Mədə-bağırsaq xəstəlikləri
Mədə-bağırsaq xəstəlikləri bəzən döş qəfəsində ağrıya səbəb ola
bilər. Lakin anamnez toplanması və fizikal müayinə ciddi
qastrointestinal xəstəliklərin inkar və ya təsdiq edilməsi üçün qeyri-
dəqiq üsullardır, buna görə də ağrıya səbəb ola biləcək həyat üçün
təhlükəli ÜD və ağ ciyər xəstəlikləri inkar olunmalıdır.
Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi
Əksərən anamnezində sinir-psixi gərginlik, tütünçəkmə, qeyri-
müntəzəm və qeyri-rasional qidalanma, alkoqol və tünd qəhvə qəbulu,
irsi meyllilik olan nisbətən cavan yaşlı kişilərdə təsadüf olunur. Sorğu
zamanı yanaşı gedən xəstəliklər, müxtəlif dərman preparatlarının
(asetilsalisil turşusu, qlükokortikoid və s.) uzun müddət qəbulu faktı da
nəzərə alınmalıdır. Xəstəliyin inkişafında və residivləşən gedişində
Helicobacter pylori infeksiyasının da rolu isbat olunmuşdur.
Xora xəstəliyinin klinikasında ağrı əsas simptomdur.
Ritmikdir, qida qəbulu ilə əlaqədardır (erkən, gecikmiş,
acqarına və gecə ağrıları)
Lokalizasiyası mədənin kardial şöbəsinin xorasında atipik olub,
döş sümüyünün arxasında və ya ondan solda, kiçik əyriliyin
xorasında – epiqastral nahiyədə, pilorik və duodenal xoralarda –
epiqastaral nahiyədə orta xətdən sağda, postbulbar xoralarda –
sağ kürəkaltı və kürəkarası nahiyədə
Periodikdir (dövri xarakter daşıyır) – kəskinləşmə (bir neçə
gündən 6-8 həftəyə qədər) və remissiya dövrləri (bir neçə aydan
bir neçə ilə qədər) növbələşir:
sutka ərzində dövrilik – ağrı günün ikinci yarısında güclənir,
fəsli dövrilik – mövsümi xarakter daşıyır, payız-qış aylarında
kəskinləşir
Xarakteri və intensivliyi – küt, sızıldayan, yandırıcı, kəsici, sancı
tutmaları şəklində, bəzən çox intensiv
Ağrı sindromu ilə yanaşı qıcqırma, gəyirmə, ürəkbulanma, turş
möhtəviyyatla qusma, iştahanın artması, bəzən azalması,
sitofobiya, qəbizlik müşahidə edilir
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların
meydana çıxması ilə təzahür edə bilər. Təcili diaqnostika və tibbi
müdaxilə tələb edən ağırlaşma xoranın perforasiyasıdır. Bu zaman ağrı
çox intensiv (“xəncər” ağrısı) olub, qusma, bəzən kollapsla müşayiət
oluna bilər.
Fizikal müayinə:
►
Xəstənin məcburi vəziyyəti – önə əyilmiş, böyrü üstə uzanmış,
əlləri ilə epiqastral nahiyəni sıxır
►
Palpasiyada epiqastral nahiyədə lokal ağrı, mötədil gərginlik
aşkar olunur
►
Perforasiya zamanı qarnın ön divarı əzələlərinin kəskin gərginliyi
(“taxtavari” qarın), peritonun qıcıqlanma simptomunun meydana
çıxması, qara ciyər kütlüyünün itməsi təyin olunur
Dostları ilə paylaş: |