təkrar alınmalıdır və əvvəlkilərlə müqayisə edilməlidir.
13
►
Miokardial zədələnmənin ən geniş yayılmış markerləri KFK MB
izoenzimi, troponin T və İ -dir.
KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı
ərzində 6,0 ng/ml (6,0 mkg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və
ölüm ehtimalının mötədil artmasına səbəb olur. Müraciətdən ən azı 8
saat sonra troponin T (2 ng/ml), 6 saat sonra troponin İ (1 ng/ml)
səviyyələrinin artması Mİ və kəskin koronar sindrom diaqnozunu
təsdiq edir və 30 gün ərzində Mİ residivi və ölüm ehtimalını artırır
(A)
5
.
Döş qəfəsində ağrı tutmasından sonra 6-72 saat ərzində
troponinlərin normal səviyyədə qalması, xüsusən əgər EKQ normal və
ya normaya yaxın olarsa, Mİ və KKS əleyhinə ciddi sübutdur. Döş
qəfəsində ağrı ilə müraciət etmiş, ÜD xəstəlikləri risk səviyyəsi aşağı,
normal və ya normaya yaxın, EKQ müayinəsi, troponin səviyyəsi
normal olan şəxslər ambulator xəstələr kimi qiymətləndirilə bilər.
İlk yardım:
STQOMİ və QSS-li xəstələrdə uzaq dövr ölüm göstəriciləri
STQMİ-dən daha yüksək olduğu üçün EKQ-də ST seqmentinin
qalxması olmayan KKS-li xəstələrin diaqnozunun vaxtında qoyulub
kardioreanimasiya şöbələrinə göndərilməsi həyati əhəmiyyət kəsb
edir.
Dostları ilə paylaş: