muĢk tayfalarını hay sayır.
91
Bəzi tədqiqatçılar da protohayların muĢk
boylarından biri olduğunu güman etdikləri üçün onların Anadoluya
gəliĢini XII əsrə aparıb çıxarırlar.
92
Lakin nəzərə almaq lazımdır ki, asur,
urartu və yəhudi mənbələrində muĢk etnonimi hayları deyil,
friqləri
bildirir. Əlbəttə, bu fikirlərlə o vaxt razılaĢmaq olardı ki, həmin çağlara
aid yazıda heç olmasa bircə hay sözü olsun, ancaq nə bölgə
onomasti-
kasında, nə də yazılı qaynaqlarda belə bəlgə yoxdur. Ancaq bu, hayların
nəvaxtsa friq-muĢk boyları ilə olan əlaqəsini istisna etmir. Görünür, qə-
dim hayların içində yayılmıĢ Friq və MuĢeğ Ģəxs adları hay-friq və hay-
muĢk əlaqələrini göstərir.
Ümumiyətlə, Ön Asiyanın tarixində XII əsr elə mürəkkəb bir dövr-
dür ki, burada X əsrəcən nə baĢ verdiyini müəyyənləĢdirmək asan deyil,
çünki XII əsrdə Ġkiçayarasında aĢağıda Kassi sülaləsi, yuxarıda Mitanni
dövləti, Anadoluda Hett dövləti dağıldı və
bütün bu ərazilərdə çoxlu kiçik
90
Страбон, I. II. 34.
91
Дьяконов, 1983, 168-169.
92
ИДМ, II, 1983, 46.
102
bəyliklər
və
dərəbəyliklər
ortaya çıxdı.
Yalnız X
əsrin sonunda Asur döv-
ləti gücləndi, IX əsrdə Urartu meydana çıxdı və bu çağlarda Suriyanın
quzeyinə çoxlu aramey axınları baĢlanmıĢdı. Əgər hay tayfaları X-VII
əsrlər arası Fərat çayının yaxalarında olsaydı, onların adı buraları dəfə-
lərlə ələk-fələk edən asur və ya urartu çarlarının yazılarına düĢərdi.
Həm
də unutmayaq ki,
Ərmən ölkəsi VIII-VII əsrlərdə saqa-qamərlərin at oy-
natdığı ərazilərin ortasında yerləĢirdi.
Məncə,
Friqiya dövlətinin bir kolo-
niyası olan haylar bu dövlət dağılandan sonra, VII əsrdə Suriyanın quzey-
batı bölgələrinə, Urartu-Asur dövləti dağılandan sonra isə
VI-III
əsrlər
arasında Diyarbakırdan xeyli
yuxarıda olan qədim subarların Arme bölgə-
sinə sıza bilmiĢlər. Arme ilə Van gölü arası ərazidə hurri-urartu boyları-
nın qalıqlarının protohay tayfalarına qarıĢması hay dilində əksini tapıb.
93
Hayların miqrasiya yolunu Balkan yarımadası
Friqiya
Quzey
Suriya
Arme
və
Arminiya istiqamətində olduğunu qədim tarixçilərin
sözləri əsasında nəzəri baxımdan bərpa etmək olur, lakin bu miqrasiyanın
tarixini dəqiq müəyyənləĢdirmək bir az çətindir, çünki həmin miqrasiya
çağlarında hayların öz dilinə aid bircə dənə iĢarə və ya söz yoxdur ki, heç
olmasa, təxmini tarixə bələdçilik etsin.
Ona görə də, hayların friqlərlə Kiçik
Asiyaya XII əsrdə keçməsi o
qədər də inandırıcı deyil.
Belə ki, friqlərin Avropadan Asiyaya keçməsi
protohayların ən yaxın qohumu olan yunan əhalisi içindən çıxmıĢ tarix-
çilərə
görə,
Turova
(Troya) müharibəsindən sonrakı çağlarda
baĢ
vermiĢ-
dir.
Yunan tayfalarının özləri də Kiçik Asiyanın batı sahillərində VIII
əsrdən sonra məskunlaĢmağa baĢlamıĢdı.
94
Ermən ölkəsinin türk yurdu olmasını sübut edən faktlardan biri də
hay
dilindəki qədim türkizmlərdir.
Bu barədə sonrakı bölmədə söhbət
edəcəyimizi nəzərə alıb,
burada vurğulayaq ki,
hələ səlcuqlar tarix səhnə-
sinə çıxmamıĢdan
çox
qabaq
hay
dilində türk sözləri vardı.
Ġlk
dəfə
bu
fikri
93
Капанцян, 1947; Дьяконов, 1983; Меликишвили, 1954, 419.
94
Kiçik Asiyaya friqlərin gəlməsini XII-VIII əsrlər arasında müxtəlif illərə aid edən
mütəxəssislərin bir-biri ilə apardığı mübahisələrə qoĢulmadan demək olar ki, Kiçik
Asiyaya gələn friqlər VIII əsrdə Halis (Qızıl-irmaq) çayının orta axarlarında dövlət
qurmuĢlar. Bir əsr sonra isə burada qurulan böyük Lidiya dövlətinin tərkibinə daxil
olmuĢlar. Görünür, həmin çağlarda hay tayfaları Friqiyanın mərkəzi Gordion (müasir
Yassıhöyük) Ģəhərinin güney
tərəfindən,
indiki
Haymana bölgəsindən quzey-batı
Suriya
torpaqlarına köçmüĢlər, çünki Herodot erməniləri (hayları) Friqiyadan köçmüĢ xalq
kimi verir.
103
hələ
1870
-də alman alimi Mordman söyləmiĢdi. Hətta hay dilində elə tür-
kizmlər var ki, onlar dilin arxaik qatını əks etdirir.
Proto-haylar Ermən ölkəsinə gələndə onların dili türk sözləri ilə
zənginləĢdi, lakin bu dil bütövlükdə hind-avropa təbiətini saxlaya bildi,
sonralar isə Xilafət dövründə Azər bölgələrinə yaxınlaĢdıqca azər dilinin
təsiri altına düĢüb əvvəlki təbiətindən xeyli uzaqlaĢdı. Belə ki, qrabar
(yazılı hay dili) adlanan əski dil yazı və kilsə dili kimi bir müddət davam
etsə də, hayların danıĢıq dili olan yeni aĢxarabar artıq Xilafət çağından
hay xalqının içində iĢlənirdi. Qrabarın sintaksisi indiki fransız və rus dil-
lərinin sintaktik quruluĢuna uyğun idisə, artıq aĢxarabarda azər dilinin
sintaktik quruluĢu, uzlaĢma və söz sırası təsiri altına düĢmüĢ yeni hay-
erməni dili əvvəlki təbiətindən xeyli uzaqlaĢmıĢdır.
Lakin hay dili hindavropa dillərindən nə qədər uzaqlaĢsa da, bütün
bu zənginləĢmə və dəyiĢmələrə baxmayaraq, yenə də dilçilik elmi onu
hindavropa dilləri ailəsindən təcrid olunmuĢ dil hesab etmir. Hay dili ya-
xın
qohumluq baxımından yunan dilinə, sonra slavyan,
daha sonra iran
dillərinə yaxınlaĢır. Bu elmi qlottogenez meyarı hayların Ermən ölkəsinə
gəlmə
xalq
olduğunu aksioma Ģəklində
ortaya qoyur.
Həm antropologiya,
həm də dilçilik elmi tarixi Ermən ölkəsində hay etnosunun yerli xalq ol-
madığını təsdiq edir.
Arime//Arme adından bəhs edən akademik Q. Kapansyana görə, bu
bölgənin xalqı öz dilinə və mədəniyətinə görə hurri-subar etnik boyla-
rına aid idi və haylar m.ö. IV-III əsrlərdə tarixi Urartunu etnik-mədəni
və siyasi cəhətdən mənimsəmiĢ, yerli əhali ilə bir-iki əsr davam edən
konsolidasiya
III
əsrdə
baĢa
çatmıĢdır.
Həmin
yazar
fikrinə
davam
edərək,
hayların «erməniləĢmə» faktını belə izah edir:
«Baxmayaraq ki, suriyalılara, yunanlılara və baĢqalarına iranlılardan
keçən armen adı Armina toponimindən törəmiĢdir, hər halda Urartu əha-
lisi kimi, subar-arimelərin də haylaĢması prosesi baĢa çatdığı üçün biz artıq
yunanca formalaĢmıĢ (armen-oi, Armen-ia) yeni, həm də mümkün qədər
hay dili dominantı ilə armen adı
altında
yeni etnik keyfiyət
düĢünməliyik».
95
Hay-erməni xalqının tarixi və dili üzrə görkəmli uzman Q. Kapans-
yanın bu fikrilə bəzi kiçik düzəliĢlərlə bütövlükdə razılaĢmaq olar. Düzə-
liĢlər isə əsasən hayların «erməniləĢmə» tarixilə bağlıdır. Belə ki, hayların
yeni ekoetnonimi tam mənimsəməsi miladdan əvvəl deyil, miladdan son-
95
Капанцян, 1947, 209.
104
rakı əsrlərdə bu regionda gedən xristianlaĢma dövrünə aiddir. Protohaylar
Arme-Subar bölgəsində yaĢadıqları bir neçə əsr ərzində hurri-subar kul-
turu ilə formalaĢıb, hay xalqına çevrildiyi çağlarda quzey qonĢuluqdakı
Ermən ölkəsi ilə sıx əlaqə qura bilmiĢdilər. Görünür, saqa-qamər boyları
Ermən ölkəsindən Azərbaycana çəkildikcə hayların bir hissəsi boĢalan
bölgələrə keçib, orada məskunlaĢmıĢdır. Ona görə də, sonrakı əsrlərdə Er-
mən ölkəsindəki haylar da erməni adlanmıĢlar. Xristianlığı burada qəbul
edən hay-ermənilər artıq sasanilər çağında Qafqazın bəzi güney-batı böl-
gələrində görünməyə baĢlayır. Erməniyə ölkəadının Urartu//Ararat adı ilə
dolaĢıq salınması isə Bibliyada RRT yazılıĢının yanlıĢ oxunuĢu ilə ortaya
çıxmıĢdır.
96
Bibliyanın bu hissələri yazıya köçürülən
çağlarda Subar bəyliyinin
dağılmasından bir əsr vaxt keçmiĢdi və artıq Urartu dövləti də yox idi,
burada ölkənin adı gələnəksəl ədəbi priyom kimi iĢlənmiĢdir. Belə ki,
Dostları ilə paylaş: |