Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə24/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
Direktorun el kitabi A5 21 04 2021

LİDERLİK YANAŞMALARI
Liderlik fərdin ümumi məqsədə çatmaq yolunda qrupa 
təsir göstərdiyi bir müddətdir. Lider təsir göstərir. Liderlik 
qrup daxilində baş verir. Liderlik ümumi hədəflərə diqqət 
yetirməyi əhatə edir. Liderlər enerjilərini birlikdə nəsə əldə 
etməyə çalışan şəxslərə yönəldirlər. Beləliklə, liderliyin baş-
lıca xüsusiyyətləri 
zəka, özünə inam, qərarlılıq, səmimilik və 
sosiallıqdır. Güclü nitq , qavrama qabiliyyəti və muhakimə 
etmə bacarıqlarına malik olmaq şəxsi daha yaxşı bir lider 
etməkdədir. Özünə hörmət və fərqlilik yarada bilmək qabi-
liyyəti 
özünə inamın başlıca xüsusiyyətləridir və başqalarına 
təsir etmək kimi ifadə edilən liderliyin əsas göstəricisidir. 
Qərarlılıq və təşəbbüskarlıq, inadkarlıq, üstünlük və impuls 
kimi xüsusiyyətləri əhatə edir. Qətiyyətli insanlar özlərini 
təsdiqləməyə hazırdırlar, təşəbbüskardırlar və maneələrlə 
qarşısında dözümlüdürlər. 
Dürüstlük dəqiqlik və etibarlılıq 
keyfiyyətidir. Sağlam prinsiplərə sadiq qalan və hərəkətləri 
üçün məsuliyyət daşıyan insanlar dürüstlük nümayiş etdi-
rirlər. Dürüst liderlər başqalarına güvənmək üçün ilham ve-
rirlər, çünki dediklərində etibarlıdırlar. 
Sosiallıq liderin yaxşı 
sosial münasibətlər axtarma meylidir. Ünsiyyətçil liderlər 
səmimi, ürəyi açıq, hörmətli, düşüncəli və diplomatikdirlər. 


64
Başqalarının ehtiyaclarına həssasdırlar və rifahlarına maraq 
göstərirlər. Sosial liderlər şəxsiyyətlərarası münasibətlərdə 
uğurludurlar və izləyiciləri ilə qarşılıqlı əlaqələr qururlar 
(Northouse, 2013).
Lider bir növ və keyfiyyət deyildir. İnsanlar xüsusiyyət-
ləri ilə fərqlənirlər. Vəzifələrinə uyğun olaraq fərqli müna-
sibət və davranışlar inkişaf etdirərək onları şaxələndirməyə 
çalışırlar. Liderdə var olan bir xüsusiyyəti, vəziyyətə və qru-
pun ehtiyaclarına görə əhəmiyyəti dərəcədə fərqlənir. Bu 
səbəbdən fərqli vəziyyətlər və ehtiyaclar müxtəlif liderlik 
yanaşmalarını ortaya çıxarmışdır. Müasir dövrdə xarizma-
tik, transformativ, təhsil, mədəni, əxlaqi, əqidə və demok-
ratik liderlik yanaşmaları vardır.
Xarizma sözü liderə sonsuz inamın formalaşması, ona 
tam sədaqət və işçi ilə lider arasındakı münasibətlərdə or-
taq bir əlaqənin yaranması deməkdir. Xarizma liderlə rin 
şəxsi xüsusiyyətidir. Xarizmatik liderlər özlərinə güvənir, 
öz fikirlərinə sadiqdirlər və cəmiyyətin bir çox təbəqəsinə 
müraciət edə bilərlər. Bu gücə sahib insanlar bu xüsusiy-
yət sayəsində insanlara asanlıqla təsir edə bilərlər. Xa-
rizmatik liderlik yanaşmasına görə, fərqli xüsusiyyətləri 
olan liderlər güclərinə, nə etmək istədiklərinə və qeyri- 
adi qətiyyətlərinə görə belə adlandırılırlar. Xarizma, qarşı 
tərəfə müsbət təsir göstərən bir fenomendir. Xarizmatik 
liderlərin tabeçiliyində olanlar lideri qəbul edir və onun 
rəhbərliyində altında olmaq istəyirlər (Arıkan, 1997). 
Özünə inam və ideallara sahib olmaq xarizmatik liderlərin 
ən çox ehtiyac duyduqları məziyyətlərdir (Zel, 1997: 52). 


