16
►
KT, MRT
►
Qanın ümumi analizi zamanı kəskin meydana çıxan
anemiya
aşkar olunur
İlk yardım:
Sistolik AT endirilməlidir (100-120 mm Hg qədər), nifedipin,
nitroqliserin, nitroprussid, beta-blokatorlar və analgetiklər təyin
olunur.
Qalxan aortanın laylanması təxirəsalınmaz cərrahi əməliyyat
tələb edir. Trombolitiklər əks-göstərişdir.
Miokardit
Müxtəlif virus infeksiyaları, kollagenozlar, allergik vəziyyətlər,
revmatizm, şüalanma, bəzi dərman preparatlarının (sitostatiklər,
fenotiazin törəmələri) qəbulunu və s. müşayiət edə bilər. Kəskin
miokardit infeksion prosesin təzahürlərindən biri, və ya yeganə
təzahürü ola bilər.
Dostları ilə paylaş: