Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə3/44
tarix28.12.2021
ölçüsü0,94 Mb.
#17072
1   2   3   4   5   6   7   8   9   ...   44
Doktor Zəhirəddin əl-Mədəni

I-ci fəsil
ŞİƏLƏR VƏ SÜNNİLƏR
Məhəmməd risaləti (peyğəmbərlik missiyası — tərc.) günəşinin çıxdığı vaxtdan, yeni tarixin — parlaq Islam tarixinin səhifəsinin çevrildiyi gündən kafirlərin və bütpərəstlərin ürəkləri alışıb yandı. Xüsusilə Ərəbistan yarımadasında və ona qonşu ərəb ölkələrində yəhudilər, Irandakı atəşpərəstlər, Hindistan-Pakistan yarımadasında hinduslar buna dözmürdülər. Odur ki, Islamın əleyhinə fitnələr törətməyə, müsəlmanlara qarşı məkr işlətməyə başladılar ki, bu işığın qarşısını kəssinlər və bu nurlu dəvəti söndürsünlər. Lakin Allah öz Şanlı Kitabında dediyi kimi, Öz nurunu tamamlamaqdan başqa heç nəyə razı olmadı: "Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə, kafirlər bunu istəməsələr də, Öz nurunu tamamlayacaq".25

Lakin onlar öz məğlubiyyətlərinə və parçalanmalarına baxmayaraq, qəlblərindəki nifrətlərinin və gizli qərəzlərinin izləri sağalmadı; onlar öz fitnə-fəsadlarını və alçaqlıqlarını hələ də davam etdirirlər.

Mənfur yəhudilərin islam günəşi doğandan sonra törətdikləri ilk fitnə Islam adından Islam şəriətinə böhtan atmaq olmuşdur. Onlar belə edirdilər ki, müsəlman övladlarını ovlamaq, Islam əqidələrini və onların düzgün, saf etiqadlarını onlardan gizli saxlamaq asan olsun. O hiyləgər, zahirdə özlərini Islama inanan kimi aparıb batində ən şiddətli küfr — nifaq bəsləyən, Islamı sıxışdırıb aradan çıxarmaq istəyən münafiqlərin başında Islama nifrət bəsləyib müxalif olan, ona mane olmaq istəyən xəbis yəhudi Abdulla ibn Səba dururdu. Peyğəmbərin vaxtında Ərəbistan yarımadası bütünlüklə Islamın hökmü altına keçəndən sonra yol onun üzünə bağlandı. Sonra Islam Yer kürəsinin üfüqlərinəcən hər yerinə yayıldı. Bir tərəfdən Rum məmləkəti, digər tərəfdən farsların səltənəti yer üzündən silindi. Islamın fəthləri Afrikanın ucqarlarından Asiyanın ucqarlarına çatdı və onun bayraqları Avropanın sahillərində və şəhərlərinin qapıları üzərində dalğalanmağa başladı. Qüdrət və Cəlal sahibi Allahın bu kəlamı həqiqətə çevrildi: "Allah sizlərdən iman gətirib yararlı işlər görənlərə onları Yer üzündə onlardan əvvəlkiləri etdiyi kimi, Özünün xəlifələri etməyi, onlar üçün qəbul etdiyi dinə imkan verməyi, qorxularını əmin-amanlıqla əvəz etməyi vəd etdi".26

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) belə deyir: "Bu elə bir işdir ki, onun tərəfini saxlamaq və saxlamamaq nə çoxluq, nə də azlıqla mümkün idi. O, Allahın izhar etdiyi və səfərbər etdiyi, hər şeyə qarşı hazırladığı və imdad verdiyi dini idi ki, istədiyinə nail olmuş, lazımi yerdə yayılmışdı. Biz isə Allahın vədini gözləyənlərik. Allah da Öz vədini yerinə yetirən və Öz ordusuna kömək edəndir".27

O həmçinin həqiqəti elan edib belə demişdir: "Allah bizim doğruculluğumuzu görəndə düşmənimiz üçün məğlubiyyət, bizim üçün qalibiyyət nazil etdi. Islam öz xarmanını açıb özünə bir yeri vətən seçib sakin oldu".28

Həmin bu Ibn Səba ikiüzlülük edib özünü müsəlman kimi qələmə verməklə bu dinə gizli düşmənçilik etmək istədi. Çünki o və onun qohum-əqrəbası bildilər ki, onunla üz-üzə müharibə etmək, ordu çəkib onun ordusunun qarşısında dayanmaq mümkün deyil. Onların sələfləri Bəni Qüreyzə, Bəni Nədir və Bəni Qeynüqa çoxlu döyüşlərdə bunu təcrübədən keçirmiş, bu döyüşlərdən hər dəfə məğlubiyyətə uğrayıb, zərər çəkib geri dönmüşdülər. Buna görə də o və Səna yəhudiləri bir plan hazırlayıb onu Rəsulullahın kürəkəni, dostu və sevimlisi, iki nur sahibi Osman ibn Əffanın (Allah ondan razı olsun!) hakimiyyətdə olduğu dövrdə Peyğəmbərin (Səlləllahü əleyhi və səlləm - Ona Allahın salavatı və salamı olsun! - s.s) şəhəri, xilafətin paytaxtı Mədinəyə göndərdilər. Özləri isə öz torlarını qurmağa və öz tikanlarını daha da uzatmağa başladılar. Fürsət və əlverişli şərait gözləyib Əlini qalxan etdilər ki, onu özlərinə vali edib onun tərəfini tutsunlar. Özlərini onun və onun hakimiyyətinin vurğunu kimi göstərsinlər (Əli isə onların bu işindən xəbərsiz idi), müsəlmanların qəlblərinə fitnə-fəsad zəhəri səpsinlər. Onlar bunu müsəlmanları Rəsulullahın xəlifəsi, Islama və müsəlmanlara öz malı ilə heç kimin kömək edə bilmədiyi qədər kömək etmiş var-dövlətli Osmana qarşı qaldırmaqla edirdilər. Osmanın bu işini Peyğəmbər əleyhissəlam Üsrət hadisəsi ilə əlaqədar ordunu silahlandırdığı vaxt onun özünə dediyi bu sözlərlə qiymətləndirmişdir: "Osman bu gündən sonra nə etsə də, zərəri olmaz".29

Peyğəmbər ona dəfələrlə Cənnət müjdəsi vermiş, ona xəlifə və şəhid olacağını qabaqcadan xəbər vermişdi.

Bu dəstə müsəlmanlar arasında öz kökü və qanunları ilə Islam əqidələrinə zidd, Məhəmməd səlləllahü əleyhi və səlləmin dini ilə heç bir şeydə uyğun gəlməyən etiqadlar yaymağa başladı.

Elə oradan da günlərin bir günü müsəlmanlar arasında Islama zərər vurmaq, onun təliminə böhtan atmaq, ona əziyyət vermək və ondan intiqam almaq üçün bir tayfa, bir dəstə yarandı. Bu tayfa özünü "Əli şiəsi" adlandırsa da, onun bu tayfa ilə nə bir əlaqəsi var idi, nə də bunlardan xəbəri. O öz sağlığında onlara ən şiddətli cəza verərdi. Əlidən sonra onun oğlanları və övladları da onlara nifrət etmiş, onları lənətləmiş və özlərindən uzaqlaşdırmışlar. Lakin zaman keçdikcə həqiqət müsəlmanlardan gizlədilmiş, yəhudilik bir tərəfdən atəşpərəstliyin, digər tərəfdən hindusların ona qoşulması ilə öz xəbis məqsədlərinə və rəzil niyyətlərinə nail olmuşdur. Bunlar isə Məhəmməd səlləllahü əleyhi və səlləmin ümmətini onun Qüdrət və Cəlal sahibi Allahdan gəlmiş risalətindən uzaqlaşdırmaqdan, onların arasında islam əqidələri adı altında murdar yəhudilik və atəşpərəstlik əqidələrini və fikirlərini yaymaqdan ibarətdir.30

Bunu şiələrin böyükləri və tarixçiləri də etiraf etmişlər. Onlardan biri onların keçmiş adamların bioqrafiyalarını yazan alimlərinin ən böyüyü Kəşşidir31 ki, onlar onun haqqında belə deyirlər: "O, nüfuzlu bir adam, adamların gözü, tarixi hadisələrin və şəxsiyyətlərin bilicisidir. Dərin bilikli alimdir. Gözəl etiqadı, düzgün məzhəbi var".

Onun böyük şəxsiyyətlərin bioqrafiyalarına dair kitabı haqqında belə demişlər: "Bu kitab böyük şəxsiyyətlərə dair ən mühüm kitabdır, dörd hissədən ibarətdir. Ümidimiz bu kitablara bağlıdır. Həmin dörd kitab bu sahədə dörd əsası əhatə edir. Onların ən əhəmiyyətlisi və ən başlıcası "Rical əl-Kəşşi"32 adı ilə məşhur "Rəvayətçilərin həqiqi imamlar haqqında bildikləri" kitabıdır”.

Həmin Kəşşi bu kitabda deyir: "Bəzi elm adamları qeyd etmişlər ki, Abdulla ibn Səba yəhudi olmuş, sonra Islamı qəbul etmişdir. Əli əleyhissəlamın tərəfini saxlamışdır. Yəhudi ikən ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, islam dinində olanda Rəsulullah səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli haqqında belə demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci adam olmuş, onun düşmənlərindən üz döndərmiş, ona müxalifətdə olanları aşkara çıxarıb kafirlikdə günahlandırmışdır. Buna görə də şiələrə müxalif olanlar demişlər ki, şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür".33

Ravilərin təsnifatı üzrə görkəmli alim Imam Maməqani özünün "Tənqih əl-məqal" kitabında həmin bu fikri Kəşşidən iqtibas etmişdir.34

Abdulla ibn Səba haqqında şiələrin böyük adamlarından olan Növbəxti35 də özünün bir kitabında eyni sözləri demişdir. Növbəxtinin özü haqqında isə məşhur şiə bioqrafı Nəcaşi deyir: "Həsən ibn Musa Əbu Məhəmməd Növbəxti üç yüz il bundan əvvəl öz zamanında və ondan sonra öz bənzərləri arasında ən görkəmli mütəkəllimdir".36

Tusi onun haqqında demişdir: "Əbu Məhəmməd mütəkəllimdir, filosofdur. O, imami (şiə), düzgün etiqadlı nüfuzlu bir adam olmuşdur... O, görkəmli alimlərdəndir".37

Nurulla Tüstəri onun haqqında belə deyir: "Həsən ibn Musa bu tayfanın böyük adamlarından, bu sülalənin alimlərindəndir. Imami etiqadlı mütəkəllim, filosof olmuşdur".38

Bax həmin bu Növbəxti özünün "Firəq əş-şiə" kitabında Abdulla ibn Səbadan belə danışır: "Abdulla ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir. O demişdir ki, bunu ona Əli əleyhissəlam əmr etmişdir. Əli onu danlamış, ondan bunu deyib-demədiyini soruşmuşdur. O öz dediklərini boynuna almış, Əli onu öldürməyi əmr etmişdir".39 Bunu görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin, insanlar arasında sizə — Əhl əl-Beytə məhəbbət və sizin vilayətinizi, sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli əleyhissəlamın əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdulla Ibn Səba Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əli əleyhissəlamın tərəfdarı idi. Yəhudi ikən Musa əleyhissəlamdan sonra Yuşə ibn Nunun vəliəhd olduğunu dediyi kimi, müsəlman ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli əleyhissəlam haqqında həmin sözləri demişdir. O, Əli əleyhissəlamın imamlığının fərz olması sözünü açıq deyən birinci adam olmuş, onun düşmənlərindən aralanmış, müxaliflərini rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər: "Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür". Abdulla ibn Səbaya Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir: "Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki o nə ölüb, nə də qətlə yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcək".40

Belə bir fikri "Rövzət əs-Səfa"da bir şiə tarixçisi də qeyd edir ki, Abdulla ibn Səba biləndə ki Misirdə Osman ibn Əffanın müxalifləri çoxdur, ora yollandı. Misirdə özünü elə bir alim və Allahpərəst adam kimi apardı ki, adamları özünə cəlb etdi. Onların arasında yerini möhkəmlədəndən sonra öz məzhəbini və məsləkini işə verməyə başladı. O cümlədən belə bir əqidəni yaymağa başladı ki, hər bir peyğəmbərin bir vəliəhdi və xəlifəsi olmalıdır. Rəsulullahın da vəliəhdi elmdə və fitva verməkdə fərqlənən, səxavət və şücaətlə bəzənmiş, etibar və Allahpərəstlikdə nümunə olan Əlidən başqa heç kəs ola bilməz. O dedi ki, ümmət Əliyə zülm etmiş, onun haqqını — xilafət və vilayət haqqını əlindən almışdır Indi hamı onun tərəfini saxlamalı, ona kömək etməli, Osmana itaətdən və sədaqətdən əl çəkməlidir. Misirlilərdən bir çoxu onun bu sözlərinin təsiri altında Osmanın əleyhinə çıxdılar".41

Bunlar şiələrin şəhadətləridir. Bununla onlar özlərinin əleyhinə şəhadət verirlər və bu şəhadətlərdən bəzi nəticələr çıxır.

Birincisi, yəhudilərin Abdulla ibn Səbanın rəhbərliyi ilə Islam adından bir dəstə düzəldib zahirdə Islam nümayiş etdirib, batində küfr bəsləmələri, müsəlmanlar arasında kafir yəhudi əqidələri və rəyləri yaymaqları.

Ikincisi, müsəlmanlar arasında fitnə toxumu səpilməsi və üçüncü raşidi xəlifə, əmirəlmöminin Osman ibn Əffana (Allah-təala ondan razı olsun!) sui-qəsd və ona itaətsizlik göstərməyə çağırış. Bu çağırışdan da məqsəd hərc-mərclik törədib Islam fəthlərini dayandırmaq, onun küfr, atəşpərəstlik və yəhudilik ölkələri üzərində dalğalanaraq şüa saçan bayraqlarını endirmək, müsəlmanların arasını qatıb onların qılınclarını bir-biri ilə çarpışdırmaqdır ki, onların ovxarı getsin, qığılcımları və parıltıları kafirlərin və allahsızların başı üzərində işıq saçmasın.

Sui-qəsdin məqsədi bu idi və təəssüf ki, o öz məqsədinə çatdı; müsəlmanlar arasında vuruşma başlandı, qılınclar qınlardan sıyrıldı, Osman ibn Əffan (Allah ondan razı olsun!), on minlərlə ən yaxşı kişi qurban getdi, müsəlmanların iki böyük dəstəsinin arasında əbədi uçurum yarandı, onun təsiri, on üç əsrdən artıq keçməsinə baxmayaraq, bizim bu günə gəlib çatdı. Beləliklə, nur şüaları bütün Yer kürəsinin üzünü tutandan sonra yenidən boğuldu.

Üçüncüsü, insanların qəlblərində Əbu Bəkrə, Ömərə və Peyğəmbərin Cənnət müjdəsi verilmiş yaxın dostlarından olan digər əshabələrə — bu dinin daşıyıcıları, kəramətli Peyğəmbərin varisləri, onun risalətinin təbliğatçıları, dəvətinin carçıları, dinin bayraqdarları, Allah yolunun mücahidləri olan və Allahın Kəlamında mədh olunmuş bu adamların böyüklərinə və kiçiklərinə qarşı nifrət və gizli qərəz şitili əkib, müsəlmanların şanlı tarixinə son qoymaq, onların fəxr ediləcək xadimlərinin, üz tutulacaq ideallarının və müsəlmanların aradan götürülməsinə nail olmaq. Iş o yerə gəlib çatır ki, hətta onlar xəlq olunmuşların ağası, aləmlərin Rəbbinin elçisi Məhəmməd ibn Abdulla səlləllahü əleyhi və səlləmə qarşı mübarizəyə cəlb olunur, Qurandan uzaqlaşıb ona şəkk edirlər. Unudurlar ki, Quranı Öz Peyğəmbərinə Allah nazil etmişdir və onda bu adamların hamısının mədhi, Allahın onlardan razılığı və onlarla fəxr etməsi öz əksini tapmışdır.

Dördüncüsü, əshabələrin hamısının, bir neçə nəfərdən başqa, kafir çıxardılması. Bundan məqsəd müsəlmanları etimad etdikləri və dayaq bildikləri hər bir şeydən məhrum etmək idi. Harada görünüb ki, Rəsulullahdan Quranı eşitmiş, öyrənmiş, Rəsulullahın onu necə şərh və təfsir etdiyini, öz sözü və işi ilə bəyan etdiyini görmüş, Quranı və onun mənasından ibarət təfsirini Sünnə vasitəsilə nəsildən-nəslə keçirmiş peyğəmbər əshabələri kafir, dönük olsunlar?

Sonrası, bəs Rəsulullah səlləllahü əleyhi və səlləmin əməyinin nəticəsi nə idi? Onun insanlar üçün gətirdiyi hansı dəvət və risalət idi? Allahın dininə daxil olan hansı dəstə idi ki, Qüdrət və Cəlal sahibi Allah həmin dəstəyə daxil olan adamlar haqqında belə demişdir: "Elə ki Allahın köməyi və qələbə gəldi, insanları dəstə-dəstə Allahın dininə daxil olan görərsən; onda Rəbbini dönə-dönə təriflə və ondan bağışlanmağını dilə. O həmişə tövbə edənlərin tövbəsini qəbul etmişdir".42

Elə buna görə də bu izdihamlı yürüş — kainata nur və mərhəmət yürüşü, bütün dünyaya sülh və əmin-amanlıq yürüşü dayanır. Onların istədikləri də bu idi. Elə buradan da adamların əllərində olan Qurana inanmamaq, Peyğəmbərə nazil olmuş Quranın vəhy yolu ilə Mehdi əl-Müntəzərə çatıb onda olması kimi fikir söyləmək, bizə məlum olan Quranın Peyğəmbərin əshabələrindən olan "xain"lərin (Allah sən saxla!), gələcəkdə haqqında müfəssəl bəhs edəcəyimiz kimi, guya dəyişdirdikləri, əvəz etdikləri, əskiltdikləri və artırdıqları fikrini dilə gətirmək imkanı yaranmışdır.

Əgər onların dedikləri kimi, risalət mövcud deyildisə, onda Peyğəmbər nəyə dəvət edirdi və müsəlmanlar nəyə əməl edirdilər?

Deməli, əllərimizi qoynumuza qoyub gözləməliyik ki, dünya durduqca olmayacaq qondarma peyğəmbər nə zaman üzə çıxacaq.

Beşincisi, müsəlmanlar arasında fəsad toxumu səpmək, onların Allah yolunda yəhudilərdən və atəşpərəstlərdən olan kafirlərə və bütpərəstlərə qarşı cihad səylərinin öz aralarında vuruşa çevrilməsi üçün müharibə və fitnə tonqallarını alışdırmaq məqsədilə Quranda və düzgün, sabit Sünnədə adı çəkilməyən, yəhudilərin Yuşə ibn Nunun Musanın vəliəhdi olması fikrindən düzəltdikləri, müsəlmanlar arasında Əlinin Rəsulullahın vəliəhdi olması adı ilə yalandan və saxtakarlıqla yaydıqları yəhudi əqidəsinə rəvac verilməsi. Kəşşinin ifadəsinə baxın görün nə deyir: "O, Əlinin imamlığının fərz olmasını açıq deyən, onun düşmənlərindən aralanan birinci adamdır".

Növbəxti deyir: "Həqiqətən Abdulla ibn Səba əvvəllər yəhudi olmuş, sonra Islamı qəbul etmiş, Əli ilə yaxınlıq etmişdir. Yəhudiliyində Yuşə Ibn Nunun Musa əleyhissəlamdan sonra vəliəhd olduğunu dediyi kimi, Islamda ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra buna bənzər sözlər demişdir".

Altıncısı, insanın öləndən sonra o dünyadan qayıtması, ölümsüzlük, Yer kürəsinə sahib olma, xəlq olunmuşlardan başqa birinin qadir olmadığı şeylərə qadir olmaq, başqa birinin bilmədiyini bilmək, Qüdrət və Cəlal sahibi Allahın "fikrini dəyişməsini, yeni fikrə düşməsinin" və nəyisə unutduğunu təsdiq etmək və s. kimi xürafatlardan və axmaq sözlərdən ibarət yəhudi fikirlərinin yayılması.

Bütün bunlar yəhudiliyin həyata keçirdiyi cinayətlər və səpdiyi toxumlardır, Əli və onun ailə üzvlərindən olan gözəl insanların bundan xəbərləri yoxdur. Çünki artıq sübut olunmuşdur ki, Əli (Allah ondan razı olsun!) Növbəxtinin əvvəldə qeyd etdiyi kimi, onların sözlərini inkar etmiş və özlərini axmaq hesab etmişdir. Bunu Yəhya ibn Həmzə Zeydinin "Tövq əl-həmamə fi məbahis əl-imamə" kitabında Süveyd ibn Qəflədən rəvayət etdikləri də təsdiq edir: "Əbu Bəkrə və Ömərə (Allah onlardan razı olsun!) qarşı çıxan qövmə rast gəldim və bunu Əliyə xəbər verib dedim: — Əgər onlar, o cümlədən Abdulla ibn Səba açıq dediklərinin sənin qəlbindən keçən şeylər olduqlarını bilməsələr, buna cürət etməzlər. Əli (Allah ondan razı olsun!) dedi: — Allah eləməsin! Allah bizə rəhm edib bu fikrə salmayıb. Sonra ayağa qalxıb əlimdən tutdu və məni məscidə apardı. Minbərə qalxıb öz saqqalından yapışdı. Saqqalı ağappaq idi. Göz yaşları saqqalına süzülürdü. Adamlar toplaşanadək yerə baxdı. Sonra hamıya müraciət edib dedi: — Görəsən, mənim qardaşım Rəsulullahı və onun iki vəzirini, iki dostunu, Qüreyşin iki ağasını, müsəlmanların iki atasını dilə gətirənlərin fikirləri nədir?! Mən deyilən sözlərdən xəbərsizəm, bunları deyənləri cəza gözləyir. Onların hər ikisi Rəsulullah səlləllahü əleyhi və səlləmə Allah əmrini yerinə yetirməkdə məhəbbət və vəfa ilə yoldaşlıq etmişlər. Onlar Rəsulullah zamanında əmrlər vermiş, qadağanlar qoymuş, qəzəblənib cəzalar vermişlər. Rəsulullah heç kəsin rəyini onların rəyinə bərabər bilməmiş, heç kəsi onları sevdiyi kimi sevməmiş, Allah əmrinin yerinə yetirilməsində onlar kimi əzmli adam görməmişdir. O öləndə də onlardan razı getmişdir. Müsəlmanlar da onlardan razıdırlar. Onlar öz işlərində və davranışlarında Peyğəmbər səlləllahü əleyhi və səlləmin rəyindən və əmrindən nə onun sağlığında, nə də ölümündən sonra çıxmamışlar. Bu qayda ilə də dünyalarını dəyişmişlər. Allah onların hər ikisinə rəhmət eləsin! Toxumu Cücərdənə və insanları Yaradana and olsun ki, onları yalnız ləyaqətli mömin olmayan adamlar sevməz, onlara yalnız dinsiz utanmazlar nifrət edə bilər. Onları sevmək Allaha yaxınlıq, onlara nifrət etmək kafirlikdir". Bir rəvayətdə isə belə deyilir: "Allah onların ikisinə qarşı öz ürəyində gözəl niyyətlərdən başqa bir şey bəsləyənə lənət edər".43

Buna bənzər fikirlər bizim altı hədis kitabımızda, onların "Nəhc əl-bəlağə" və digər kitablarında rəvayət olunmuşdur.

Imamilik dininə və on iki imam məzhəbinə gəldikdə, onlar ancaq və ancaq cinayətkar yəhudiliyin Ibn Sövda (Sövda onun anasının adıdır) adı ilə məşhur Yəmən Sənasından olan Abdulla ibn Səba vasitəsilə binasını qoyduğu həmin bu əsaslar üzərində meydana gəlmişdir. Onlar bunu inkar edib özlərinin və bu Ibn Sövdanın yəhudiliyə mənsubiyyətlərini dansalar da, bu belədir. Çünki təkcə inkar etmək bu dəstədən yaxa qurtarmaq, bu qanun tanımayan cinayətkar bandadan kənar olmaq üçün kifayət deyil. Adamları buna onların müsəlmanlar arasında xəlvətcə yaydıqları fikirlərə və açıq-aşkar səpələdikləri əqidələrə müxalif və əleyhdar olduğunu sübut etməklə inandırmaq olar.

Lakin diqqətlə baxdıqda bu tayfanı ancaq üzdə Islam nümayiş etdirən, batində ən şiddətli və ən məlun küfr bəsləyən münafiqlərin onların qabağına atdıqları loxmanı çeynəyən görürük. Odur ki, əvvəldən başlayıb hər şeyi bircə-bircə incələməliyik.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin