Aortanın laylanan anevrizmi
Klinik təzahürlərinin rəngarəngliyi diaqnostik səhvlərə səbəb ola
bilər. Bu patologiya zamanı diaqnozun vaxtında qoyulmaması fatal
nəticələrə gətirib çıxara bilər. Anamnezdə arterial hipertoniya,
Marfan sindromu, aorta qapağının anadangəlmə qüsurlarının (ikitaylı
aypara qapaq) olması risk amillərinə aiddir.
Ağrının xüsusiyyətləri:
►
Döş sümüyünün arxasında, kürək nahiyəsində lokalizasiya edir
►
Aortanın gedişi boyunca irradiasiya edir, bəzən boyuna, çənəyə,
döş qəfəsinin hər iki tərəfinə yayıla bilər
►
Qəfildən meydana çıxır, çox şiddətlidir, cırılma xarakterlidir
►
Aşağı ətraflarda halsızlıq hissi ilə müşayiət olunur
Dostları ilə paylaş: |