65
Xarizmatik liderlər: mühakimə və bacarıqlarına tam gü-
vənirlər; mövcud vəziyyətdən daha yaxşı bir gələcək üçün 
hədəfləri vardır; görüşlərini izləyicilərinin anlaya biləcəyi 
bir şəkildə izah edə bilirlər; qətiyyətli, şəxsi riskə gedən 
və əqidəsi naminə özlərini qurban verə biləcək insanlar-
dır; yenilikçi və stereotiplərdən uzaq kimi ifadə olunur-
lar; mövcud vəziyyəti qorumağa çalışanlarla qarşılaşdıqda 
köklü dəyişikliklər etməyi bacaran insanlar kimi qəbul 
edilirlər; dəyişikliyi reallaşdırmaq üçün ətrafı və bazanı 
analiz edə bilirlər (Paksoy, 2002).
Transformativ liderlik, dəyişikliyi effektiv şəkildə həyata 
keçirmək, bu dəyişikliyə rəhbərlik etmək üçün uzaqgörən-
lik yaratmaq və dəyişikliyin zəruriliyini müəyyənləşdirmək 
üçün lazım olan bacarıqların məcmusudur. Transformativ 
liderlik dəyişiklik üçün liderlik modelidir və bu prosesin 
müxtəlif mərhələlərində zəruri davranışları nümayiş et-
dirərək dəyişikliyin uğurla əldə olunmasını təmin edir. Bu 
baxımdan, transformativ liderlik xüsusilə böhran vəziyyət-
lərində, dinamik və qeyri-sabit mühitdə, institusional olma-
yan təşkilatlarda və aşağı analitik səviyyələrdə və mürəkkəb 
quruluşlu işlərdə ön plana çıxır (Ataman, 2002: 470). Trans-
formativ liderlikdə idarəçilər işçilərini bir missiya, bir xəyal, 
yəni bir baxış ətrafında birləşməyə təşviq edirlər. Beləliklə, 
transformativ liderlər işçilərinə özünə inam aşılayır və baca-
rıqlarını istifadə etməyə sövq edirlər.
Mədəniyyət liderliyi təşkilatın missiyasının, məqsəd və 
vəzifələrinin lider tərəfindən qurulması və təmin edilməsi-
dir. Mədəniyyət liderliyi liderin işçilərin vəzifələrini və rol-


66
larını aydın şəkildə başa düşdüyü və işçi heyətinə kollektiv-
çilik hissi yaratmaqda və dəstəkləməkdə kömək etdiyi bir 
gedişatdır. Mədəniyyət liderliyi, təşkilatdakı fərdlər tərəfin-
dən paylaşılan ideologiya, inanc, dəyər və normaları forma-
laşdırmaq və dəyərlərə sahib işçilərə təsir etməkdir (Çelik, 
2000). Mədəniyyət liderləri qrupların daxili inteqrasiya və 
xarici uyğunlaşma problemlərinin müəyyənləşdirilməsində 
və həllində böyük təsir göstərirlər. Çünki bu liderlərin ori-
jinal fikirləri və məlumatları mədəniyyət tarixi və onların 
şəxsiyyəti ilə əlaqədardır. Mədəniyyət liderlərinin özünə 
inamı yüksək olsa da, bu liderlər dünya, təşkilatlar, insan-
lar və insanlar arasındakı münasibətlərin təbiəti haqqında 
güclü fərziyyələrə malikdirlər (Schein, 1997: 213).
Lideri çətin, güclü, inadkar, davamlı və enerjili edən ən 
təsirli bələdçi onun əqidəsidir. Eyni zamanda, əqidə bütün 
qrup işçilərinə bir sıra dəyərlərə sahib olmaq imkanı verir 
və bu, işçiləri və lideri istiqamətləndirən, qrupa və özlərinə 
nəzarət etmələrini təmin edən və onlara ilham verən dəyər-
lər məcmusudur (Yeniçeri, 2004). Əqidə ümumi mənada 
“insan və ictimai həyatla əlaqəli sahələrdə arzuolunan bir 
gələcəyin qurulması istiqamətində, bir-biri ilə əlaqəli, ar-
dıcıl və tətbiq oluna bilən məqsədlərin reallaşdırılmasına 
istiqamətlənən düşüncələr, layihələr, plan və proqramların 
cəminin tətbiqdə müvəffəqiyyətə nail oluna biləcək stra-
teji bir yanaşma” olaraq ifadə edilir (Türkhan, 2003: 2). 
Əqidə liderliyi insanları kollektiv şəkildə təsir altına ala və 
hərəkətə gətirə biləcək baxışlar yaratmaq və ünsiyyət qur-
maq bacarığıdır. İnsanlar liderlərin deyil, onların hədəfləri-
nin dalınca gedirlər. Əqidəli liderlər zamanın dəyərini bilir 


67
və sürətli işləyirlər. Belə liderlik intuitiv və təcrübəli olmaq 
deməkdir. Əqidəli liderliyin başqa bir istiqaməti də iddi-
alı olmaqdır. Belə liderlik geniş perspektivə sahib olmaq 
deməkdir. Bu yüksək baxış asanlıqla idarə oluna bilməyən 
problemlərin həllində liderliyin açarıdır.
Demokratik lider idarəetmə səlahiyyətini işçilərlə bölüş-
məyə meylli bir liderdir. “Mən” yanaşmasına deyil, “biz” 
yanaşmasına əhəmiyyət verməklə işçilərin qərar qəbuletmə 
prosesində iştirak etmələrini təmin edir, beləliklə qərarların 
konsensusla qəbul edilməsinə imkan yaradır (Eren, 2001). 
Demokratik liderlikdə idarəçi fəaliyyətini tabeliyində olan-
lara təzyiq göstərmədən qəbul edir, tabeçiliyində olanların 
iştirakını təmin edərək qərar verməyi üstün tuturlar. De-
mokratik liderlər güclərini həm səlahiyyətlərindən, həm də 
tabeçiliklərində olanlardan alırlar. Bu liderliyi mənimsəmiş 
idarəçilər yüksək iş məmnuniyyəti, aşağı əmək dövriyyəsi 
və yüksək davamiyyət yaradır, xidmət etdikləri təşkilatları 
uğurlu vəziyyətə gətirirlər. Bunun səbəbi, hər şeydən əvvəl 
tabeliyində olanlara insan kimi davranmalarıdır. Demokrat 
liderlərin altı xüsusiyyəti var: tənqidlərə açıqdırlar, birlikdə 
qərar verməyi hədəfləyirlər, məsuliyyəti bölüşürlər, başqa-
larının hüquqlarına hörmət edirlər, qarşı tərəfi fəal şəkildə 
dinləyirlər, güc tətbiq edərək fikir dəyişdirməyə çalışmırlar 
(Stoner və Edward, 1992: 417).
Qloballaşmanın dünyamıza təsiri ilə təhsil, iş həyatı, me-
dia, səhiyyə və digər sahələrdə bəzi etik problemlər, vergidən 
yayınma, siyasi çirklənmə, işin ləngiməsi və işçilərin qiymət-
ləndirilməsində tərəflilik kimi mövzuların müzakirəyə çıxa-


68
rılmasına səbəb olur. Beləliklə, məktəb direktorlarının və 
müəllimlərinin yaşadığı əxlaqi qarışıqlıq ailənin, şagirdlərin 
və cəmiyyətin eyni mənəvi qarışıqlığı yaşamasına səbəb olur. 
Liderliyin şərtlərindən biri yüxsək əxlaqi keyfiyyətlərə malik 
olmaqdır. Məktəbin mənəvi ölçüsünün digər məsələlərdən 
daha vacib olduğu bilinməktədir. Belə ki, məktəb idarəçi-
liyi və müəllimliyi digər peşələrə nisbətən daha çox mənəvi 
məsuliyyət daşıyan bir peşədir. Məktəb direktoru müəllim-
lərin daha uyğun bir mühitdə işləyə bilməsi və şagirdlərin 
daha yaxşı təhsil alması məsuliyyəti ilə güclü bir əxlaqı li-
derlik davranışı nümayiş etdirməlidir. Çünki təhsil xidməti 
müqəddəs bir xidmətdir (Çelik, 2000: 106).
Hər bir peşə və təşkilat üçün ortaq hesab edilə bilən 
əx laqi prinsiplər və bu prinsiplərin əsas götürdüyü ümumi 
normalar mövcuddur. Əxlaqi liderlər üçün bunları ədalət, 
bərabərlik, dürüstlük, qərəzsizlik, məsuliyyət, insan hüquq-
larına hörmət, humanizm, təşkilati bağlılıq, qanunun ali li-
yi, sevgi, tolerantlıq, dünyəvilik, hörmət, qənaət, demok-
ratiya, müsbət insan münasibətləri, şəffaflıq, hüquq və 
azad lıqlar, əməyin qarşılığını vermək şəklində sıralamaq 
olar (Aydın, 2001).

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin