Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi



Yüklə 93,23 Kb.
səhifə20/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   ...   12   13   14   15   16   17   18   19   20
Konspektlər

Quick Access Toolbar (Панели быстрого доступа/Cəld Müraciət Paneli) alətlər panelinin Lentin aşağısında yerləşməsini Customize Quick Access Toolbars (Настройка панели быстрого доступа/ Cəld Müraciət Panelini Fərdiləşdir) düyməsi ilə açılan siyahısındakı Show Below the Ribbon (Разместить под лентой/Lentin aşağısında göstər) əmri ilə, eyni qayda ilə Lentin aşağısında yerləşmiş panelin yuxarıda yerləşməsini isə Show Above the Ribbon (Разместить над лентой/Lentin yuxarısında göstər) əmri ilə həyata keçirmək olar.
Microsoft Office paketinin bütün proqramlarında Lentin tablarına keçidi və ya Cəld Müraciət Panelinin alətlərinin icrasını maus göstəricisini həmin tablar və alətlər üzərinə gətirib, sol düyməni klikləməklə ya da klaviaturanın müəyyən düymələri ilə yerinə yetirmək olar. Təcrübəli istifadəçilər əmrlərin yerinə yetirilməsində klaviatura düymələrindən istifadəyə üstünlük verirlər. Type Key (Тип ключа/Açar tipi) elementləri klaviatura düymələri vasitəsi ilə istidadəçi interfeysinin imkanlarından birgə istifadəsinə şərait yaradır.
Type Key (Тип ключа/Açar tipi) qeydləri klaviaturanın Alt və ya F10 düymələrinin basılması nəticəsində aktivləşir və bütün “cəld düymə”lərin uyğun əmr və ya seçim üzərində əks olunmasını təmin edir. Düymələrin əks olunmasından imtina etmək üçün Alt və ya F10 düymələri təkrar basılır, ya da Esc düyməsi basılır.


Antivirus proqramları
Kompüter virusları ilə ən yaxşı mübarizə vasitəsi antivirus proqramlarından istifadə edilməsidir. Bu proqramlar müxtəlif prinsiplərdə yaradıla bilir.
Polifaqlar. Ən populyar və səmərəli antivirus proqramları polifaqlardır. Polifaq-
ların iş prinsipi faylların, disklərin yükləyici sektorlarının və operativ yaddaşın yoxlan- masına və onlarda polifaqa məlum olan və məlum olmayan virusun axtarılmasına əsaslanır. Məlum virusun axtarışı üçün maskadan istifadə edilir. Virus maskası dedikdə, konkret virus üçün tipik olan proqram kodundakı sabit sıra nəzərdə tutulur.

Maska tapılan fayl yoluxmuş hesab edilir və onun müalicəsinə (təmizlənməsinə) başlanır. Yeni virusun axtarışı zamanı evristik skanerləmə alqoritmindən istifadə edilir. Yəni əmrlərin ardıcıllığı təhlil edilir. Əgər şübhəli əmr ardıcıllığı aşkar edilərsə, polifaq obyektin yoluxmuş olması ehtimalı barədə məlumat verir.


Operativ yaddaşa yüklənmə məqamında faylların yoxlanmasını həyata keçirən poli- faq antivirus monitoru adlanır. Polifaqların üstünlüyü onların universallığı, nöqsanı viruslar barədə verilənlər bazasının kifayət qədər geniş olması ilə bağlı olaraq yaddaşda çox yer tutması və axtarışın yavaş getməsidir.
Müfəttişlər. Müfəttişin160 iş prinsipi diskdəki fayllar üçün kontrol məbləğin hesablan-
masına əsaslanır. Faylın uzunluğu, yaradıldığı tarix və son modifikasiya tarixi ilə yanaşı həmin kontrol məbləğ də antivirusun bazasında saxlanır. Fayl işə buraxılarkən müfəttiş- proqram həmin informasiyanın dəyişib-dəyişmədiyini yoxlayır. Dəyişiklik yoluxmanı göstərir.
Müfəttiş yeni faylı yoxlaya bilmir.
Bloklaşdırıcılar. Antivirus bloklaşdırıcıları ―virus təhlükəsi‖ situasiyasını161 istifadə- çiyə xəbər verən proqramlardır. Kompüterin BİOS-undakı bloklaşdırıcı daha geniş tətbiq edilir. Bloklaşdırıcının əsas üstünlüyü virusu vaxtında aşkarlayıb qarşısını almaqdan ibarətdir.
Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin