Ağrının xüsusiyyətləri:
Döş sümüyü arxasında dözülməz ağrılar
Tənəffüs aktı və bədənin vəziyyətinin dəyişməsi ilə
əlaqədardır
Kürəyə, çiyinə, qola irradiasiya edir
Disfagiya, səsin dəyişməsi (nazal, “tın-tın” səs)
Təngnəfəsliklə müşayiət olunur
Fizikal müayinə:
►
Döş qəfəsinin yuxarı yarısında və boyunda dərialtı krepitasiya
(dərialtı emfizema)
►
Ürək nahiyəsində auskultasiyada ürəkdöyünmə ilə üst-üstə düşən
xışıltı (Hamman simptomu)
►
Hərarətin yüksəlməsi
Rentgenoloji müayinədə yan proyeksiyada pnevmomediastenum.
İlk yardım:
Səbəb aradan qaldırılmalıdır. Dərialtı toxumaya keçmiş qazın bir
neçə gün ərzində rezorbsiyası baş verir. ASV zamanı meydana
çıxmış pnevmomediastenum nəticəsində gərgin PT əmələ gələ bilər
ki, bu da təxirəsalınmaz yardım tələb edir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|