Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə2/44
tarix28.12.2021
ölçüsü0,94 Mb.
#17072
1   2   3   4   5   6   7   8   9   ...   44
بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ
Müqəddimə
Allaha şükür olsun! Düzgün yol, mərhəmət peyğəmbəri Məhəmməd əl-Mustafaya, onun pak, mömin nəslinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

Indi parçalanma və ayrı-seçkiliyə çağıran hər bir kəsdən "ittifaq" və "birlik" sözlərini eşitmək olar. Bu sözlər o qədər çox işlədilir ki, onun arxasında gizlənən hiylə, fitnə və yalandan xəbəri olmayan sadəlövh müsəlmanlar az qala onun səmimiliyinə inanırlar.

Qadyanilik1 Hindistan-Pakistan ərazisində xaçpərəst müstəmləkəçiliyin əlaltısıdır. O, müsəlmanların alınlarında biabırçılıq damğasıdır. Orada bu sözdən müsəlmanların qəlblərinə zəhər sıçratmaq üçün yol açmaq məqsədilə istifadə edilir.

Bəhailik2 rusların, ingilislərin və şiəlik fitnəsi yayanların yetişdirməsidir. Onlar bu sözün köməyi ilə Iranda və Iraqda şiələrin yürüşünü təşkil etmək istəyirlər.

Səbailik isə yəhudilərin yetirməsi, onların islam ölkələrindəki dəstəsidir. Onlar bu sözdən həmçinin işlərinin üstü açılanda, həqiqi sifətləri aşkara çıxanda, üzlərindəki pərdə qaldırılanda istifadə edirlər.

Bu söz, Əlidən (Allah ondan razı olsun!) nəql edildiyi kimi, batil fikri ifadə etmək üçün istifadə olunmuş həqiqət mənalı sözdən başqa bir şey deyil. O, xaricilərin "Allahın hökmündən başqa heç bir hökm yoxdur" sözünü eşidəndə demişdir: "Bu, batil fikri ifadə etmək üçün haqq sözdür. Bəli, Allahın hökmündən başqa heç bir hökm yoxdur".3

O həmçinin demişdir: "Məndən sonra elə bir zaman gələcək ki, onda haqdan daha gizli, batildən daha aşkar bir şey olmayacaq".4

Bax bu, Əlinin həmin sözündə göstərdiyi zamandır. Bu zamanda nə çox, nə biabırçı yalanlar var!

Yaxın vaxtlardan başlayaraq özünü Əlinin tərəfdarı kimi göstərən bəzi rafizi alimlər müsəlman ölkələrində uydurma, saxta kitablar yazmağa başlamışlar. Onlar həmin kitablarda özlərinin Islam ümmətinin mütləq çoxluğu olan təfriqə əleyhdarı müsəlmanlara yaxınlaşdıqlarını iddia edir, lakin sözün düzü, onlar bütün digər müsəlmanları onların əqidələrindən, Allah, Peyğəmbər (s.s), onun bayrağı altında cihad etmiş əshabələri, dini yaymaq işində ona əshabəlik etmiş pak qadınları və Allahın Lövhi-məhfuzdan nazil etdiyi Kitab haqqında qənaətlərini tərk etmək şərtilə özlərinə yaxınlaşdırmaq istəyirlər. Bəli, onlar istəyirlər ki, müsəlmanlar bütün bunlardan əl çəkib, yəhudiliyin cinayətkar əllərinin quraşdırdığı xürafata və uydurmalara inansınlar. Bu uydurmalar Allahın guya bəzən Öz fikrini dəyişdiyini, Allah Kitabının təhrif olunduğunu, dəyişdirildiyini, Əlinin və onun övladlarının Allahın elçisindən (s.s) üstün olduqlarını, Allahın elçisinin (s.s) bu dinin daşıyıcıları olan əshabələrinin, Əbu Bəkr, Ömər və Osman da daxil olmaqla, xain, dönük olduqlarını, Peyğəmbərin (s.s) möminlərin anaları sayılan pak qadınlarının, Allahın öz Kitabında yaxşı və pak bir qadın olduğuna şəhadət verdiyi qadını da daxil olmaqla, Allaha və Onun elçisinə xəyanət etdiklərini, Malik, Əbu Hənifə, Şafii, Əhməd və Buxari kimi din imamlarının kafir və məlun olduqlarını söyləməkdən ibarətdir.

(Allah bu adları çəkənlərdən razı olsun və onların hamısına rəhmət eləsin!)

Bəli, onlar bunu istəyirlər, Allah isə onların əməllərindən xəbərsiz deyil.

Kim bunu başa düşüb onların əleyhinə çıxıb cavab qaytarsa, onlar onun üstünə qışqırmağa, "birlik" və "ittifaq" deyə çığır-bağır salmaqla Qüdrət və Cəlal sahibi Allahın bu sözünü təkrar etməyə başlayırlar: "Bir-birinizlə çəkişməyin, zəifləyib gücdən düşərsiniz".5-6

Rədd olsun o birlik ki, Islamın alçaldılması hesabına olacaq. Məhv olsun o ittifaq ki, Məhəmməd peyğəmbərin (s.s), onun əshabələrinin, qadınlarının (Onların hamısına Allahın salavatı və salamı olsun!) namusu hesabına bina olacaq. Qüdrət və Cəlal sahibi Allah Özünün bir hərfinin dəyişmədiyinə və dolaşıq düşmədiyinə, ona bir söz də artırılmadığına, ondan bir hərf də əksilmədiyinə inandığımız Kəlamında bizə öyrətmişdir ki, Məkkə kafirləri də Allahın sədaqətli, etibarlı elçisindən (s.s) onun dininə sadiq olduqlarını bildirib yalnız Allaha ibadətə dəvətində ayrıseçkilik etməməyi, onları başqalarından fərqləndirməməyi, onların ilahisini biabır etməməyi və onların özünü rədd etməməyi xahiş etmişlər. O isə onlara Allahdan gələn bir buyruqla aşağıdakı cavabları vermişdir: "Ey kafirlər! Mən sizin ibadət etdiyinizə ibadət etmirəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən də sizin ibadət etdiyinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin öz dininiz var, mənim də öz dinim".7

"Mənim işim adamları Allah yoluna dəvət etməkdir. Mən və ardıcıllarım uzağı görürük. Şükür olsun ki, mən bütpərəst deyiləm".8

"Bizim öz əməllərimiz var, sizin öz əməlləriniz. Biz Allaha sadiqik".9

Allahın kəlamında deyilir: "Kor ilə görən, qaranlıqla işıq, kölgə ilə bürkü bərabər olmaz. Dirilərlə ölülər bir deyil. Allah öz sözünü kimə istəsə eşitdirər, sən isə öz sözünü qəbirdəkilərə eşitdirə bilməzsən".10

Bəli, birlik, onlar istəsələr, mümkündür. Ittifaq, onlar arzu etsələr, mümkündür. Özü də Kitaba və Sünnəyə qayıdıb onları rəhbər tutmaq şərtilə birlik və ittifaq. Allah-təalanın dediyi kimi: "Ey iman gətirənlər, Allaha, Rəsula və sizlərdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir şey üstdə çəkişməli olsanız, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allahın və Rəsulun ixtiyarına buraxın".11

Bəli, "əgər Allaha və Qiyamət gününə inanırsınızsa", buyurun birlik və ittifaq sözlərini işlədin, Qüdrət və Cəlal sahibi Allahın kəlamına və Onun peyğəmbəri Məhəmmədin (s.s) sözünə əməl edin.

Gəlin narazılığı aradan qaldıraq və çəkişməni yox edib birləşək!

Gəlin Allahın xəlq etdiklərinin ən yaxşıları olan peyğəmbər əshabələrini söyməyin! Allah öz şərəfli Kitabında onlara Cənnət müjdəsi verib belə demişdir: "Mühacirlərdən və ənsarlardan ibarət ilk iman gətirənlər və xeyir işdə onların ardınca gedənlərdən Allah razı olmuş, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün altında çaylar axan cənnətlər hazırlamışdır ki, onlar orada əbədi qalacaqlar. Bu ən böyük qalibiyyətdir".12

Allah kəlamında deyilir: "Möminlər ağac altında sənə sədaqət andı içəndə Allah onlardan razı qaldı".13

Allahın vəhylə danışan elçisi (s.s) demişdir: "Məni görmüş və ya məni görən bir kimsəni görmüş müsəlmana od toxunmaz".14

Əleyhissəlam demişdir: "Allah-Allah, əshabələrimi qoru. Məndən sonra onları qərəzlə pisləməyin. Kim onları sevsə, mən də onu sevərəm. Kim onlara nifrət etsə, mən də ona nifrət edərəm. Kim onlara əziyyət versə, mənə əziyyət vermiş olur. Kim mənə əziyyət versə, Allaha əziyyət vermiş olur. Kim Allaha əziyyət versə, Allah onu tezliklə aradan götürər".15

Ittifaq onunla mümkündür ki, Şanlı Kəlamın nə aşkarda, nə də xəlvətdə batili qəbul etmədiyi, onu Tərifli, Müdrik Allahın nazil etdiyi, onda təhrif və dəyişiklik olduğunu deyənlərin öz yolunu azmış və başqalarını da azdıran, Islamdan kənar adamlar olduqları etiraf edilsin. Gəlin bununla razılaşaq və birləşək.

Yalan və şəkkaklıqdan birdəfəlik əl çəkməyi əhd edib birliyə nail olmağa tələsin! Axı görürsünüz ki, yalan insanları oda atan məhvedici günahlardandır. Rəsul əleyhissəlamın dediyi kimi: "Doğruçuluq Allahpərəstlikdir, Allahpərəstlik isə adamı Cənnətə aparıb çıxarar. Yalan demək əxlaqsızlıqdır, əxlaqsızlıq adamı Cəhənnəmə aparıb çıxarar".16

Siz yəhudi, bütpərəst, atəşpərəst əqidələrindən tövbə etməyincə, imamların qeybi, nə vaxt öləcəklərini bilmələrini, istədiklərini etmələrini, heç kəsin onlardan bir şey soruşmaq haqqı olmadığını, onların isə kimdən nə istəsələr soruşmaq haqları olduğunu, onların adi adamlar olmadığını söyləməkdən əl çəkməyincə ittifaq və birlik baş tutan deyil.

Bəli, birlik müsəlmanların bir-birinə qarşı fitnə və hiylə işlətməkdən əl çəkməsi ilə mümkündür.

Budur Ibn Əlqəmənin cinayəti ilə qanına bulanmış Bağdad! Budur sizin bir dəstənizin cinayəti nəticəsində yaralanmış Kəbə! Budur Yəhya xanın xəyanəti nəticəsində qurban gedib hindlilərin əlinə keçmiş Şərqi Pakistan!

Budur sizin günahlarınızla, müsəlmanların başına bir hadisə gələndə, onlara bir qəza üz verəndə, bir bədbəxtlik baş verəndə onları köməksiz qoyub aradan çıxdığınızı sübut edən faktlarla dolu Islam tarixi!

Gəlin öz aramızda elə əməkdaşlıq edək, ittifaq bağlayaq, birləşək ki, bizim üçün guya bədbəxtliklərimizi üzə çıxarmaq, dərd-qəmimizi azaltmaq üçün dünyaya gəlmiş Əskərinin sözü yox, Allahın kəlamı uca olsun.

Biz o adamlarıq ki, Qüdrət və Cəlal sahibi Allahın bizə vəd etdiyi kimi, öz müsibətimizə üstün gəlmək və düşmənlərimizin fitnəsini özümüzdən uzaqlaşdırmaq üçün öz Rəbbimizin Kitabını və Peyğəmbərimizin (s.s) Sünnəsini əldə rəhbər tutmuşuq. Allah öz Kitabında deyir: "Biz öz elçilərimizə və iman gətirənlərə həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gün (Qiyamət günü — tərc.) kömək edəcəyik".17

"Möminlərə kömək etmək Bizim borcumuzdur".18

"Siz möminsinizsə, ən yüksəkdə olanlarsınız".19

Bizim fikrimiz sizə köməkdir. Bu fikir ən böyük doğruçu Əbu Bəkrin, əzəmətli fərqləndirici Ömərin, iki nur sahibi Osmanın (Allah onların hamısından razı olsun!) zamanında səmadan gəlmişdir. Onlar küfrü öz evinin içində məğlubiyyətə uğratmış, qələbə bayraqlarını onlardan əvvəlkilərin təsəvvür etmədikləri üfüqlərə qaldırmışlar. Elə ki Əmirəlmöminin Əlinin (Allah ondan razı olsun!) dövründə yəhudilik kök atdı və öz balasını doğdu, işlər bir-birinə qarışdı, vəziyyət dəyişdi və onların qeyd etdiyinə görə, o özü belə deməyə məcbur oldu: "Qiblə əhli ilə döyüşmək azarına tutulmuşam".

Nə əcəb ki onlar onun təəssüflə belə dediyini də göstərirlər: "Ey Allahın bəndələri, mən sizə Allahdan qorxmağı məsləhət görürəm. Bu, bəndələrin bir-birinə məsləhət görə bildiyi ən yaxşı şey və Allah yanında işlərin ən yaxşı nəticəsidir. Artıq O sizinlə Qiblə əhli arasında hərb qapılarını açmışdır".20

Allah razı olmuş (Əli — tərc.) demişdir: "Mən sizi gecə və gündüz, gizlində və aşkarda döyüşməyə dəvət edib sizə deməmişdimmi ki, onlar sizə hücum etməmiş siz onlara hücum edin. Allaha and olsun ki, heç bir tayfa ram edilməmiş öz evinin içində təslim edilməz. Siz isə öz-özünüzə güvənib döyüşməkdən imtina etdiniz. Gözlədiniz ki, sizə qarşı basqınlara başlasınlar, torpaqlarınızı əlinizdən alsınlar... Sonra (düşmənlər) qənimətlə çıxıb getdilər. Onlardan bir nəfər də yara almadı, onların qanı axmadı. Əgər bundan sonra bir müsəlman hirsindən ölsəydi belə, onu heç kim qınamazdı, əksinə, onun mənim nəzərimdə xüsusi yeri olardı. Necə də qəribədir! Qəribədir, Allaha and olsun! Bu tayfanın öz batilləri ətrafında belə sıx birləşməsi, sizin isə öz haqqınızdan belə aralı düşməyiniz qəlbimi parçalayır, dərdimi artırır.

Sizə ar olsun, canınıza dərd dəysin ki, atəşə tutulan hədəfə dönmüsünüz. Üstünüzə basqın edilir, siz isə basqın etmirsiniz. Sizə hücumlar edilir, siz isə hücum etmirsiniz. Gözünüz qarşısında Allaha asilik edilir, siz də bununla razılaşırsınız. Mən isti günlərdə sizə onların üstünə yürüməyi əmr etdim, dediniz ki, indi yayın qızmar vaxtıdır, bizə istilər keçib gedənəcən möhlət ver. Qışda onların üstünə yürüməyi əmr etdim, dediniz ki, şaxta qılınc kimi kəsir, bizə havalar qızanacan möhlət ver. Siz istidən və soyuqdan belə qaçırsınızsa, Allaha and olsun ki, qılıncdan daha pis qaçarsınız". O, sonra demişdir: "Allah sizi öldürsün, qəlbimi qanla, köksümü qəzəblə doldurmusunuz. Dərdi-qəmi mənə nəfəs-nəfəs içirtmisiniz".21 Mənim sözümü üsyanınızla və məni köməksiz qoyub aradan çıxmağınızla puç edirsiniz. Qüreyş qəbiləsi deyib ki, Əbu Talibin oğlu şücaətli adamdır, lakin hərbdən başı çıxmır. Onları Allaha and verirəm desinlər görüm, onların arasında hərb işində məndən qüdrətli, məndən irəli bir adam varmı? Mən bu işdə hələ iyirmi yaşıma çatmamış ad-san qazanmışam. Indi isə artıq yaşım altmışı keçib. Lakin itaət olunmayan adamın sözü keçməz".22

Budur, bütün müsəlmanların dördüncü raşidi xəlifəsi, sizin birinci imamınız Əli ibn Əbu Talibin sözləri. O, sizin vücuda gəldiyiniz ilk gündən sizdən şikayət edir. Bu mətni sizin ən düzgün və ən yaxşı kitab zənn etdiyiniz, Əbülhəsən Məhəmməd Rzanın topladığı kitabdan misal gətirdik.

Ay millət, bundan sonra nə sözünüz var?

Bizim bu kitabı yazmaqda və bu mətnləri bir yerə toplamaqda məqsədimiz yalnız belə bir xəbərdarlıq etməkdən ibarətdir ki, sözdə deyil, həqiqətdə birlik tərəfdarı olan müsəlmanların yəhudilərin törəməsinin və atəşpərəstlərin yetirməsinin onlarla, onların ağılları, qəlbləri və əqidələri ilə oynaya biləcəyi qədər cahil olduqlarını təsəvvür etmək lazım deyil.

Biz bu müxtəsər kitabımızda sübut etmişik ki, səbailik Islama qəzəbi tutmuş, başda Rəsulullahın (s.s) bu dinin daşıyıcıları olan əshabələri olmaqla bütün müsəlmanlara, yaxşı işlərdə əshabələrin ardınca gedib Qiyamət gününədək onların yolundan çıxmayanlara nifrət bəsləyən yəhudi oyuncağından başqa bir şey deyil. Sonra Islamın əsası, kökü, sədaqətli, təsdiq olunmuş əleyhissəlam Məhəmməd peyğəmbərin (s.s) bütün insanlar üçün gətirdiyi aydın, əsaslandırılmış, müfəssəl, Allahın fəziləti və mərhəməti cəhətdən əvvəllər tayı-bərabəri olmamış Allah risaləsi olan Quran haqqında onların fikirlərini aydınlaşdırdıq.

Biz həmçinin aydınlaşdırdıq ki, "ehtiyatlılıq" pərdəsi altında yalan demək səbailərin və bütün təfriqə tərəfdarlarının şüarıdır. Onlar bu şüarı ən yaxşı işlərdən, Allaha ən yaxın olmağın əlamətlərindən sayırlar.

Bu üç mövzu ətrafında təfriqə tərəfdarlarının Allaha, Rəsulullaha (s.s), Rəsulullahın (s.s) əshabələrinə, onun möminlərin anaları olan zövcələrinə inamı, onların öz imamlarına inamı və imamların onlar haqqında fikri, bu məzhəbin əsasları, onun söykəndiyi qanunlar, onlarla başqa müsəlmanlar arasında ixtilafın səbəbi kimi bir çox digər mövzulara da toxunulmuşdur.

Bu müxtəsər kitabda onların həqiqi sifətləri, həqiqi etiqadları ilə tanış olmaq istəyənlər üçün kifayət qədər məlumat var. Kitab həmçinin Əhl əl-Beyti (Peyğəmbərin ailəsini, nəslini — tərc.) və onların vilayətini (müqəddəsliyini, Allaha yaxınlığını — tərc.) əziz tutduqları üçün onların fitnəsinə uyan bəzi sadə müsəlmanlar üçün də faydalıdır; onlar həqiqəti bilmək və ağıllı hərəkət etmək istəsələr, bu kitaba müraciət edə bilərlər. Çünki onların əksəriyyəti öz dinləri ilə bağlı həqiqəti bilmirlər. Belə ki, onların "qəhrəmanları" öz məzhəblərini gizli saxlamağı əmr etmişlər. Cəfəri-Sadiqin guya öz tərəfdarlarından birinə belə dediyi haqda uydurulmuş yalanda olduğu kimi. Guya o demişdir: "Ey Süleyman, sizin dininiz elə bir dindir ki, kim onu gizli saxlasa, Allah o adamı əziz tutar; kim bu dini faş etsə, Allah o adamı zəlil edər".23

Biz belə qərara gəlmişik ki, bu kitabda təfriqə tərəfdarları və onların alimləri haqqında onların öz kitablarında, özü də onların öz ifadələri ilə, kitabın adını, cildini və səhifəsini, nəşrini göstərməklə, Allahın verdiyi qüdrət və qüvvətimiz daxilində heç bir əlavə şey artırmadan danışaq. Burada adlarını çəkdiyimiz bütün kitablar, onların özlərinin istinad etdikləri və aralarında məşhur olan və inandıqları kitablardır.24

Biz bu müxtəsər kitabı elə bu həcmdə bütün mühüm mövzuları əhatə edəcək digər bir müxtəsər kitab şəklində davam etdirmək fikrindəyik. Bu kitab birinci hissə, onun ardınca gələn isə ikinci hissə olacaq.

Hamıya uğur qazandıran Allahdır. Mən də Ona arxalanır və Ona üz tuturam.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin