23
Pnevmomediastenum
Divararalığında havanın toplanması, burada yerləşən hər hansı
havalı orqanın cırılması nəticəsində meydana çıxır: Valsava sınağı və
normal tənəffüsün digər pozulmaları (qışqırma, funksional ağ ciyər
sınaqları, doğuş, qusma, defekasiya, nəfəs alətlərində ifa etmək),
tənəffüs yollarının obstruksiyası (bronxial astma, ağ ciyərlərin xronik
obstruktiv xəstəliyi, şişlər), dekompressiya (uçuşlar və s.), döş qəfəsi
daxili təzyiqin xarici amillərin təsiri ilə yüksəlməsi (ağ ciyərlərin
süni ventilyasiyası, oksigenoterapiya, avtomobil travmaları), qida
borusunun zədələnməsi (məs, fibroezafaqoqastroduodenoskopiyanın
ağırlaşması kimi).
Dostları ilə paylaş: