«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə96/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   92   93   94   95   96   97   98   99   ...   149
«Doqquz Bitik» s-ras-

Köçün  
növləri 


 
188 
ğılmasına səbəb olan ilk
 
böyük köçlərlə
 
baĢlanır. Həmin çağda sumerlər, 
m.ö. III minilin baĢlarında isə Ərəbistan çöllərindən qalxıb Ġkiçayarasına 
gələn
 
samilər
 
prototürk torpaqlarına yerləĢmiĢ,
 
buradakı prototürk boyları 
da böyük kütlələrlə Güney Azərbaycan
 
və Orta
 
Asiya üzərindən doğuya, 
Quzey  Azərbaycan  üzərindən  isə  Quzey  Qafqaz  yönündə  quzeyə  köç-
müĢlər. Bu baxımdan, sumer-sami yerdəyiĢməsi içəri köç, prototürklərin 
yerdəyiĢməsi  isə  dıĢarı  köç  sayılır.  Prototürk
 
boylarının
 
Azərbaycandan
 
Türkmənistana, Dağıstana və Quzey Qafqaza keçməsi yaxın köç, oralar-
dan Doğu  Türküstan  və  Altaya,  Güney  Avropa  bozqırlarına  keçməsi  isə 
uzaq köç kimi dəyərləndirilə bilər.  Belə ki, istər içəri, istər dıĢarı köçlər 
sınır bölgələr üzrə yaxın, bir-birindən aralı bölgələr üzrə isə uzaq köçlər 
Ģəklində gerçəkləĢir. 
Uzaq  köçlər  birbaĢa  və  davamlı  yerdəyiĢmələrlə  olur.  Sumerlərin 
içəri köçünü Ģərti olaraq, birbaĢa olan köç saymaq olar, çünki onların nə 
vaxt  gəldiyini  bilsək  də,  haradan  və  necə  gəldiyini  dəqiq  bilmirik.  Bu 
suallara  hələlik  sumerĢünaslıqda  inandırıcı  cavab  tapılmamıĢdır.  Əksər 
uzaq köçlər birbaĢa deyil, davamlı  yerdəyiĢmə nəticəsində olur. Belə ki, 
Azərbaycandan çıxan prototürk boylarının Altaya qədər gedib çıxmasına 
bir neçə il deyil, bir neçə yüzil lazım gəlmiĢdir; bu uzaq yolboyu bir neçə 
nəsil dəyiĢmiĢ, ulu babaların yolunu nəticə-kötücələr davam etdirmiĢdir. 
Eyni olayı minillər sonra Altaydan Orta Avropaya qədər gələn hunlar da 
yaĢamıĢlar.
 
 
M.ö. II minilin baĢlarında Qaradənizin quzeyindən qalxıb, Xəzərin 
quzey  yaxası  ilə  Orta  Asiyaya  gələn  hindiran  (ari)  boyları  yalnız  həmin 
minilin  son  əsrlərində  gəlib  qədim  Areya  (Herat)  bölgəsinə  çatmıĢdı.
 
Onların
 
sonrakı
 
miqrasiyası
 
da
 
mərhələlərlə
 
davam  etmiĢdir.  Heratdan 
Doğu  Ġrana  hindiran  boylarının  Səbzəvar-Qəndahar  və  MəĢhəd-NiĢapur 
yolu  ilə  gəliĢini  arxeoloji,  antropoloji,  etnoqrafik  və  dil  bəlgələri  ilə 
araĢdıran Ġ. M. Dyakonov belə yazır:  
«Hindiranlılar güneyə qəfil axınla deyil, vaxtaĢırı nəsil-nəsil irəlilə-
miĢlər. Dediyimiz kimi, onlar  yüngül atlı cəng arabalarında irəli cuman 
fatehlər deyildi (olsun ki, belə Ģeylərlə ilk dəfə məhz
 
Ġranda tanıĢ olmuĢ-
lar),
 
hətta, əməlli-baĢlı atlı köçərilər də deyildilər; onlar yardımçı-həyətya-
nı əkinçilikdən geniĢ istifadə edən və iribuynuzlu qaramal saxlayan tayfa-
lar idi».
25
 
                                                 
25
 Дьяконов, 1971, 126.  


 
189 
Vaxtilə  Azərbaycandan  getmiĢ  bəzi  qızıldərili  (hindu)  boyları  və 
Skandinaviyaya gedib çıxmıĢ aslar, gedib Ġtaliyada oturan etrusklar, Uzaq 
Doğuya çatan saxalar da belə uzaq köç olayını yaĢamıĢlar. Arxeoloji bəl-
gələrə  görə,  Amerikada  ilk  insanların  məskunlaĢması  20-40  minil  öncə 
Berinq  boğazı  üzərindən  keçənlər  tərəfindən  gerçəkləĢmiĢdir.  Lakin 
həmin  çağdakı  köçlərdə  türk  etnosunun  iĢtirakı  mümkün  deyil,  çünki 
keçua,  siu  kimi  hindu  boylarının  dilində  qalmıĢ  türk  sözlərinin  yaĢı  3-4 
minildən o yana keçmir. Ona görə də, bir-iki türkmənĢəli hindu boyunun 
Avropaya gedib germanlara qarıĢan aslarla və ya sonradan asların getdiyi 
yolla  Avropaya  qədər  gedib,  Kolumbdan  minil  öncə  oradan  vikinqlər 
kimi dəniz yolu ilə Amerikaya keçməsi ehtimalı daha böyükdür.
26
 
Hindu 
dilində türkizmlər, etnoqrafik paralellər və çirok boyundan olan hindu-
nun  kavkasion  antropoloji  tipi  bu  ehtimalı  gücləndirir.
 
Həm də,
 
analoji 
miqrasiya ġotlandiya-Ġslandiya-Qrenlandiya marĢrutu ilə
 

 
baĢ vermiĢ-
dir.
27
 
Belə mərhələli köç etruskların tarixində daha aydın görünür. Belə 
ki,  onlar  Qafqazdan  Anadolunun  batısına  köçmüĢ  və  bir  müddət  sonra 
onların böyük bir hissəsi Ġtaliyaya keçmiĢdir. Təbii ki,
 
indiki ərazilərinə 
keçməmiĢdən öncə saxa
 
(yakut)
 
boylarının da
 
monqoloid etnoslarla qay-
nayıb-qarıĢma  prosesi  Baykal  hövzəsində  uzun
 
müddət  davam  etmiĢdir, 
çünki  onlar  türk  dilini  saxlasa  da,  ilkin  antropoloji  avropoid  tipini  tam 
itirib monqoloidə çevrilmiĢlər. Belə fizioloji assimilyasiya isə bir əsrdə 
deyil, əsrlər boyu gerçəkləĢə bilərdi.
28
 
KeçmiĢdə  uzaq  köçlərlə  yanaĢı,  yaxın  ölçülü  köçlər  də  olmuĢdur. 
Davamlı uzaq köçün müəyyən mərhələsi kimi bir bölgədən baĢqa bölgəyə
 
keçid
 
xarakterli
 
yaxın köçdən fərqli olaraq daĢqın-uçqun,
 
yanğın-zəlzələ 
                                                 
26
 Norveç arxeoloqları as (azər) boyuna məxsus bir bölümün Norveçə Azərbaycandan get-
məsini təsdiq edirlər. Bu günlərdə məĢhur səyyah alim Thur Heyerdalın Odin soyundan 
olan Norveç kralları, Odinin Aser (Azər) ölkəsindən çıxması və onun Aser-Odin adlan-
ması haqqında maraqlı mülahizələri vardır («Azərbaycan» qəz., 6 aprel, 1995). 
27
 Сергеева, 1983, 145-146. 
28
 Saxaların Baykaldan quzey bölgələrə köç tarixi o qədər də qədim deyil, lakin onların 
bura daĢıdığı dil bəlgələri, dəmirçilik sənəti daha qabaqlar yaĢadığı bölgələrlə bağlıdır. 
Belə ki, kontaktda olduqları evenklər dəvə görmədiyi halda, marala  tobo deyir, onların 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin