61
çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan
daha ruhlandırıcıdır.
MOTİVASİYA ETMƏK BACARIĞI
Liderlər insanlara nəyi etməli olduqlarını
deyərək rəhbərlik etməməlidirlər. Əvəzində li-
derlər insanların onlara kömək etmək istəmələ-
rinə səbəb olmalıdırlar. Bunun əsas komponenti
başqalarına yardım etmək üçün şəxsi istəkləri-
nizi təkmilləşdirməkdir. Başqaları sizin onlara
kömək etmək istədiyinizi düşündükdə, onlar da
öz növbəsində sizə yardım edəcəklər.
Sosial qrupları və buradakı əsas təsirediciləri
başa düşmək liderliyin digər əsas komponen-
tidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi ola-
raq ən böyük gücə malikdir? Kim qrupun ürəyi
funksiyasını daşıyır?
EMOSİONAL ZƏKA VƏ LİDERLİK
Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka
ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya
malik liderlər, təbii olaraq, daha çox özlərindən
agah olurlar. Onlar zehni proseslərini dərk edir
və özlərini necə idarə etməli olduqlarını bilirlər.
Onlar həvəsində olduqları işlə daha çox təmas-
da olurlar. Onlar, şübhəsiz, başqalarının qayğısı-
na daha çox qalırlar və əvəzində daha çox şəfqət
alırlar. Onlar daha sosialdırlar.
Dostları ilə paylaş: