OSMAN İBN ƏFFAN
Səxavət və həya sahibi, Rəsulullahın iki qızının əri olmuş kürəkəni Osman ibn Əffan Zünnureyn (Allah ondan razı olsun!) haqqında isə şiələr alçaq yəhudilərin onların başlarına doldurduqları fikirlərə müvafiq olaraq düşünürlər. Kəşşi Əbu Abdulla əleyhissəlamın belə dediyini rəvayət edir: "Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm, Əli və Əmmar məscid tikirdilər. Bu zaman Osman öz təzə paltarında, heç bir gümana əsas verməyən adi yerişlə onların yanından keçirdi. Əmirəlmöminin Əmmara işarə etdi ki, o, Osmana sataşsın. Əmmar ona söz atıb belə dedi:
Imarət ucaldıb zəhmət çəkənlər,
Rüku, səcdə üçün məscid tikənlər,
Tay ola bilərmi o tərs yoldaşa
Ki yaxın durmayır torpağa, daşa?
Guya Əbu Abdullanın dediyinə görə, Osman şikayət etmək üçün Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləmin yanına gəlib demişdir: "Biz müsəlman olmamışıq ki, namusumuza və özümüzə söyələr...". Peyğəmbər də ona demişdir: “İstəyirsən ki, sənin haqqında belə deyilsin?...” Bu zaman "Minnət qoyurlar ki, özlərini Sənə təslim ediblər" sözlərinin daxil olduğu iki ayə nazil oldu. Sonra Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləm Əli əleyhissəlama dedi: "Bunun öz dostuna aid olduğunu yaz!"65
Saleh Hizadan da belə rəvayət olunur: "Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləm məscid tikməyi əmr edəndə iş yerlərini adamlar arasında böldü və hər adama bir adam qoşdu. Əmmar Əli əleyhissəlama qoşuldu. Onlar işə başlamışdılar ki, Osman öz həyətindən çıxdı, toz qalxıb onun paltarını və üz-gözünü basdı. Əli əleyhissəlam Əmmara dedi: "Mən sənə nə desəm, sözümü mənə qaytar". Sonra Əli əleyhissəlam dedi:
Imarət ucaldıb zəhmət çəkənlər,
Rüku, səcdə üçün məscid tikənlər,
Yandan baxanlara olmaz bərabər.
Əmmar ona onun dediyi kimi cavab verdi. Osman bundan qəzəbləndi, lakin Əliyə bir söz deyə bilmədi, Əmmara isə dedi: "Ey qul, ey yaramaz!". Əli əleyhissəlam Əmmara dedi: "Onun sənə dediklərindən razı qaldınmı? Niyə Peyğəmbər səlləllahü əleyhi və səlləmin yanına gedib bunu ona xəbər vermirsən?" Əmmar Peyğəmbərin yanına gəlib Əli deyən kimi etdi. O dedi: "Ey Allahın peyğəmbəri, Osman məni "Ey qul, ey yaramaz!" deyib təhqir etdi". Rəsulullah səlləllahü əleyhi və alihi soruşdu: "Bunu kim eşidib?" O dedi: "Əli". Peyğəmbər Əlini çağırıb belə olub-olmadığını ondan soruşdu, o da Əmmarın dediyi kimi dedi. Peyğəmbər Əli əleyhissəlama dedi: "Get, o harada olursa olsun, ona de ki, ey qul, ey yaramaz, Əmmara qul, yaramaz deyən sənsən?" Əli əleyhissəlam gedib bunları ona dedi və çıxıb getdi".66
Qümmi Allah-təalanın "O gün ki bəzi üzlər ağaracaq, bəziləri qaralacaq" (3/106) kəlamı altında öz əshabələrini, xüsusilə üç yaxın yoldaşını sevən Peyğəmbərə böhtan atan bir rəvayət söyləyib deyir: "Rəsulullah səlləllahü əleyhi və səlləm demişdir: "Qiyamət günü ümmətim mənim yanıma beş dəstəyə bölünüb gələcək. Bunlardan biri bu ümmətin danasının adamları olacaq. Mən onlardan soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla (Quran və Əhl əl-Beyt — tərc.) necə rəftar etmisiniz? Deyəcəklər ki, onlardan böyüyünü özümüzdən kənar etmiş və arxaya tullamışıq, kiçiyinə isə düşmənçilik etmiş, ona nifrət etmiş və zülm etmişik. Onda onlara deyəcəyəm ki, sizi görüm elə oda düşəsiniz ki, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra bu ümmətin “firon”unun adamları hüzuruma gətiriləcək. Onlardan da soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər ki, böyüyünü özümüzdən kənar etmiş, parça-parça etmiş və ona müxalif çıxmışıq, kiçiyinə isə düşmənçilik etmiş, onunla vuruşmuşuq. Onlara da deyəcəyəm ki, sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra bu ümmətin samirisinin adamları hüzuruma gətiriləcək. Yenə soruşulacaq ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: onlardan böyüyünə asi olmuşuq, onu tərk etmişik, kiçiyini isə köməksiz qoymuş, məhv etmişik. Onlara da deyiləcək ki, sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra hüzuruma xariciyyunların əvvəlinciləri gətiriləcək. Soruşacağam məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: onlardan böyüyünü özümüzdən ayırmış, ondan imtina etmişik, kiçiyi ilə isə vuruşmuş və onu qətlə yetirmişik. Deyəcəyəm: sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra hüzuruma dindarların imamı və müsəlmanların ağası, aləmlərin Rəbbinin elçisinin vəliəhdi ilə birlikdə bir dəstə adam gətiriləcək. Onlardan da soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: "Böyüyünün ardınca getmişik, ona itaət etmişik, kiçiyini isə sevmiş, onun tərəfini saxlamış, ona kömək etmiş və arxa olmuşuq, hətta onların yolunda qanımız axıdılıb". Deyəcəyəm ki: "Sizi görüm Cənnətə düşüb onun suyundan istədiyiniz qədər içəsiniz, üzünüz ağ olsun!" Sonra Rəsulullah səlləllahü əleyhi və alihi bu ayəni oxudu: "Bəzi üzlərin ağ, bəzilərinin qara olacağı gün üzüqaralara: “Siz iman gətirəndən sonra kafir oldunuzmu? Bu inkarınıza görə layiq olduğunuz əzabı dadın!” deyiləcək. Üzüağlar isə Allahın rəhmətinə gedər və əbədi olaraq Cənnətdə qalarlar".67
Bu tayfanın xəbisliyini və qəbahətini görürsünüzmü? Onlar Rəsulullahın əshabələrini necə söyür, onların adlarını necə dəyişir, onlara necə ləkə vurur, Peyğəmbər əleyhissəlama necə böhtan atırlar.
Kəşşi göstərir ki, bir dəfə Cəfər belə bir şer oxudu:
Beş yerə bölünər Qiyamət günü
Adamlar, qoy sayım sənə dördünü!
Dana* camaatı, firon* qulları,
Iyrənc samirinin* aldatdıqları;
Heydərin* dalınca gedər bir dəstə,
Gün tək işıq saçar yolları üstə.
Kafirdir Heydərin dinini danan! —
Alçaq qul törəyər qorxaq babadan.
(Onlar burada "dana" sözü ilə Əbu Bəkrə, "firon" sözü ilə Ömərə, "samiri" sözü ilə Osmana işarə edirlər. “Heydər”, məlum olduğu kimi, Əlinin ləqəblərindən biridir).
Sonra Cəfər soruşdu ki, bu şeri kim demişdir? Mən dedim ki, Seyyid Məhəmməd Himyəri. O dedi ki, Allah ona rəhmət eləsin! Mən dedim: — Mən isə onu rustaq şərabı içən görmüşəm. O soruşdu ki, sən çaxır demək istəyirsən? Dedim, bəli. O dedi: — Allah ona rəhmət eləsin, Əlini sevən bir adama bunu bağışlamaq Allah üçün nədir ki?"68
"Əl-Kafi" kitabı onlarda dörd qanun kitabı hesab olunan, onların mühəddislərinin böyüyü və imamı sayılan Küleyni Əlinin belə dediyini qeyd edir: "Məndən əvvəlki valilər qəsdən Rəsulullahın xilafına olan işlər görmüş, ona verdikləri əhdi pozmuş, onun Sünnəsini dəyişmişlər".69
Küleyni həmçinin Əbu Abdulla əleyhissəlamın Qüdrət və Cəlal sahibi Allahın bu kəlamını belə izah etdiyini rəvayət edir: "Əvvəl iman gətirib sonra inkar edənlərin, yenə inanıb sonra yenə inkar edənlərin, daha sonra daha artıq kafir olanların tövbəsi heç vaxt qəbul olunmayacaq" kəlamı filankəs və filankəs haqqında nazil olub. Onlar əvvəl Peyğəmbər səlləllahü əleyhi və alihiyə inandılar, sonra onlara vilayət haqqında məlum olanda kafirlik etdilər. Bu, Peyğəmbər səlləllahü əleyhi və alihi onlara bu sözləri deyəndən sonra oldu: "Mən kimin ağası olmuşam, Əli də onun ağasıdır". Onlar bu sözlərdən sonra əvvəl Əmirəlmöminin əleyhissəlama iman gətirdiklərinə and içdilər. Rəsulullah səlləllahü əleyhi və alihi vəfat edəndən sonra isə öz andlarını pozdular, daha sonra ona sədaqət andı içənləri qınamaqla öz küfrlərini daha da artırdılar. Beləliklə, bu adamlarda imandan bir şey qalmadı".70
"Əl-Kafi"nin şərhçisi qeyd edir ki, "filankəs və filankəs... ifadəsi ilə Əbu Bəkr, Ömər və Osman nəzərdə tutulur".71
Dostları ilə paylaş: |