22) Ölçü nəyə deyilir?
A) Protez yatağı toxumalarının pozitiv əksi
B) Protez yatağı toxumalarının neqativ əksi
C) Həkim tərəfindən çənədən alınmış əks
D) Modeldən alınan əks
E) Protez yatağının neqativ və pozitiv əksi
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 83
23) Okklüdatora gipsləmədə bir modelin o biri modelə nəzərən yerini dəyişməsi nəyə səbəb olur?
A) Dişlər düzüldükdə səhvə səbəb olur
B) Plastik kütlənin hava qabarcıqlı olmasına səbəb olur
C) Gülüş xətti itir
D) Mərkəzi okklüziyanın səhv təyini haqqında fikir yaradır
E) Dişləm təyinində səhvə səbəb olur
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 371-372
Dostları ilə paylaş: |