəllimə onu ruhlan-
dırdıqca, o da eyni tərzdə cavab verirdi. İlin so-
nuna qədər Teddi sinfin ən yaxşı şagirdlərindən
biri oldu. Müəllimənin ilin əvvəlində dediyi “Si-
zin hər birinizi eyni səviyyədə sevirəm” yalanına
baxmayaraq, Teddi onun ən çox sevdiklərindən
biri olmuşdu. Bir ildən sonra o, qapısının altında
Teddinin “Siz hələ də həyatımda ən yaxşı müəl-
lim olaraq qalırsınız” yazdığı kağız parçası gör-
dü. Müəllimə Teddidən növbəti məktubu alana
qədər altı il keçdi. O yazırdı ki, orta məktəbi sin-
fin üçüncüsu olaraq bitirib və xanım Tomson
həyatında onun üçün ən yaxşı müəllim olaraq
qalır. Dörd il sonra müəllimə daha bir məktub
aldı. Teddi yazırdı ki, çətinliklərə baxmayaraq o,
oxumağa davam edir, tezliklə kolleci medalla
bitirəcək. Teddi yenə xanım Tomsonu əmin
edirdi ki, o hələ də onun üçün ən yaxşı müəl-
lim olaraq qalır. Daha dörd il keçdi və müəllimə
yenə bir məktub aldı. Teddi izah edirdi ki, baka-
lavr pilləsindən sonra o, bir az da irəli getməyi
qərara alıb və xanım Tomson hələ də onun üçün
ən yaxşı müəllim olaraq qalır. Bu dəfə onun adı
125
bir az uzun idi – Theodore F. Stoddard, MD (MD
-Tibb elmləri doktoru – R. A.) Bu hekayə bunun-
la da bitmir. Həmin yaz müəlliməyə bir məktub
da gəldi. Teddi yazırdı ki, o, evlənməyə hazırla-
şır. Sonra onu da bildirirdi ki, bir neçə il əvvəl
atası dünyasını dəyişib. Teddi bilmək istəyirdi ki,
görəsən, müəlliməsi onun toyunda, bəyin anası
üçün ayrılmış yerdə əyləşməyə razı olarmı? Xa-
nım Tomson, əlbəttə ki, razı oldu. Bilirsinizmi,
daha nələr baş verdi? Müəllimə şagirdindən qə-
bul etdiyi, üstündəki süni almaz qaşlardan bir
neçəsinin qopmuş olduğu həmin bilərziyi taxdı,
Teddinin onunla birlikdə keçirdikləri sonuncu
Yeni il bayramında anasından qalmış ətirdən
vurmağı da unutmadı. Onlar bir-birlərinə sarıl-
dılar. Doktor Stoddard müəlliməsi xanım Tom-
sonun qulağına pıçıldadı:
– Çox sağ olun, xanım Tomson, mənə inan-
dığınız üçün. Özümü əhəmiyyətli hiss etdirdiyi-
nizə, dəyişə biləcəyimə inandırdığınıza görə sizə
o qədər minnətdaram ki!
Xanım Tomson gözləri yaşlı halda ona pıçıl-
dadı:
– Teddi, məsələ bir az başqa cürdür. Əslində
səni dəyişə biləcəyimə məni inandıran sən ol-
dun. Səni tanıyana qədər mən müəllimliyin nə
olduğunu bilmirdim.
Dostları ilə paylaş: |