Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol


MÜXTƏLİF PATOLOGİYALARDA MEYDANA ÇIXAN



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1382
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
MÜXTƏLİF PATOLOGİYALARDA MEYDANA ÇIXAN 

AĞRI SİNDROMUNUN XÜSUSİYYƏTLƏRİ 

Ürək-damar xəstəlikləri 

Gərginlik stenokardiyası 

 

Tipik anginoz tutmanın 4 əsas xüsusiyyəti mövcuddur: 



1. Lokalizasiya və irradiasiyası: 

 

Anginoz tutma tipik olaraq döş sümüyü arxasında meydana 



çıxır (nəzərə alınmalıdır ki, həmin nahiyədə ağrının olmaması 

işemiyanı inkar etmir) 

 

Hər iki qola (ən çox sol qola), boyuna və alt çənəyə,  bəzən də 



kürəyə yayıla bilər  

 

Bəzən ağrılar irradiasiya nahiyəsində meydana çıxa bilər 



 

Tipik anginoz tutma lokal bir təzyiq şəklində və ya geniş bir 

sahədə də təzahür edə bilər. 

2. Fiziki gərginliklə əlaqəsi:  

 

Xəstələrin  əksəriyyətində  ağrılar fiziki gərginliklə başlayır, 



istirahətlə  və nitroqliserin qəbulu ilə keçir. Adətən, eyni 

gərginlik zamanı meydana çıxır, lakin soyuq havada və 

yeməkdən sonra daha az fiziki gərginliklə yarana bilər 

 

Emosional gərginlik anginoz tutmanı  ən çox provokasiya 



edən faktordur. 

3. Xarakteri:  

 

Anginoz ağrı, adətən kəskin ağrı olmayıb, sıxılma, təzyiq, 



yanma, göynəmə, ağırlıq, boğazda sıxılma hissi kimi təsvir 

olunur 


 

Bütün ürək mənşəli ağrılar kimi səthi deyil. 

4. Müddəti:  

 

Fiziki gərginlikdən meydana gələn ağrı 1-3 dəqiqə, bəzən 10 



dəqiqəyə qədər davam edə bilər (onun 20-30 dəqiqədən artıq 

davam etməsi kəskin koronar sindrom diaqnozunun 

qoyulmasına əsas verir) 

 

Emosional gərginlikdən sonra ağrılar daha uzun müddət 



davam edə bilər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 11

Ağrının – 1) döş sümüyünün arxasında olması; 2) gərginliklə 

əlaqəsi; 3) sakitlik və ya nitroqliserinlə keçməsi, onun tipik anginal 

(hər 3 xüsusiyyəti varsa), atipik (yalnız 2 xüsusiyyəti varsa) anginal 

və ya qeyri-anginal (yalnız 1 xüsusiyyət varsa) olmasını 

müəyyənləşdirməyə yardım edir



5

.  


Döş  qəfəsində anginal ağrılar bütün yaş qruplarında ÜİX üçün 

yuxarı risk təşkil edir. Atipik ağrılar 50 yaşdan yuxarı qadınlar və bütün 

kişilərdə ÜİX üçün orta risk təşkil edir. Qeyri-anginal ağrılar 60 yaşdan 

yuxarı qadınlar və 40 yaşdan yuxarı kişilərdə  ÜİX üçün orta dərəcəli 

risk təşkil edir.  

Aşağı risk səviyyəsi olan xəstələrin ailələrində  və anamnezlərində 

ÜİX ehtimalını artıran digər risk amilləri yoxdursa, sonrakı  sınaqların 

aparılmasına ehtiyac yoxdur. Orta risk səviyyəsi olan xəstələrdə 

elektrokardioqrafik dəyişikliklər stress EKQ vasitəsilə aşkar oluna bilər 

(əgər xəstə fiziki sınağı  həyata keçirə bilirsə, sol Hiss dəstəsinin 

blokadası  və sakitlik EKQ-də  nəzərəçarpacaq ST depressiyası 

yoxdursa). Sakitlik EKQ-də  dəyişiklik olan xəstələrdə perfuzion 

ssintiqrafiya stress EKQ ilə bərabər aparılır, əgər xəstə fiziki yük sınağı 

aparmaq iqtidarında deyilsə, farmakoloji sınaqlar vasitəsilə 

qiymətləndirilir. ÜİX-nin risk səviyyəsi yüksək olan, başqa testləri 

qeyri-informativ olmuş  və revaskulyarizasiyanın nəticələri faydalı ola 

biləcək xəstələr birbaşa angioqrafiyaya göndərilməlidir.  

 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin