Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi



Yüklə 93,23 Kb.
səhifə5/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   2   3   4   5   6   7   8   9   ...   20
Konspektlər

Sistem proqramları.
Proqram təminatının əsas hissələrindən olan sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:

  1. Əməliyyatlar sistemləri

  2. Örtük proqramları

  3. Arxiv proqramları

  4. Antivirus proqramları

  5. Drayverlər (xarici qurğuları birləşdirən)

  6. Utilitlər və s.

Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s.
Örtük proqramları Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan proqramlardır: Misal üçün: NC, Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.
Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.
Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s.
Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım öndədir.
Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:

  1. Kontrol, test və diaqnostika proqramları.

  2. Drayver proqramları

  3. Arxivator proqramları

  4. Antivirus proqramları

  5. CD və ya DVD yazıcı proqramları




Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin