ÜÇ RƏŞİDİ XƏLİFƏNİN XƏLİFƏLİYİNİN HAQLI OLMASININ ETIRAF EDİLMƏSİ
2 — Əli (Allah ondan razı olsun!) və onun övlad-ları bu üç nəfərin - Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi ol-muşdur. Həmçinin onun və övladlarının bu böyük adam-ları mədh etdikləri qeyd olunmuşdur. Allah razı ol-muş (Əli — tərc.) demişdir: “Filankəsin (Əbu Bək-rin)416 ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi”.417
O (Əli — tərc.), Ömər ibn Xəttab (Allah ondan razı olsun!) onunla Rum döyüşünə çıxarkən məsləhət-ləşəndə Ömərə belə deyib: “Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkə-lərinin qurtaracağından başqa sığınacaqları418 olmaz. Onların səndən sonra müraciət edəcəkləri bir baş-çıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıx-mış bir adam, onunla birlikdə döyüşkən və ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxar-sa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan”.419
Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında de-dikləri bundan da aydındır. O demişdir: “Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və az-lıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edən-dir. Boyunbağıda nizamlayıcının420 əhəmiyyəti nə qə-dərdirsə, əmrin etibar edildiyi421 adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar bir-birindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplan-maz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəl-man olmaları ilə çoxsaylı, bir olmaları ilə güclü-dürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün get-mə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerin-də ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub get-diyin düşmən qarşındakından qorxulu olar.
Qoy əcəmlər sənə baxıb desinlər: “Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız”. Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük”.422
Adamlar onun yanına gəlib Osmandan şikayət edən-də o (Əli), Osman ibn Əffanın (Allah-təala ondan ra-zı olsun!) yanına girib ona belə demişdi: “Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmiş-lər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Sənə sənin bil-mədiyin bir iş göstərə bilmərəm: biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəli deyilik ki, sənə onun haqqında məlumat verək. Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi eşitmi-sən, sən də Rəsulullah səlləllahü əleyhi və səlləmə bizim kimi əshabəlik etmisən. Nə Ibn Əbu Qəhafə, nə də Ibn Xəttab haqq işində səndən irəli deyillər. Sən Rəsulullah səlləllahü əleyhi və səlləmin atasına, qan qohumluğuna görə, onların hər ikisindən də yaxınsan. Sən onun kürəkənlərindən o biri iki nəfərin nail olmadığına nail olmusan”.423
O, bu üç nəfərin xəlifəliyini tərifləyərək de-mişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yal-nız mühacirlərin və ənsarların şurası bir adam haq-qında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardı-lar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmə-diyi üçün öldürərdilər: Allah ona layiq olduğunu ve-rərdi”.424
Şiələrin təfsirçisi və böyüyü Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıq-aydın, heç bir anla-şılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsu-lullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”.425
Əlidən (Allah ondan razı olsun!) nəql olunur ki, adamlar Osman (Allah ondan razı olsun!) öldürüləndən sonra Əliyə beyət gətirmək istəyəndə o demişdir: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat burax-sanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”.426
Dostları ilə paylaş: |