Pnevmotoraks (PT)
Plevra boşluğuna visseral plevradakı defektdən havanın keçməsi
zamanı baş verə bilər. Gənc (20-40 yaşda) siqaretçəkən şəxslərdə və ağ
ciyərlərin xronik obstruktiv xəstəlikləri olan pasiyentlərdə döş qəfəsində
kəskin ağrı və təngnəfəslik meydana çıxdıqda PT-dən şübhələnmək
lazımdır. Birincili spontan (20-40 yaşda, arıq və hündür kişilərdə),
ikincili (ağ ciyər xəstəlikləri: ağ ciyər vərəmi, absesi, sisti, stafilokokk
destruksiyası fonunda meydana çıxan), travmatik, gərgin (hava bir
istiqamətdə yalnız plevra boşluğuna daxil olur) PT ayırd olunur.
Xəstəlik adətən
qəflətən, surətlə inkişaf edir;
əksər hallarda fiziki gərginlik, öskürək, kəskin nəfəsalma
fonunda “xəncər” ağrısı, təngnəfəslik, öskürək meydana çıxır;
zədələnmiş nahiyədə çiyinə irradiasiya edir;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
simptomlar nəfəsalma və fiziki gərginlik zamanı artır;
qorxu hissi, soyuq tərlə müşayiət olunur.
Dostları ilə paylaş: |