ƏZƏMƏTLİ FARUQ
Indi də sizə şiələrin Islamın bu böyük xadimi və dühasına qarşı ürəklərində bəslədiklərini təqdim edəcəyəm. Bu, o şəxsiyyətdir ki, Rəsul əleyhissəlam onun haqqında demişdir: "Mən elə bir dahi tanımıram ki, haqqında iftira uydurulmasın, adamlar onu bir-birinə danışıb ona tənə etməsinlər".51
Onun haqqında belə deyirlər: "Guya Salman Farsi Ömərə elçilik edir. Ömər onu rədd edir, sonra etdiyinə peşman olur. Sonra Salman onun yanına qayıdıb deyir: "Istədim görüm sənin qəlbində cahiliyyə dövründən qalma qızğınlıq soyudu, yoxsa yox".52
Kəşşi həmçinin Hişam ibn Əbu Abdulla əleyhissəlamdan belə rəvayət edir ki, Ömər öləndə Süheyb Əbd Su (şərin qulu — tərc.) onun üçün ağlayırdı.53
Onun atası Baqirin belə dediyini söyləyirlər: "Məhəmməd ibn Əbu Bəkr ikincidən (Ömərdən) də üz döndərməyə and içmişdir".54
Şiə alimi Ibn Babveyh Qümmi Faruqa belə böhtan atır: "Ömər ölüm ayağında dedi: — Üç şeyə görə Allahdan bağışlanmağımı istəyirəm: Əbu Bəkrlə birlikdə adamların xəbəri olmadan bu mənsəbi qəsb etməyimə görə, onu özümdən sonra onlara xəlifə təyin etməyimə görə, müsəlmanların bəzilərini digərlərindən üstün tutduğuma görə".55
Onlarda "hədis elmində etimad olunan, danılmaz, etibarlı bir alim" kimi tanınmış Əli ibn Ibrahim Qümmi öz təfsirində söyüş söyür.56
Özü də bunu Qüdrət və Cəlal sahibi Allahın bu kəlamının pərdəsi altında edir: "Bir gün zalım qəzəbindən öz əllərini çeynəyib deyər: — Kaş ki, mən də Peyğəmbərin (s.s) tutduğu yolu tutaydım!" (əl-Fürqan, 27). Əbu Həmzə Sümali Əbu Cəfər əleyhissəlamdan belə eşitdiyini rəvayət edir: "Qiyamət günü Allah bir tayfanı dirildəcək, onların qarşısında Misir kətanına bənzər bir nur olacaq. Sonra o nura əmr olunacaq ki, toz dönüb yox olsun". Guya o daha sonra demişdir: "Amma, ey Əbu Həmzə, Allaha and olsun ki, onlar hər şeyi başa düşür və bilirdilər, lakin onlara bir haram şey göstərilən kimi götürürdülər, Əmirəlmömininin fəzilətlərindən bir şey göstərilən kimi isə onu inkar edirdilər. "Bir gün zalım qəzəbindən öz əllərini çeynəyib..." sözü haqqında (Əbu Cəfər) belə demişdir ki, birinci (Əbu Bəkr nəzərdə tutulur) belə deyir: — Kaş ki, mən Peyğəmbərlə yanaşı Əlini vəliəhdi kimi qəbul edəydim. Kaş ki, filankəsi — yəni Ikincini (Öməri) özümə sevimli dost kimi qəbul etməyəydim".57
Həmin təfsirdə Allahın "Biz həmçinin hər bir peyğəmbərə insanlardan və cinlərdən olub bir-birinə yalançı, dəbdəbəli sözlər öyrədən şeytanları düşmən etdik" sözü altında Abdulla əleyhissəlamın belə dediyi rəvayət olunur: "Elə bir peyğəmbər göndərilməmişdir ki, onun ümmətində iki şeytan olub ona əziyyət verməsin və ondan sonra adamları azdırıb yoldan çıxarmasın. Nuhun iki əshabəsini yada salın... Məhəmmədin iki əshabəsini — Cübtəri və Züreyqi yada salın..."58
Təfsirçi “cübtər” (dargöz) və “züreyq” (göygöz) sözlərini onların birinin gözünün guya bayquş gözünə oxşadığına, o birinin gözünün mavi rəngli olduğuna görə işlədildiyini deyir: "Rəvayət edirlər ki, “züreyq” “əzrəq” (mavi — tərc.) sözünün kiçiltmə dərəcəsidir. "Cübtər"in mənası isə "tülkü"dür. Birinci söz birinciyə (Əbu Bəkrə) işarədir, çünki onun gözləri göy idi. Ikinci söz isə bicliyinə və hiyləgərliyinə görə ikinciyə (Ömərə) işarədir".59
Qümmi həmçinin Cəfərin dilindən belə yazır: "Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm ehtiyac içərisində qalıb ənsarlardan birinin yanına gəlir və ona deyir: "Yeməyə bir şeyin varmı?" Kişi cavab verir ki, bəli, ya Rəsulullah. Sonra onun üçün bir çəpiş kəsib bişirir. Kişi yeməyi Rəsulullahın qabağına gətirəndə Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm ondan xahiş edir ki, Əli, Fatimə, Həsən və Hüseyn əleyhissəlamları da onunla birlikdə yeməyə çağırsın. Bunu eşidən iki münafiq birinci özlərini yetirir. Onlardan sonra Əli gəlib çıxır. Allah da bu münasibətlə ayə nazil edir: "Biz səndən əvvəl də elə bir elçi, elə bir peyğəmbər, elə bir mühəddis göndərmədik ki, ona (əlavə olaraq iki məlun) göndərək, yalnız o özü arzulasa, şeytan onları (yəni iki münafiqi) araya atar. Allah isə şeytanın araya atdığını aradan götürər". Bununla onların ikisindən sonra Əlinin gəlişi nəzərdə tutulur.60
Həmin bu Qümmi Allah-təalanın bu kəlamını belə izah edir: "Onlar əhd-peymanı (yəni Əmirəlmömininlə öz aralarında olan əhdi) pozduqları üçün biz onları lənətlədik, onların qəlblərini elə amansız etdik ki, onlar sözləri təhrif edib onların yerini dəyişdilər". Sonra Qümmi deyir: "Əmirəlmöminin” sözünü öz yerindən kim uzaqlaşdırıb? Buna dəlil odur ki, Allah-təalanın: “O bu sözü əbədi qalacaq bir söz etdi...” (O bununla imamət sözünü nəzərdə tutur)” “kəlamında “Əmirəlmöminin” (Ona Allahın salamı olsun!) sözünə işarə var.61
O, Allahın "Onlar Qiyamət günü öz yüklərini bütünlüklə və bilmədən azdırıb yoldan çıxardıqlarının yüklərindən də daşıyacaqlar" kəlamının altında yazır: “Burada "yük" dedikdə, Əmirəlmömininin xəlifəliyini qəsb edənlərin özlərinin və onların ardınca gedənlərin günahları nəzərdə tutulur. Bu isə Sadiqin (Cəfərin) sözüdür: "Allaha and olsun ki, axıdılan hər damla qanın, adamlar arasında törədilən toqquşmanın, qadın məsələsində harama yol verilməsinin və bilmədən başqasını günahlandırmağın yükü, bu günahları işlədənin yükü zərrəcə azaldılmadan o iki nəfərin boynuna düşür”. Əli isə demişdir: "And içirəm və yenə də and içirəm ki, o yükləri məndən sonra Bəni Üməyyə daşıyacaq, başqalarının qapılarında isə bu yükləri az tanıyacaqlar... Bu günahları etməyə başlayan birinci adamın (Əbu Bəkrin) boynuna "hər bir günah edən bu günahın yükünü Qiyamət gününədək daşıyacaq" kimi sözlərlə xəta etmək yolunu asanlaşdırmağın günahı düşür”.62
Kəşşi Vərd ibn Zeydin belə dediyini rəvayət edir: Mən Əbu Cəfər əleyhissəlama dedim ki, Allah məni sənə fəda eləsin, Kümeyt gəlib. O dedi ki, onu içəri gətir. Kümeyt ondan iki qoca əshabə haqqında soruşdu. Əbu Cəfər əleyhissəlam ona dedi ki, nə ki qan axıdılıb, nə ki Allahın, Onun səlləllahü əleyhi və alihi rəsulunun və Əlinin hökmlərinə müvafiq olmayan hökm çıxarılıb hamısının günahı iki nəfərin boynundadır. Belə olduqda Kümeyt dedi: "Böyük Allah, sənə pənah, sənə pənah!"63
Davud ibn Nemanın dilindən söylənən başqa bir rəvayətə görə isə o (Baqir) deyir: "Ey Kümeyt ibn Zeyd! Islam aləmində sel kimi axıdılmış bu qanların, halal olmayan yolla kəsb edilən malların, qadın məsələsində harama yol verilməsinin hamısının günahı bizim hamimiz (müdafiəçimiz, yəni imamımız — tərc.) zühur edən günədək o iki nəfərin boynundadır. Biz Bəni Haşim övladı isə öz böyüklərimizə və kiçiklərimizə onları söyməyi və onlardan uzaq olmağı əmr edirik".64
Dostları ilə paylaş: |