Diş texniki ixtisası üzrə nümunəvi test sualları Bölmə Qarışıq Diş texniki 1 Hansı hallarda çıxan protezlər hazırlanır?


) Süd dişləmində hansı dişlər olmur?



Yüklə 371,12 Kb.
səhifə4/20
tarix03.02.2017
ölçüsü371,12 Kb.
#7559
1   2   3   4   5   6   7   8   9   ...   20

139) Süd dişləmində hansı dişlər olmur?
A) Köpək dişləri

B) Yan kəsici dişləri

C) Böyük azı dişləri

D) Kiçik azı dişləri

E) Birinci böyük azı dişləri
Uşaqlarda dişlər 6-7 aylıqdan başlayır, aşağı və yuxarı mərkəzi dişlər çıxmasından başlanır və 3 yaşda qurtarır. Bu zaman müəyyən ardıcıllıq olur. Mərkəzi kəsicilər , yan kəsicilər, I azı dişlər, köpək dişlər, II azı dişlər. Hər çənədə 10 diş ( kiçik azı dişlər ) olmur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 30
140) Polimerləşmədən sonra gips plastik kütlədən ayrılmırsa nə etmək lazımdır?
A) Mexaniki üsulla əzilərək gips çıxarılır

B) Yapışqan sürtməklə qoparılır

C) Gipsə yağ sürtülür və qoparılır

D) Sabunlu su ilə yuyulur

E) Gipsə HCl sürtülür, 5-10 dəq sonra su ilə yuyulur
Polimerləşmədən sonra əgər gips protezdən çətin qopursa, bu zaman həmin hissələr xlorid turşusu ilə isladılır və 5-10 dəqiqədən sonra sabunlu su ilə yuyularaq çıxarılır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 228
141) Protezin kimyəvi işlənməsi nə ilə aparılır?
A) Qumvuran aparatla

B) Qələvilərlə

C) Obraziv materiallarla

D) Daşlarla və obraziv materiallarla

E) Turşularla
Protezin işlənməsi üçün xüsusi insrumentlərdən istifadə olunur. Ürqül şaberlərdən, yarımdairəvi nəqqaş qələmi, iri çərtilmiş düz və iti yiyələrdən istifadə olunur. Protezin son işlənməsi sumbata kağızla, fülslə, setka və s. aparılır.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман .Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 251
142) Süd dişlərinin tam çıxması nə qədər vaxt tələb edir?
A) 32-38 ay

B) 20-25 ay

C) 30-35 ay

D) 38-40 ay

E) 20-30 ay
6-7 aylığında uşaqların süd dişlərin çıxması başlayır. Hər hansı dişin çıxması onun kötüyün inkişafından başlayır. Dişin inkişafı və onun tam formalaşması tac hissəsinin çıxdığı vaxt baş verir.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991 səh 31
143) Ştixel aləti nə məqsədlə istifadə olunur?
A) Protez yatağını yonmaq üçün

B) Protezi yonmaq üçün

C) Protezin süni dişlərinin aralarını işləmək üçün

D) Protezi pardaxlamaq üçün

E) Protez təmiri zamanı protakrili qarışdırmaq üçün
Protez hazırlandıqdan sonra süni dişlərin araları işlənərkən ştixeldən istifadə olunur. Bu taxta və ya plastik kütlədən tutacağı olan yarımdairəvi, üçbucaq , törpüşəkilli ucu olan alətdir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 229
144) Dişləm şablonunun mum yastığına aid olmayan tələb hansıdır?
A) Universal ölçüdə olmalıdır

B) Monolitdir

C) Kənarları hamar olmalıdır

D) Kənarları hamar olmamalıdır

E) Kəsiləndə aralanmalıdır
Qızdırılmış mum lövhəciyi yavaşca model üzərinə sıxılır. Qızdırılmış şpatel ilə sərhəd boyu artıq mum kəsilur. Lövhəciyi odun üstündə yumşaldıb yumurlayıb valik formada lövhəcliyin üstünə qızdırıb yapışdırılır. Mum bərkiməmiş çəvrilib hamar yerdə sıxılır. Valik əridilmiş mumla bir-birinə yapışdırılır.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 322
145) Antaqonist dişlər olduqda mərkəzi okklüziya təyininə nə aid deyil?
A) Köpək xəttinin təyini

B) Aşağı çənənin mezio-distal vəziyyətinin təyini

C) Dişləm hündürlüyünün təyini

D) Dişləm şablonuna oriyentir xətlərinin çəkilməsi

E) Fizioloji sakitlik vəziyyətinin təyini
Dişləm şablonu xəstənin ağız boşluğuna salınıb xəstəyə sakitcə ağzını bağlamasını xahiş edirik. Əgər antoqanist dişlər açıq qalırsa, dişləm şablondan artıq mumu götürürük, əgər dişlər qapanırsa, mum şablon arasındakı məsafə qalırsa mumun üstü mumla əlavə olunur. Okklüziyanı dişlərin qapanmasıyla yoxlanılır.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. «Медицина», 1978 səh 205
146) Tam dişsiz progenik vəziyyətdə olan çənədə dişlər necə düzülür?
A) Yuxarı çənədə yan kəsicilər qoyulmur

B) 6-ci dişlər yuxarı çənədə qoyulmur

C) Yuxarı və aşağı çənələrə I kiçik azı dişləri qoyulmur

D) 6-ci dişlər aşağı çənədə qoyulmur

E) 5-ci dişlər yuxarı çənədə qoyulmur
Kəskin görünən atrofiyada yuxarı çənə aşağı çənədən kiçik olduqda süni dişlər əks istiqamətdə qoyulur. Mərkəzi aşağı frontal dişlər yuxarı frontal dişləri örtür. Bu zaman yuxarı çənədə 12 diş, aşağıda isə 14 diş qoyulur. Dişlərin düzülməsi ortoqnatik dişləmdə olduğu kimidir, ancaq 2-ci kiçik azı dişi qoyulmur. ( 5-ci kiçik dişlər ).
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 326
147) Tam dişsiz proqnatik vəziyyətdə olan çənələrdə dişlər hansı qayda ilə düzülür?
A) Yuxarı çənədə kiçik azılar qoyulmur

B) Aşağı və yuxarı çənələrə kiçik azılar qoyulmur

C) Yuxarı çənədə I böyük azılar qoyulmur

D) Aşağı çənədə kiçik azılar qoyulmur

E) Aşağı çənədə I böyük azılar qoyulmur
Progeniya həqiqi və yanlış olur. Həqiqi progeniyada yuxarı çənə çox inkişaf edir. Bu zaman frontal dişləri bir-birinə toxunaraq qoyulur. Fiksasiya üçün vestibulyar damaq qarmaqlardan istifadə olunur.Yanlış proqnatiyada dişləri ortoqnatik dişləmdə olan kimi düzəlir. Proqnatiya əlamətlərini aradan qaldırmaq üçün aşağı frontal dişləri qabağa əyilmiş vəziyyətində və iki kiçik azı dişin əvəzinə hər tərəfdə I kiçik azı diş qoyulur.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 291
148) Paradontoz olan dişlərə hansı klammerlərdən istifadə olunur?
A) Pelot qarmaqdan istifadə olunur

B) Birçiyinli qarmaqdan

C) Lentşəkilli qarmaqdan

D) İki çiyinli qarmaqdan istifadə olunur(bir çiyin paradontoz dişə, o birisi sağlam dişə )

E) Oxvari qarmaqdan istifadə olunur
Dodaq və dil-damaq tərəfini əhatə edən klammerlər ikiçiyinli klammerlər adlanır. İkiçiyinli klammerlərin bir çiyni ekvatordan aşağı, o biri çiyni ekvatordan yuxarı keçir. Bu xətlər bir-biriylə paralel olmalıdır. Belə klammerlər ancaq dişlərin tacı hündür olduqda tətbiq edilə bilər.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 105
149) Neytral ərazi nə deməkdir?
A) Aşağı çənədə ekzostos olan hissə

B) Hərəkətsiz selikli qışanın hərəkətli selikli qişaya keçən ərazi

C) Yuxarı çənədə torus olan hissə

D) Aşağı çənədə selikli qişanın dil nahiyyəsi

E) Yuxarı çənədə frontal dişlər olan ərazi
Protezin arxa kənarı bazisin qurtaracaq yerlərin istiqaməti damaq batıqların yerləşməsini təyin edilməsidir. Onlar arxa burun çıxıntıların qıraqlarında və “A” xəttə yaxın yerləşir. Protezin bazisin distal kənarları uzadılma dərəcəsini onun yumşaq damağın quruluşunun növündən ,enindən və selikli qışasının elastikliyin dərəcəsindən asılıdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 178
150) Plastik kütlə küvetə qoyulduqdan sonra presdə neçə dəqiqə saxlamaq lazımdır?
A) 3-4 dəq

B) 10-15 dəq

C) 5-9 dəq

D) 1-2 dəq

E) 4-6 dəq
Plastik kütlə küvetə qoyulduqdan sonra presdə 10-15 dəqiqə saxlamaq lazımdır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 227

Bölmə 2. Çıxmayan protezlərinin hazırlanma texnikası
151) Çıxmayan protezlərə aid olan xüsusiyyətlər hansılardır?
A) Protez dişlərə sementlə fiksasiya olunur

B) Xəstə istədiyi vaxt protezi ağız boşluğundan çıxara bilir

C) Yalnız metaldan hazırlana bilir

D) Protez ağız boşluğunda böyük sahəni tutur

E) Belə protez üçün əsas material plastmasdır
Dağılmış diş tacını bərpa edən, olmayan dişləri əvəz edən və bu

zaman dişlərə sement vasitəsilə fiksasiya edilən, çıxarılması yalnız həkim tərəfindən mümkün olan və bu zaman konstruksiyası pozulan protezlərə çıxmayan protezlər deyilir.


Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
152) “Algelast” hansı ölçü materiallarına aiddir?
A) Elastik

B) Termoplastik

C) Polimerləşən

D) İkiqat ölçü materialı

E) Kristallaşan
“Algelast” ölçü materialının fiziki və kimyəvi xassələri elastiki ölçü materiallarının xassələrinə uyğundur.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 113-115
153) Aşağıdakı variantlardan hansı tökmə güdüllü qapaqların müsbət cəhətlərinə aid deyil?
A) Ön və yan dişlərdə tətbiq etmək olar

B) Tökmə olduğu üçün daha dəqiqdir və köklərdə daha yaxşı fiksasiya olur

C) Ayrı-ayrı dişlərin əyilmiş olması zamanı tətbiq edilərək qüsuru aradan qaldırmaq olur.

D) Patoloji sürtülmə zamanı tətbiqi mümkün deyil

E) Təkrar istifadəsi mümkündür(tac hissəni çıxarmaq məcburiyyəti olanda)
Tökmə güdüllü qapaqların müsbət cəhəti onların patoloji sürtülmə zamanı tətbiqinin mümkün olmamasıdır.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 129-130
154) Taxmalar hansı üsulla hazırlanır?
A) Düz və tərs üsulla

B) Düz və dolayı üsulla

C) Düz üsulla

D) Ştamplanma üsulu ilə

E) Dolayı üsulla
Taxmalar mikroprotezlərə aiddir. Diş tacının pozulmuş anatomik forması onların köməyilə bərpa edilir. Taxma metaldan, qeyri-metaldan və eləcə də üzlüklü (metal, sement-silikat, plastik kütlə və ya çininin kombinasiyasından) olur. Taxmanın mum modelinin hazırlamağın əsasən iki üsulu vardır: düz və dolayı üsulla. Bundan başqa kombinəedilmiş üsul da vardır, lakin həmin üsuldan nadir hallarda istifadə olunur.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 131-132
155) Dişləm nədir?
A) Hər iki çənənin önə çıxmış vəziyyətdə qapanmasıdır

B) Alt çənənin önə çıxmış vəziyyətdə qapanmasıdır

C) Alt çənənin sola yerini dəyişmiş vəziyyətdə qapanmasıdır

D) Çənələrin mərkəzi münasibətdə qapanmasıdır

E) Diş sırasında bütün dişlərin mövcud olmasıdır
Çənələrin mərkəzi okklüziya vəziyyətində qarşılıqlı qapanmasına dişləm deyilir. A.İ.Betelman funksional əlamətlərinə görə dişləmi iki qrupa bölür: fizioloji patoloji.
Ədəbiyyat: Ə.A.Əhmədov.Ortopedik Stomatologiya. Maarif nəşriyyatı. Bakı I hissə. 1992, səh 24-25
156) Okklüziya nə deməkdir?
A) Dişləm növü

B) Çənə


C) Qapanma

D) Əzələ


E) Oynaq
“Okklüziya”-termini altında aşağı çənənin yuxarı çənəyə doğru diş cərgələrinin xarakterik kontaktlarının saxlanılması şərti ilə hərəkəti, yəni qapanması deməkdir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 49
157) Verilənlərdən hansı çıxmayan protez hazırlanmasında əsas material kimi istifadə olunur?
A) Gilizlər, modelləşdirmə mumu

B) Melod, gilizlər, plastmas

C) Gilizlər, plastmas, gips

D) Metal xəlitələr, çini, plastmas

E) Metal ərintiləri, gips, çini
Ortopedik Stomatologiyada istifadə olunan materiallar 2 qrupa bölünür: əsas və köməkçi. Əsas materiallara metal və metal ərintiləri, plastmaslar və çini kütlələr aiddir. Protez və aparatların hazırlanma prosesində istifadə olunan digər materiallar köməkçi adlanır.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 29,102
158) Gilizi seçərkən nəyə diqqət yetirmək lazımdır?
A) Gilizin qalınlığına

B) Gilizin hazırlanma materialına

C) Gilizin dayaq dişin ölçüsünə uyğun olmasına

D) Gilizin uzunluğuna

E) Gilizin rənginə
Qapaq döymək üçün gilizləri seçərkən onun dişin (yəni meloddan hazırlanmış kontrştampın) ölçüsünə uyğun olmasina fikir verilməlidir. Çünki gilizin ölçüsü kiçik olarsa ştampa keçməz, böyük olarsa qapaq hazırlamaq mümkün olmaz. Giliz ştampa çətinliklə keçməli və kip olmalıdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 63-65
159) Metaldan qaynaq edilmiş körpüvari protezin hazırlanmasının neçə klinik mərhələsi var?
A) 7

B) 5


C) 4

D) 6


E) 8
Metaldan olan qaynaq edilmiş körpüvari protezin hazırlanmasının 4 klinik mərhələsi var:

1. Dişlərin yonulması və ölçünün alınması

2. Mərkəzi okklüziyanın təyini

3. Dayaq elementlərinin ağız boşluğunda yoxlanılması və onlarla birlikdə ölçünün alınması

4. Hazır protezin dayaq dişlər üzərində oturdulması (sementlənməsi)
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 170
160) Sonuncu modelləşdirilən səth hansıdır?
A) Damaq səthi

B) Yan səth

C) Oral səth

D) Vestibulyar səth

E) Dil səthi
Müəllifə istinad edərək modelləşdirmə zamanı sonuncu modelləşdirilən səth yan səthdir. (aproksimal)
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
161) Modelləşdirməyə aid olmayan şərt hansıdır?
A) Modelləşdirmə bərkimiş mumla aparılır

B) Kimyəvi karandaşla klinik boynun çəkilməsindən sonra modelləşdirmə aparılır

C) Yan səthlər axırda modelləşdirilir

D) Modelləşdirmədə çeynəmə qabarları kəskin nəzərə çarpmamalıdır

E) Antaqonistə uyğun modelləşdirilməlidir
Modelləşdirmə qaynar mumla başlanır, davamı qızdırılmış mumla aparılır. İlkin qaynar mum gips formaya yaxşı yapışmalıdır (tam tökmə metal qapağın hazırlanmasını çıxmaq şərti ilə). Sonrakı mum yalnız formanı almaq üçün az porsiyalarla, qaynar olmadan verilməlidir. Yan səthlər axırda modelləşdirilməlidir. Modelləşdirməyə başlamadan əvvəl kimyəvi qələmlə klinik boyun çəkilməlidir. Ştamplanma qapağı hazırlayarkən çeynəmə qabarlar kəskin nəzərə çarpmamalıdır və antaqonistə uyğun modelləşdirilməlidir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61
162) Çərçivə əsasında gips ştamplar arasındakı məsafə nə qədərdir?
A) 3 sm

B) 4 sm


C) 1 sm

D) 2 sm


E) 5 sm
Gips ştamplar çərçivə üzərində horizontal vəziyyətdə qalınlığının yarısı qədər, araları 1 sm olmaqla basdırılır.(müəllifə istinad edərək)
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 64
163) Yarımqapaqlar dişin hansı səthini örtmür?
A) Vestibulyar səthi

B) Oral səthi

C) Dil səthi

D) Çeynəmə səthi

E) Yan səthi
Yarımqapaqlar (3/4 qapaqlar) çıxmayan protezlərə aiddir. Onlar dişin yalnız oral, aproksimal və çeynəyici səthlərini örtür.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 70
164) Körpüvari protez hansı hissələrdən ibarətdir?
A) Aralıq hissədən və qapaqlardan

B) Dayaq dişlərdən və aralıq hissədən

C) Dayaq dişlərdən və taxmalardan

D) Ştiftli dişlərdən və aralıq hissədən

E) Mərkəzi və aralıq hissədən
Körpüvari protez iki hissədən ibarətdir: əsas olan aralıq hissədən və dayaq elementlərdən. Dayaq elementi olaraq müxtəlif növ qapaqlardan, taxmalardan, ştiftli dişlərdən istifadə etmək olar. Aralıq hissə qaynaq yolu ilə dayaq dişlərə lehimlənmiş süni dişlərdən, tökmə yolu ilə hazırlanmiş vahid blokdan ibarət ola bilər.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
165) Aralıq hissənin neçə forması var?
A) 5

B) 4


C) 1

D) 3


E) 2
Aralıq hissənin 3 növü var: toxunan, yuyulan (asma) və yəhərvari.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
166) Vestibulyar səthi plastmasdan olan qapaq necə adlanır?
A) Yarımqapaq

B) Metal


C) Teleskopik

D) Kombinəedilmiş

E) Tam tökmə
Qapaqların hazırlanma materialına görə 3 növü var:

1. Metaldan olanlar (qızıl, polad)

2. Kombinəedilmiş (eyni zamanda həm metal, həm də plastmas və ya çinidən)

3. Plastmasdan və ya çinidən olanlar

Kombinəedilmiş konstruksiyalar fərqli olur. Bəzi konstruksiyaların altı metaldan olur, üstü plastmas və ya çini ilə üzlənir. Digərlərinin isə yalnız vestibulyar hissəsi plastmasdan olur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 74
167) Asma protezi qapaqdan fərqləndirən xüsusiyyət hansıdır?
A) Asma konstruksiya kimyəvi işlənmir

B) Asma konstruksiya çıxan protezlərə aiddir

C) Qapaq - diş cərgəsi, asma - bir diş protezidir

D) Asma - diş cərgəsi, qapaq - bir diş protezidir

E) Asma konstruksiya ortodontik aparatı fiksasiya etmək üçün hazırlanır,qapaq isə bir diş protezidir
Asma və ya konsol protezlərin birtərəfli dayaq nöqtəsi və aralıq hissəsi olur. Bu tip konstruksiyalar olmayan dişləri bərpa etmək məqsədilə hazırlanır. Qapaqlar dağılmış diş tacını bərpa etmək, körpüvari protezlərə dayaq rolunu oynamaq üçün hazırlanır. Beləliklə asma diş cərgəsi, qapaq isə-bir diş protezidir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
168) Körpüvari protezlə hissəvi protezin eyni xüsusiyyəti hansıdır?
A) Hər ikisi sementlə fiksasiya olunur

B) Hər iki protezin tətbiqində dad hissiyatı itmir

C) Hər ikisi istənilən materialdan hazırlana bilər

D) Hər ikisində dayaq dişin sağlamlığı vacibdir

E) Hər ikisinin polimerləşdirilməsində etakrildən istifadə olunur
Körpüvari protezlərin və hissəvi çıxan protezlərin eyni xüsusiyyəti odur ki, hər ikisinin hazırlanmasının əsas şərti dayaq dişin sağlamlığıdır. Dayaq dişin sağlam olması, laxlamaması, payına düşən yükü saxlamağı bacarması hər iki konstruksiyanın fiksasiyası, möhkəmliyi üçün vacibdir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 237
169) Yəhərəbənzər formadan nə vaxt istifadə edilir?
A) Frontal dişlərdə

B) Təzyiqi düzgün paylaşdırmaq üçün

C) Çeynəmə dişlərinin tacı qısa olduqda

D) Estetik keyfiyyəti artırmaq üçün

E) Gigiyenik olduğuna görə
Dayaq dişlər alçaq kliniki taclara malik olduqda lehimləmə üçün meydança kiçik olur. Buna görə aralıq hissə dayaq qapaqlarından qopa bilər. Belə hallarda istisna kimi aralıq hissənin yəhərəbənzər formasını tətbiq etmək olar
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I hissə 1992, səh 177
170) Modelləşdirmə zamanı mum diş boynuna çatmamalıdır?
A) 2.5-3,0 mm

B) 1,0-1,5 mm

C) 1,5-2,0 mm

D) 0,5-1,0 mm

E) 2,0-2,5 mm
Müəllifin fikrinə əsaslanaraq modelləşdirmə zamanı mum diş boynuna 1,0-1,5 mm çatmamalıdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
171) Tökmə qapaqların ştamplanmış qapaqlardan üstünlüyü nədir?
A) Sərfəli olması

B) Yüksək dəqiqliyi

C) Metalın az sərf edilməsi

D) Davamlılığı

E) İstehsalda sadəliyi
Tökmə üsulu ilə hazırlanan bütün konstruksiyalar yüksək dəqiqliyi ilə fərqlənir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 72
172) Çıxmayan protezlərin hazırlanmasında dayaq məqsədilə nədən istifadə edilir?
A) Süni dişlərdən

B) Teleskopik qapaqdan

C) Taxmalardan və qarmaqlardan

D) Qapaqlardan, ştiftli dişlərdən, taxmalardan

E) Yuyulan formadan
Körpüvari protezlər hazırlanarkən dayaq məqsədilə qapaqlardan, ştiftli dişlərdən və taxmalardan istifadə edilir. Yalnız qapaqların bütün növlərindən dayaq kimi istifadə etmək olmaz. Məsələn: teleskopik qapaq yalnız çıxan protezi fiksasiya etmək üçün, ortodontik qapaq isə ortodontik aparatların fiksasiyası üçün yararlıdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
173) Ştiftli diş nədir?
A) Yalnız plastmasdan hazırlanan ştiftli protez

B) Kökə çatmayan, ştifti yalnız tac hissəyə fiksasiya olunan protez

C) Süni qapaqdan və kök kanalında yerləşdirilən ştiftdən ibarət olan çıxmayan protez

D) Yalnız tək köklü dişlərə hazırlanan ştiftli protez

E) Dişin ekvatoruna qədər sahəsi əhatə edən ştiftli protez
Ştift vasitəsilə dişin kökünə fiksasiya edilən konstruksiyaya ştiftli diş deyilir. Ştiftli diş qapaqdan, ştiftdən, kökü mühafizə edən lövhədən ibarətdir. Süni qapaqdan və kök kanalında yerləşdirilən ştiftdən ibarət olan çıxmayan protez olub,istənilən materialdan hazırlana bilər. Ştiftli dişlər tək dişə və ya körpüvari protezə dayaq elementi kimi qoyula bilər.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
174) Ştiftli dişlər konstruksiyasına görə neçə yerə bölünür?
A) Tökmə və qaynaq edilmiş

B) Ştiftli və ştiftsiz

C) Sadə və mürəkkəb

D) Qalın və nazik

E) Metal və plastmas
Konstruksiyasına görə ştiftli dişlər iki qrupa bölünür:sadə və mürəkkəb. Sadə konstruksiyalara Loqanın, Devisin ştiftli konstruksiyaları və eləcə də standart ştiftlərlərlə; standart dişlərin tezbərkiyən plastik kütlə ilə bərkidilən üsullari aiddir. Mürəkkəb konstruksiyalara isə Reçmondun, İlyinanın, Əhmədovun ştiftli dişləri aid edilir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-81
175) Metal ştampın əksi olan gips sütunun diş boynundan başlayaraq kəsilmə qaydası necədir?
A) Konusvari

B) Diş oxuna paralel

C) Diş oxuna perpendikulyar

D) Dairəvi

E) Pazvari
Gips sütun kəsildikdə qaydalara riayət etmək vacibdir, çünki düzgün kəsilmiş gips sütundan metal sütun töküləcək və onun üzərində qapaq döyüləcək. Gips sütunda buraxılmış səhvlər keyfiyyətsiz və dəqiq olmayan qapağa gətirib çıxarır. Gips sütun dişin boynundan başlayaraq diş oxuna paralel kəsilməlidir ki, giliz onun üzərinə oturdulub döyüldükdın sonra çıxarıla bilsin.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-61
176) Dişin ağız dəhlizinə baxan səthi necə adlanır?
A) Oral səth

B) Distal səth

C) Aproksimal səth

D) Vestibulyar səth

E) Çeynəmə səth
Hər dişin 5 səthi var.

1. Oral səth- ağız dəhlizinə baxan. Alt çənə üçün dil səthi, üst çənə üçün isə damaq səthi də adlanır.

2.Vestibulyar səth-ön dişlər üçün dodaq, yan dişlər üçün yanaq səthidir.

3. Kəsici səth- ön dişlər üçün , çeynəyici səth –azı dişlər üçün.

4 və 5. Aproksimal səthlər- medial (mərkəzə doğru baxan səth) və distal (arxaya doğru baxan səth)
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 19
177) Qapaq hazırlayarkən dişlərin qapanmasına nə mane olmur?
A) Çeynəmə səthinin düzgün modelləşdirilməməsi

B) Ekvator xəttinin qabarıq olması

C) Dəqiq preslənməməsi

D) Gilizin düzgün seçilməməsi

E) Gilizin düzgün çəkilməməsi
Qapaq hazırlayarkən buraxılan bəzi səhvlər dişlərin qapanmasına mane ola bilər. Bu səhvlər gələcəkdə xəstəyə daha böyük problem törədir. Belə səhvlərə aşağıdakılar aiddir. Çeynəmə səthinin düzgün modelləşdirilməməsi, gilizin düzgün çəkilməməsi, dəqiq preslənməməsi və düzgün seçilməməsi aiddir. Yalnız ekvator xəttinin qabarıq olması qapanmaya heç bir əks təsir göstərmir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61-63


Yüklə 371,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin