DİGƏR IMAMLARIN ŞİƏLƏR HAQQINDA FİKİRLƏRİ
Bunlar əmirəlmöminin Əlinin (Allah ondan razı olsun!) dedikləridir. Həsən, Hüseyn və onların digər “məsum imamları”na gəlincə, onların şiələr haq-qında fikri Əbülhəsən Musanın Küleyninin misal gətirdiyi sözündə olduğu kimidir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boş danışan gördüm, onları imtahan etdim, yalnız mürtəd (dönük) gördüm”.439
Molla Baqir Məclisi “Məcalis əl-möminin”də qeyd edir ki, imam Musa Kazımın belə dediyi rəvayət olun-muşdur: “Abdulla ibn Yəfurdan başqa vəsiyyətimi qəbul edib əmrimə itaət edən bir nəfər görmədim”.440
Kəşşi onun (Kazımın) atası Cəfərin də belə de-diyini rəvayət etmişdir: “Allaha and olsun ki, bir adamdan — Abdulla ibn Yəfurdan başqa mənə itaət edən və sözümə qulaq asan bir nəfər görmədim”.441
Həsən ibn Əli (Allah onların hər ikisindən razı olsun!) öz şiələri haqqında demişdir: “Allaha and ol-sun, mən bu fikirdəyəm ki, Müaviyə mənim üçün bun-lardan yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələ-rimdirlər, özləri də mənim qətlimi istəyirlər ki, ma-lıma sahib olsunlar. Allaha and olsun, yaxşı olar ki, mən Müaviyə ilə əhd-peyman bağlayım, özümü ölümdən qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəin-ki onlar məni öldürsünlər, nəslim və ailəm yox olsun. Allah haqqı, mən Müaviyə ilə döyüşsəm, onlar boğa-zımdan yapışıb məni Müaviyəyə döyüşsüz təhvil verər-lər. Allaha and olsun ki, ona əsir düşüb onun məni öldürməsindən onunla sülh bağlayıb güclü olmağım yax-şıdır. O mənimlə barışar və bu Bəni Haşimə dünya durduqca bir ibrət olar. Nə qədər ki, Müaviyə barış-maq fikrindədir, onunla barışmaq lazımdır. Bunun nəticəsi bizim dirilərimiz üçün də, ölülərimiz üçün də yaxşı olar”.442
O həmçinin demişdir: “Mən Kufə əhlini (yəni öz şiələrini və atasının şiələrini) və onların bədbəxtliyini bilirəm: onlardan fəsadla məşğul olanlar mənim işimə yaramazlar. Onların nə vəfası var, nə də sözdə və işdə vicdanları. Onlar əslində bizimlə ixtilafda olduqları halda bizə deyirlər ki, qəlbləri bizimlədir. Onların qılıncları bizim başımız üst-də sıyrılıb”.443
Onun qardaşı Hüseyn öz şiələrinə onlar onu Ku-fəyə dəvət edib ona kömək etmək və imdad göstərmək əvəzinə, əleyhinə birləşərək onun yerinə Müslim ibn Əqilə beyət gətirəndə belə demişdir: “Ey camaat, sizi görüm öləsiniz! Kədərdən, qəmdən, bədbəxtlikdən ca-nınız qurtarmasın! Siz bizi həyəcan içərisində kö-məyə çağıranda dördnala çapıb sizin köməyinizə gəl-dik. Siz isə bir vaxt bizim əlimizdə olmuş bir qı-lıncı itiləyib bizim üstümüzə çəkdiniz, ümumi düş-mənlərimizin əleyhinə qaladığımız tonqalın odunu bizim üstümüzə saçdınız. Öz övliyalarınıza qarşı birləşdiniz, düşmənlərinizə qarşı təkləndiniz. Bunu, onlar sizə qarşı heç bir insaf göstərmədik-ləri, sizə bir ümid vermədikləri halda, biz sizə qarşı bir günah işlətmədiyimiz halda etdiniz. Siz bizi bu işə məcbur edəndə utanmadınızmı? Onda qılıncınıza güvənirdiniz, soyuqqanlılıq göstərir-diniz, rəyiniz isə sağlam deyildi. Lakin bir vaxt siz bizə beyət etməyə kəpənəklər çəyirtkə sürfəsinin üstünə cuman kimi cumdunuz, sonra da beyətinizi səfehcəsinə pozdunuz.444 Bu millətin şeytanlarından uzaq! Onları görüm yox olsunlar!”445
Belə şeylər çoxdur. Onları təqiyyə ilə danışmağa məcbur edən səbəblər bunlardır. Çünki başda Əbu Bəkr, Ömər və Osman olmaqla əshabələri mədh etməklə onları biabır etmək bir yerə sığmaz. Eləcə də şiə-ləri pisləyib onlara lənətlər yağdırmaqla onları mədh edib belə demək bir yerə sığmaz: “Olmaya, öz di-ninin görkəmli adamlarını bizim şiələrdən olmayan adamların arasından seçəsən! Sən onlara düşmənçi-lik etsən, öz dinini Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmiş xainlərdən qorumuş olar-san... Onlara Qiyamət gününədək Allahın, Onun Rəsulu-nun, Onun mələklərinin, mənim nəcib, mömin ata-babamın, mənim özümün və şiələrimin lənətləri olsun!”446
Bunlar ikisi bir yerə necə sığar? Sonra da şiələr deyirlər ki, imamlar o sözləri ancaq təqiyyə məqsədilə elə demişlər, bu onlar üçün çətinlikdən yeganə çı-xış yolu olmuşdur. Lakin kim bunun təqiyyə, yaxud hə-qiqət olduğunu deyə bilər?
Bəs həqiqət haradadır, düzgünlük haradadır?
Bəs yalan hansıdır, doğru hansı?
Haqq hansıdır, batil hansı? “Haqq olmayan yerdə yol azmaqdan başqa nə ola bilər? Belə isə, siz haqdan necə üz döndərirsiniz?” (Bax: 10/32 — tərc.).
Sonra soruşulur: əgər əshabələri, Əbu Bəkri, Öməri, Osmanı (Allah onların hamısından razı olsun!) mədh edən sözlər, onlara beyət gətirilməsi, imamla-rın öz qızlarını onlara ərə verməsi, öz şiələrindən imtina etməsi və onları pisləməsi təqiyyə məqsədilə edilirdisə, onları buna kim məcbur edirdi? Bu məcbu-riyyətdə onların həyatı üçün elə bir qorxu var idimi ki, onlar şiələrin öz imamlarına kömək etmədiklə-rinə və onları köməksiz qoyduqlarına görə onları pisləyərək həqiqətlərə və faktlara əsaslanan bu kimi sözlər söyləməli olmuşlar?
Bəs onların öz qorxaq, yaramaz dostlarını Məhəm-məd səlləllahü əleyhi və səlləmin vəfalı, sədaqətli, mömin əshabələri ilə müqayisə etməsinə, raşidi xə-lifələrin üstün cəhətlərinə şahidlik etməsinə, on-lara vəzirlik etməsinə və onların məsləhətçisi olma-sına nə deyirsiniz?
Onları buna kim məcbur etmişdi, hansı qorxu onla-rı bu işlərdən və sözlərdən əl çəkməyə qoymurdu? Əgər Əli Ömərə nifrət etmiş olsaydı, ona əcəmlərlə və rumlularla döyüşə çıxmağı məsləhət görərdi ki, Ömər döyüşə girib zəifləsin, hətta qətlə yetirilsin və onların dedikləri kimi, Əli və Peyğəmbərin ailə üzvləri rahat olsunlar. Lakin o, bunun əksinə olaraq, Ömərin bu döyüşə girməsinə razı olmur, ona qəti su-rətdə mane olur, onu ərəblərin kökü hesab edir və bo-yunbağının ipinə bənzədir.
Ədalətli olun, ey Allah bəndələri!
Dostları ilə paylaş: |