87
Əgər dərindən təhlil etsək, məlum olar ki,
yalnız siniflərin nömrəsi ilə fərqlənirlər, yəni
təhsilin ikinci mərhələsində V-IX sinif, üçüncü
mərhələdə X-XI sinif şagirdləri təhsil alırlar.
Onlara tədris edilən fənlərin əksəriyyəti ikinci
mərhələdə başlayır, üçüncü mərhələdə yekun-
laşır. Halbuki, Azərbaycan Respublikasının Təhsil
Qanununda hər bir mərhələnin - ibtidai təhsi-
lin (9.9-cu maddə), ümumi orta təhsilin (19.13-cü
maddə) və tam orta təhsil səviyyəsinin (19.17.-ci
maddə) məqsədləri bir-birindən köklü surət-
də fərqlənir. Bu onu göstərir ki, ümumi təhsilin
ikinci və üçüncü səviyyələrində qarşıya qoyulan
məqsədə müvafiq olaraq təhsilin məzmunu
daha səmərəli müəyyənləşdirilməlidir. Əlbəttə,
hamını belə bir sual maraqlandıra bilər: -Necə?
Maraqlıdır ki, bu sualın cavabı Təhsil Qa-
nununun 19.19. - cu maddəsində göstərilir: “Tam
orta təhsil səviyyəsində təhsilin təmayülləşdir-
ilməsi (humanitar, texniki, təbiət və digər) təmin
olunur”.
Pedaqogika üzrə elmlər doktoru, professor
Dostları ilə paylaş: