«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə53/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   49   50   51   52   53   54   55   56   ...   149
«Doqquz Bitik» s-ras-

Ararat  (Urartu),  AĢkenaz  (Saqa)  və  Minni  (Mana)  çarlıqlarının  adı  son 
dəfə  Bibliyada 
593
-də  çəkilir  (Yeremiya, 
51,  27
)  və  bu  çağda  həmin 
ölkələr artıq Mada dövlətinin əyalətləri idi. Bundan da bir neçə əsr sonra 
(m.ö.  III-II)  Bibliyanı  yunan  dilinə  çevirənlər  buradakı  Ararat  (Urartu) 
adını Armeniya adı ilə əvəz etdikləri kimi, bundan da 7-8 əsr sonra «hay 
tarixinin  atası»  M.
 
Xorenatsi
 
də  görünür
 
iki  müxtəlif  mənbədən  istifadə 
etdiyi  üçün  Sinaxxeribin  Armeniyaya  qaçan  oğlanlarının  adını  bir  yerdə 
Adramel və Sannasar, baĢqa bir yerdə Adramel və Arqamozan kimi verir 
və bəzi hay soyunun onlardan törədiyini yazır: 
97
 
         «O öz oğlanları
 
Adramel və Sannasar tərəfindən öldürüldü, bundan 
sonra  onlar  Armeniyaya  qaçdılar.  Bizim  ərdəmli  soybabamız  Skayordi 
onlardan  birini
 
-
 
Sannasarı
 
Asuriya
 
sərhədinə
 
yaxın
 
bizim
 
yurdun  güney-
doğusunada
 
yerləĢdirdi.
 
Onun törəmələri çoxalıb Sim adlanan dağı bürüdü.  
...  Arqamozan  isə  həmin  ərazidən  güney-doğuda  məskunlaĢdı.Tarixçi 
deyir ki,
 
Artsruni və Genuni soyu onun törəmələridir.
 
Məhz bu səbəbdən 
biz burada
 
Sennaxirim
 
haqqında söhbət açdıq.
 
Həmin
 
tarixçi
 
deyir ki,
 
Anqeğ 
evi Haykın hansısa nəvəsi Paskamdan törəmiĢdir» 
(I. XXIII).
 
                                                 
96
 Və vaqe oldu ki, öz tanrısı Nisrokun evində ibadət edərkən Adrammelek və ġaretsar onu 
qılıncla vurdular; və Ararat diyarına qaçdılar (II Çarlar, bar. 19, 37 və Ġsayi, bar. 37, 38). 
97
 
Həmin olayı  «Sasunlu David» eposu belə verir ki, Bağdadda oturan Sinekerim adlı 
Ģahın Sanasar və Bağdasar adlı iki oğlu gecə ikən qaçıb hay hökmdarı Tevadorosun ya-
nına gəlir, bu da ona 300 ailə verir və bu əhali Sasun adlı yeni yaĢayıĢ məskəni salır. 


 
105 
Göründüyü kimi, bu mənbələrdə bəzi hay boylarının Van hövzəsin-
də  məskunlaĢması tarixi  qaçqın asur Ģahzadələri  ilə əlaqələndirilir. Hər 
halda, sonrakı çağlarda da tanınmıĢ hay-erməni sülalələri (Mamikon, Baq-
rat,  ArĢak, Smbat və  b.)  doğudan  gələn  türk,  ərsaq  (part)  soylu  bəylərin 
və güney-batıdan gələn aramey, yəhudi nəslidir. Artıq V əsrdən hayların 
«qədim» və «böyük tarix» axtarıĢları vüsət alır. Halbuki elə həmin əsrdə 
M. Xorenatsi  yazırdı  ki, çox vaxt  baĢqalarının hakimiyəti  altında  yaĢa-
mıĢ haylar kiçik və azsaylı xalqdır.
98
 Hovanes
 
Drasxanakertsi (
XI əsr
) də 
Parura
 
qədər
 
Hayk
 
ölkəsində yadellilərin hakim olduğunu deyir.
99
 Lakin 
Parur bəyin və ondan sonrakıların da hay soyundan olmadığını yuxarıda 
gördük. 
Hayların öz soykökünü Ermen patroniminə bağlama səbəbini izah 
edən  V.  Ġ.  Nikonov  yazır  ki,  ilkin  mənası  çoxdan  unudulmuĢ  bəzi  etno-
nimlər  patronim  təsəvvürü  oyatdığı  üçün  onlar  mifik  «soybabası»  adını 
törədir və bu hal, sadəcə, mənası bilinməyən adları mifik surətlərə çevirib 
izah
 
etmək cəhdidir:
 
«Bir xalqın iki
 
-
 
hay və armen
 
-
 
adından onun əfsanə-
vi soy baĢçıları Hayk və oğlu Armenak haqqında miflər yarandı».
100
 Hay-
ların  mənĢəyi haqqında müxtəlif  əfsanələr vardır ki, bunlardan biri də 
Strabon tərəfindən  yazıya alınmıĢdır. Guya Yunan ərazisində olan Fes-
saliyadakı  Armeniya  Ģəhərinin  sakini  Armen  Yason  ilə  Armeniya  ölkə-
sinə gəlir və  «Ġskəndərin  yürüĢündə iĢtirak etmiĢ  Farsallı Kirsil və  Lari-
salı Midiy təsdiq edirlər ki, Armeniya onun adı ilə adlanmıĢdır».
101
 Əgər 
Yasonun səfər yoldaĢının adı Armen olsaydı belə, Ərmən ölkəsinin onun 
adı ilə adlana bilməsi üçün tarixi səbəb yox idi, ancaq bu əfsanədə bir hə-
qiqət varsa, o da hay-yunan əlaqəsinə dolayı iĢarədir. Strabon bir-iki belə 
əfsanəni xatırladandan sonra yazır:
 
«Bunlar keçmiĢ nağıllar idi. Daha yeni hekayə isə pers hökmranlığı 
dövründən  baĢlayaraq,  sonrakı  çağları  ta  bizim  dövrümüzə  qədər  olan 
olayları əhatə edir ki, bunu da qısaca belə söyləmək mümkündür. Arme-
niyaya öncə perslər və  makedoniyalılar sahib oldu, bundan sonra Suriya 
                                                 
98
 
«И хотя мы народъ не великий, и весьма ограниченный числом, и немогущест-
венный  силою,  и  часто  находившийся  подъ  чужим  владичеством;  однако  и  в 
нашем отечестве много совершено подвигов мужества, достойных воспомина-
ния…» (Хоренаци, 31).
 
99
 Дьяконов, 1983, 162. 
100
 Никонов, 1970, 19. 
101
 Страбон, 449. 


 
106 
və  Madanı  itaətdə  saxlayanlar;  Armeniyada  son  hökmdar  7  persdən  biri 
olan Qidarnanın soyundan Oront idi. Sonra romalılarla döyüĢən Böyük 
Antioxun alaybaĢçıları Artaksi və Zariadri ölkəni iki hissəyə ayırdı. Çarın 
təyinatı
 
ilə
 
onlar
 
ölkəni
 
idarə
 
etdilər.
 
Çar  məğlubiyətə  uğrayanda  onlar 
romalılar tərəfinə keçdilər və çar elan edilib müstəqil oldular. Artaksiyanın 
xələfi Tiqran sözün əsl mənasında Armeniyaya hakim oldu» 
(XI. 14. 15).
 
Strabon  sonra  Tiqranın  müxtəlif  ölkələrdən  xeyli  ərazilər  zəbt  etdi-
yini və Armeniya coğrafi adının geniĢləndiyini əks etdirən faktlar sadala-
yır. Artaksi soyundan olub, Parfiyada (Ərsaqların ölkəsində) girov və ya 
əsir sifətilə saxlanan bu «erməni çarı» ərsaqların köməyi ilə Armeniyada 
hökmdar olur və onların qüvvəsi ilə ölkənin sınırlarını geniĢləndirir, lakin 
ərsaqlara  dönük  çıxdığı  üçün  doğu  bölgələrdən  qovulur.  Daha  sonra 
«Lukul Tiqranı Suriya və Finikiyadan da qovdu» 
(
XI. 14. 15
).
 
Onun xələfi 
Artavasd da Parfiya ilə  müharibədə  romalılara xəyanət  etdiyindən Antoni 
onu öldürür. «Artavasddan sonra ölkə Sezar və romalıların hakimiyəti al-
tında bir neçə çar tərəfindən idarə olundu; və bu ölkənin həmin formada 
idarə  olunması
 
indi
 
də davam edir» 
(
XI. 14. 15
).
 Strabonun  adını çəkdiyi  
«Armeniyaya
 
hakim
 
olan»
 
Tiqran  kimdir?  Bu
 
suala  Sovet  tarixĢünaslığı
 
belə
 
Ģərh verir:
 
«Belə çarların gerçək hakimiyəti Parfiyadakı ümumi siyasi durum-
dan  asılı
 
olurdu.  Əsirlikdə
 
olan
 
erməni  Ģahzadəsi  Tiqran  onu
 
Armeniya 
taxtına
 
qaytaracağı  təqdirdə  Atropaten  ərazisindən  Parfiyaya  «70  dərə» 
verəcəyini  vəd  edərək  II  Mitridatı  razı  sala  bildi,  m.ö.  95-də  II  Böyük 
Tiqran Armeniya çarı oldu».
102
 
 
Ərsaqları  aldatdığı  üçün  güney  bölgələrdən  qovulan  Tiqran  yuxa-
rıda  haqqında  danıĢdığım  Arme-Subar  bölgəsində  Tiqranakert  Ģəhərini 
saldı  və  bura  hay-ermənilərin  baĢkəndi  oldu.  Tiqranın  müstəqilliyi  cəmi 
20 il çəkdi və m.ö. 
66
-da romalılara tabe oldu. Onun oğlu II Artavazd da  
(m.ö. 
55-34
) Roma imperiyasının vassalı idi. Onun vərəsələrinin hakimi-
yəti haqqında isə Strabonun yuxarıdakı məlumatı aydın təsəvvür yaradır.
 
Strabondan bir əsr sonra yaĢamıĢ roma tarixçisi Korneli
 
Tasitin vaxtında 
da həmin durum davam etmiĢdir. Bu barədə o yazır:
 
         «Ermənilər  həm  də  ikiüzlü  və  dəyiĢkəndirlər,  (ölkələrinə)  gah  bu, 
gah da baĢqa ordunu dəvət edirdilər; yaĢadığı yerlərə və oxĢar xasiyətlə-
rinə görə, nəhayət, çoxsaylı qarıĢıq evlənmə səbəbi ilə onlar parfiyalılara 
                                                 
102
 ИДМ, II, 1983,  406-407. 


 
107 
yaxındır və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirdi-
lər» 
(
Annales, 
XIII, 34).
 
Ġlk hay tarixçiləri yerli zəmində soykökü axtarıĢına çıxanda daha 
çox Ərsaq sülaləsini gözaltı edir, hay tarixini Ərsaqların tarixi fonunda 
verməyə
 
çalıĢırdılar.
 
Doğrudur,
 
Ərsaqlar
 
Azərbaycanda
 
olduğu
 
kimi

Ermən 
ölkəsində  də  at  oynadırdı,  hətta  burada  ilk  xristianlığı  yayan  Qriqor  da 
Türkmən elindən (Parfiyadan) gəlmiĢ Anak bəyin oğlu idi. Lakin ərsaqlar 
saqa  türkü,  haylar  isə  elə  hay  idi.  Baxmayaraq  ki,  M.  Xorenatsi  Bibli-
yadan  oxuduqlarına  hay  ovqatı  kökləyib,  Adəmdən  sonra  21-ci  patriarx 
kimi verdiyi  Ġbrahim peyğəmbərin Ģəcərəsində  ərsaqlardan dolayı haylara 
yer verirdi.
103
 Görünür,  hay  yazarların  ovqatından xəbərdar  olan  Prokopi 
560-da  yazdığı  «De  Aedificiis»  (Tikintilər  haqqında)  əsərində  özəlliklə 
vurğulayır: «Qoy heç
 
kim
 
düĢünməsin
 
ki,
 
Arsaklar
 
erməni
 
(hay)
 
soyludur»
 
(Prokopiy, 
III.
 
1.
 
6). 
Beləliklə,  Dərbənddən  Fəratın  yuxarı  axarına  qədər  gözdən  keçir-
diyimiz Alban (Ağvan), Aran və Ermən xoronimlərinin türk etnonimləri 
əsasında yarandığını gördük. Bunlardan ən mübahisəlisi Ermən idi ki, onu 
da
 
Armi/Ermi,
 
Arman/Ermən
 
mərhələləri
 

 
türk  ellərində  yayılma  dairəsi 
üzrə  izlədik.  Hayların  da  Ermən  (Armeniya)  bölgəsinə  gələndən  sonra 
«erməni» olduğunu gördük. Hayastan isə I-IV əsrlərdə Anadoluda, 
V-XIX
 
əsrlərdə  Qafqazda  lokal  bölgələrə  yayılıb,  bölük-bölük  məskunlaĢan  hay 
kaloniyaları, xristian patriklərin «yurdu» anlamında iĢlənən qeyri-müəyyən 
coğrafi termindir. 1920-ci ilə qədər bu «Hayastan» sözünü 1, 2, 3
 

 
hətta
 
99 kaloniyaya Ģamil etmək olar.
104
 Həmin ilə qədər isə indiki Ermənistan 
(Ġrəvan xanlığı) tarix boyu az, azər, ermən, saqa-qamər, oğuz və sair türk 
boylarının  doğma  yurdu  olmuĢ,  Ġslamaqədər  onlardan  bir  qismi  xristian 
dininə tapınmıĢ və bu izi yaĢadan çoxlu monastrlar (vənglər) qalmıĢdır.      

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin