Ağ ciyər arteriyasının tromboemboliyası (AATE)
Bu xəstələrin 80-90%-də AATE və aşağı ətrafların dərin
venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə
risk amilini (RA) aşkar etmək olur. RA aşkar olunması klinisistə
diaqnozun qoyulmasında yardım edə bilər: xəstənin
immobilizasiyası – yataq rejimi, ürək çatışmazlığı, çanaq
orqanlarında, qarın boşluğu orqanlarında, aşağı ətraflarda cərrahi
əməliyyat (bu zaman artıq çəki və yuxarı yaş riski artırır), aşağı ətraf
sınıqları və oynaqlarının iltihabı xəstəlikləri, venaların varikoz
genəlmələri, qarın boşluğu və kiçik çanaq orqanlarının bəd xassəli
şişləri metastazlaşma dövründə, piylənmə, hamiləlik, erkən doğuşdan
sonrakı dövr, əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və
ya keçirilmiş AATE, həmçinin kiçik risk amilləri (hava səyahətləri,
hormonal kontrasepsiya), trombofiliyalar.
Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən
asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü
şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır,
ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-
ürək çatışmazlığı və ölümlə nəticələnir.
Kəskin gedişdə qəfildən döş sümüyü arxasında meydana çıxan
“xəncər” ağrısı, kəskin təngnəfəslik, ölüm qorxusu, huşun itməsi, AT
enməsi, sianoz (çuqun rəngi), boyun venalarının şişməsi aşkar
olunur.
Kiçik və orta şaxələrin təkrar tromboemboliyalarında klinikada
ağrı üstünlük təşkil edir:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
döş sümüyünün arxasında, parasternal nahiyədə lokalizasiya
edir, psevdokoronar xarakterli ola bilər
kəskin meydana çıxır
ağ ciyər infarktı və plevranın zədələnməsi nəticəsində
nəfəsalma aktı ilə əlaqədar olur
təngnəfəslik, öskürək, qanhayxırma ilə müşayiət olunur
Fizikal müayinə zamanı taxikardiya, taxipnoe, sianoz (bəzən kül
rəngdə avazıma), AT-nin enməsi, kollaps
►
Ağ ciyər arteriyası üzərində II tonun aksenti, sistolik küy
►
Ağ ciyər infarktı inkişaf etdikdə ağ ciyərlər üzərində səs titrəməsi
və bronxofoniya güclənmiş, perkutor səsin kütləşməsi, bronxial
tənəffüs fonunda xırda kalibrli yaş xırıltılar, infarkt nahiyəsində
plevra zədələndikdə plevranın sürtünmə küyü
►
Qara ciyərin böyüməsi
Dostları ilə paylaş: |