etimologiyasından
danıĢarkən bir-birindən fərqli yozumlar vermiĢ, xoronimi Atropat, Azərbaz
və Babək kimi tarixi Ģəxs adları ilə bağlamaq istəyənlər də olmuĢdur.
109
Halbuki, Azərbaycan adının tərkibindəki Azər adı həmin Ģəxslərin yaĢadığı
çağdan daha qədim qaynaqlarda vardır.
110
Bu xoronimi Ģəxs adına bağla-
maq gələnəyi Strabonla baĢlanmıĢdır. O, Atropatena adının Kiçik Mada
ölkəsinin baĢçısı Atropat (΄Αηροπαηηζ) adından yarandığını yazmıĢdır.
Əgər Strabon Atropatena yox, Atropatkan//Aturpatkan adının özü yazdığı
kimi Atropat adından yarandığını desəydi, onda bu fikiri müdafiə edənlə-
rə “kömək” etmiĢ olardı. Lakin onun Atropat dediyi adama ondan öncəki
tarixçilər (Diodor, Arrian) Atrap demiĢlər.
Ölkəadının «Odlar yurdu» poetik deyimi də bəzi etimoloji yozuma
öz psixoloji təsirini göstərmiĢ, part dilindəki atar «od» sözü ilə yaranan
Atar-pat ilə türkcənin Azər-bi tərkibi eyni mənada yozulmuĢdur. Adın ilk
108
I cild, 128; Ялийева, 1999, 123-124.
109
Strabon, XI. 13. 1. Bu yozumu sonralar bir çox yazarlar təkrar etmiĢlər (GeniĢ məlu-
mat üçün bax: Азерлу,
Мусеви,
Ямпольский
1974); Yaqut əl-Həməvi isə qeyd edir ki,
Ġbn əl-Müqəffə‟a Azərbican adının Azərbaż ibn Ġran (və ya ibn Beyvarasif) ibn əl-Əsvad
ibn Sam ibn Nuh Əleyhissəlamın adı ilə bağlı ortaya çıxdığını yazmıĢdır
(Ялийева,1999, 124); A. Bakıxanov Azərbaycan xoronimini Azərbabaqan Ģəklində
bərpa edib, «Babəkin odu» anlamı daĢıdığını güman etmiĢdir (Бакыханов, 59).
110
Azər xalqı, 2000, 15.