556) Artikulyasiya nədir?
A) Üst çənənin müəyyən istiqamətlərdə yerdəyişməsidir
B) Alt çənənin üst çənəyə nəzərən dişlərin bir-birinə toxunmaması halında qapanmasıdır
C) Alt çənənin müəyyən istiqamətlərdə yerdəyişməsidir
D) Alt çənənin üst çənəyə nəzərən dişlərin daha çox təmasda olması halında qapanmasıdır
E) Alt çənənin üst çənəyə nəzərən müxtəlif yerdəyişməsidir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 48-49
557) Dişin neçə anatomik hissəsi var?
A) 3
B) 5
C) 2
D) 4
E) 6
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 19
558) Alt çənənin önə çıxmış vəziyyətdə qapanması necə adlanır?
A) Proqnatiya
B) Opistoqnatiya
C) Progeniya
D) Düz dişləm
E) Çəp dişləm
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 27
Dostları ilə paylaş: |