NƏ ÜÇÜN DEMİŞLƏR Kİ, QURAN TƏHRİF OLUNUB?
Şiələr Quranın təhrif edilmiş olduğunu müəyyən məqsədlər güdərək iddia etmişlər ki, bunlardan biri də onlar üçün
İMAMƏTİN ƏHƏMİYYƏTİDİR
Birincisi, şiələr belə fikirləşirlər ki, imamət məsələsi etiqad edilməli əsas məsələlərdəndir. Bunu inkar edənlər kafir, buna inananlar müsəlmandırlar. Bu məsələ də, Küleyinin “əl-Kafi”də Əbülhəsən Ət-tardan rəvayət etdiyinə görə, Allaha və Rəsula iman kimi məsələlərlə əlaqədardır. Guya Əbülhəsən Əttar demişdir: "Mən Əbu Abdulla əleyhissəlamın belə dediyini eşitmişəm: "Mən itaətdə vəliəhdləri (imam-ları — tərc.) peyğəmbərlərə bərabər tuturam".210
Yenə də Küleyninin Əbu Abdulla əleyhissəlamdan rə-vayət etdiyi bir rəvayət bundan daha aşkar və kəskin-dir. O deyir ki, Allah müsəlmanlara bizə itaət etməyi fərz buyurmuşdur. Insanlar bizi tanımadan heç nəyə nail ola bilməzlər. Bizi tanımaq istəməyənlər bağış-lanmazlar. Bizi tanıyan mömin, inkar edən kafir olar. Bizi tanımayan və inkar etməyən isə düzgün yola qayıdıb, Allahın onun üçün fərz buyurduğu kimi, bizə onun üçün vacib olan itaəti etməyincə yolunu azmış olar".211
O, Cabirin belə dediyini rəvayət edir: "Mən Əbu Cəfər əleyhissəlamın belə dediyini eşitmişəm: "Qüdrət və Cəlal sahibi Allahı tanıyıb ona ibadət edən şəxs odur ki, Allahı və Onun biz Əhl əl-Beytdən olan imamını tanımış olsun. Kim ki Qüdrət və Cəlal sahibi Allahı və biz Əhl əl-Beytdən olan imamı tanı-madı, deməli, Allahdan başqa birisini tanıyır və be-ləliklə, ona ibadət edir. Allaha and olsun ki, beləsi öz yolunu azmışdır".212
Onlar imaməti də namaz, zəkat, oruc və həcc kimi dinin əsas şərtlərindən ediblər. Budur, onların mühəddisi Küleyni özünün “əl-Kafi” kitabında Əbu Həmzədən Əbu Cəfər əleyhissəlamın belə dediyini rəvayət edir: "Islam beş şey üzərində bina olunmuş-dur: namaz, zəkat, oruc, həcc, vilayət. Vida həcci günü vilayətin xatirinə edilməyən güzəşt başqa şeyin xatirinə edilmədi".213
"Vilayətin xatirinə edilməyən güzəşt başqa şeyin xatirinə edilmədi" ifadəsinə baxın. Bu, o deməkdir ki, vilayət, ilk dörd şərtdən əhəmiyyətlidir. Küleyni-nin söylədiyi digər bir rəvayətdə bu məsələ aşkar bildirilir. O, Zürarədən Əbu Cəfər əleyhissəlamın belə dediyini rəvayət edir: "Islam beş şey üzərində bina olunmuşdur: namaz üzərində, zəkat üzərində, həcc üzərində, oruc üzərində və vilayət üzərində". Zürarə-nin dediyinə görə, o, Əbu Cəfərdən soruşmuşdur: “Bu şeylərdən hansı üstündür?" O cavab vermişdir: "Vila-yət üstündür".214
Insanın zehnində öz-özünə belə bir sual yaranır ki, əgər vilayət bu mərtəbədədirsə, bəs nə üçün namazın, orucun adı Quranda çəkilir, vilayətdən isə orada heç bir əsər-əlamət yoxdur? Axı vilayət yalnız Islamın rüknlərindən (özüllərindən) biri olmayıb, həm də Islamın mehvəri, "əl-Bəsair" müəllifinin rəvayət etdiyinə görə, peyğəmbərlərlə bağlanmış müqavilənin məqsədidir: "Həsən ibn Əli Nüman bizə Yəhya ibn Əbu Zəkəriyya ibn Amr Zəyyatın belə dediyi haqqında bir hədis danışmışdır: "Mən öz atamdan və Məhəmməd ibn Səmaədən onların Feyz ibn Əbu Şeybədən Məhəm-məd ibn Müslimin belə dediyini eşitdiklərini eşit-mişəm: "Mən Əbu Cəfərin belə dediyini eşitmişəm: "Allah-təbarəkə və təala peyğəmbərlərlə Əlinin vila-yəti haqqında müqavilə bağlamış və onlarla Əlinin vilayəti haqqında əhd-peyman etmişdir".215
Görəsən, necə ola bilər ki, bu bağlanmış əhd-peyman Qurani-məciddə və Fürqani-həmiddə qeyd olun-masın? Iş bununla bitmir; orada bundan da betər yalanlar var. Onların dediyinə görə vilayət yalnız pey-ğəmbərlərin əhd-peymanı və bağlaşması deyil, həm də göyə və yerə Allah əmanətidir. Bu barədə də "əl-Bəsair"də istinadla belə rəvayət olunmuşdur: "Əmir-əlmöminin demişdir: "Allah vilayətimi göyün və ye-rin əhlinə ərz etmişdir. Onu qəbul edən qəbul etmiş, inkar edən inkar etmişdir" — Nə böyük iftira! Allah bizi ondan qorusun! — "Yunis onu inkar etmiş, Allah da Yunisi mənim vilayətimi qəbul edənədək balığın qarnında həbs etmişdir".216
Guya bu elə bir əmanətdir ki, Allah-sübhanəhü və təala ona böyük əhəmiyyət vermiş və O, "əl-Bəsair"in müəllifinin rəvayət etdiyinə görə, bu əmanətsiz heç bir peyğəmbər göndərməmişdir? Bu müəllif Məhəm-məd ibn Əbdürrəhmandan Əbu Abdullanın belə dedi-yini rəvayət edir: "Bizim vilayətimiz Allah tərəfin-dən verilmiş elə bir vilayətdir ki, onsuz heç vaxt heç bir peyğəmbər göndərilməmişdir".217
Bəs bu diqqət nəyə görə idi? Əlbəttə, hər bir mö-minin, hətta mələklərin belə ona inanmasından başqa heç nəyə görə deyildi. Elə onların iddia etdikləri, dedikləri kimi də oldu və həqiqətən buna inananlar oldu. "əl-Bəsair"in müəllifi deyir: "Bizə Əhməd ibn Məhəmməd Həsən ibn Əbu Füzaldan, o da Məhəmməd ibn Fəzildən, o da Əbu Səbbah Kənanidən Əbu Cəfə-rin belə dediyini söyləmişdir: "Allaha and olsun ki, səmada yetmiş növ mələk var. Əgər bütün Yer əhalisi bir yerə yığılsa ki, onların sayı bu mələklərin bir növünün sayına çatsın, yenə də çatmaz. Həmin mələklər bizim vilayətimizə inanırlar".218
Heç ağlabatandırmı ki, belə əhəmiyyətə və hörmətə malik məqamı Allah öz Kəlamında qeyd etməsin? Xüsu-silə o halda ki, heç bir ibadət və etiqad ona inan-madan doğru olmasın. Lakin Küleyni Cəfəri-Sadiqin belə dediyini rəvayət edir: "Islamın dayaqları üçdür: namaz, zəkat və vilayət. Bunlardan hər hansı biri219 o birilər olmadan düzgün olmaz".220
O həmçinin Məhəmməd ibn Fəzldən Əbülhəsən əley-hissəlamın belə dediyini rəvayət edir ki, Əli əleyhis-səlamın vilayəti, Quranda yazılmasa da, peyğəmbər-lərin bütün sühüflərində yazılmışdır və Allah (bundan sonra) Məhəmməd səlləllahü əleyhi və alihi-nin peyğəmbərliyi və Əli əleyhissəlamın vəliəhdliyi şərti olmadan heç bir rəsul göndərməz".221
Onlar belə çətinliyə düşdüklərindən onun həllinə çalışmış və iddia etmişlər ki, Quran təhrif olun-muş, dəyişdirilmiş, ondan çoxlu ayə buraxılmış, heç də az olmayan sayda sözlər düşmüşdür. Onları Quranın mətnindən ən hörmətli əshabələr və islam ümmətinin böyük adamları Əliyə olan kinlərinə, onun övladla-rına qarşı inadlarına görə və Rəsulullah səlləllahü əleyhi və alihinin irsinin itirilib-batırılması üçün çıxarmışlar.
Dostları ilə paylaş: |