605) Patoloji dişləmin növləri hansılardır?
1.Proqnatiya
2.Progeniya
3.Çəp dişləm
4.Açıq dişləm
5.Düz dişləm
6.Ortoqnatik dişləm
A) 1, 3, 5, 6
B) 1, 5, 6, 4
C) 2, 3, 4, 6
D) 1, 2, 3, 4
E) 1, 2, 4, 6
Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 səh 40
606) Dişlərin transpozisiyası nədir?
A) Dişlərin bir-birindən sıx yerləşməsi
B) Dişlərin önə çıxması
C) Dişlərin arxada yerləşməsi
D) Dişlərin yerdəyişməsi
E) Dişlərin bir-birindən aralı yerləşməsi
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
607) Qetçinson dişləri hansı anomaliya adlanır?
A) Dişlərin köklərinə görə
B) Dişlərin yerdəyişməsinə görə
C) Dişlərin ölçüsünə görə
D) Dişlərin formasına görə
E) Dişlərin çıxmasına görə
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
608) Vestibulyar qövsün köpək diş nahiyəsində olan əyintinin eni nə qədər olmalıdır?
A) Mərkəzi dişin eninə
B) Yan kəsici dişin eninə
C) Kiçik azı dişin eninə
D) Fərqi yoxdur
E) Köpək dişin eninə
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
Dostları ilə paylaş: |