17) Vasilyevə görə düzülüşdə I kiçik azı dişinin vəziyyəti necədir?
A) Yanaq qabarı dəyir, damaq qabarı dəymir
B) Yaşdan asılıdır
C) Heç bir qabar dəymir
D) Yanaq qabarı dəymir, dil qabarı dəyir
E) Hər iki səthdən qabarı dəyməlidir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 295
18) Birçiyinli klammer aşağı çənədə necə yerləşir?
A) Ekvatordan aşağıda
B) Ekvatorun yarısında
C) Ekvatorla eyni səviyyədə
D) Ekvatordan yuxarıda
E) Əyilmənin əks tərəfində
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 214-215
19) Ağız boşluğunda protez konstruksiyasının yoxlanması zamanı dişlər arasında kontakt hansı səbəbdən pozula bilər?
A) Yan okklüziyada
B) Mərkəzi okklüziyada qapanmışlar
C) Ön okklüziyada
D) Dərin dişləmdən
E) Qapanma zamanı dişləm şablonu yüngülcə yerini dəyişmişdir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 210-211
Dostları ilə paylaş: |