ONUN FİTNƏ-FƏSAD TÖRƏTMƏK CƏHDİ
Ikincisi, bütün tarixçilər şiə, yaxud Sünnə əhli olduqlarından asılı olmayaraq, belə bir yekdil fikirdədirlər ki, şəhərləri və kəndləri dolaşıb adamları müsəlmanların xəlifəsi, iki nur sahibi Osman ibn Əffanın (Allah ondan razı olsun!) əleyhinə qaldıraraq fitnə-fəsad tonqalını qalayan bu məlun və onun yəhudi bandası olmuşdur. Onlar üsyan odunu alışdırmış, alovu sönən kimi ona yenidən od vurmuşlar. Abdulla ibn Səbanın özü diyar-diyar dolaşıb kənddən-kəndə gedərmiş. Budur Təbəri və digər tarixçilər onun Mədinədən Misirə, oradan Bəsrəyə getməsini, Həkim ibn Cəbləyə qonaq olmasını, sonra oradan çıxıb Kufəyə gəlməsini, Füstatda (köhnə Qahirə) məskən salmasını qeyd edirlər. O, olduğu yerlərdə öz zəhərini səpir, oraların əhalisini fitnə toruna salırdı.47
Bu, yəhudilərin elə bir törəməsi idi ki, işi-gücü müsəlmanların arasında gəzib-dolaşıb fəsad, şayiə və ayrı-seçkiliyi özü ilə bir yerdən başqasına aparmaq, Əlinin (Allah ondan razı olsun!) tərəfini saxlamaq pərdəsi altında müsəlmanların birliyini və sıx əlaqələrini onların arasına təfriqə salıb parça-parça etmək, onların ittifaqını özünün və arxasında duran yəhudilərin cızdıqları plana uyğun olaraq pərən-pərən salmaq idi.
Dostları ilə paylaş: |