Fizikal müayinə:
►
xəstənin ümumi vəziyyəti ağırdır,
►
aşağı və yuxarı ətraflar və ya hər iki yuxarı ətraflarda AT
nəzərəçarpacaq dərəcədə fərqlidir, bəzən təzyiqləri ölçmək
mümkün olmur
►
perkussiyada damar dəstəsinin genişlənməsi, auskultasiyada aorta
üzərində və Botkin-Erb nöqtəsində kobud küy aşkar olunur
►
hemoperikard və hemotoraksla müşayiət olunarsa, səciyyəvi
əlamətlər aşkar olunur (məs, perkussiyada ürək kütlüyü
sərhədlərinin genişlənməsi, ürək tonlarının karlaşması, yuxarı boş
venanın sıxılması sindromu (sifətin sianozu, vidaci venaların
şişməsi)). Bu halda simptomlar sürətlə inkişaf edir və həyat üçün
xüsusi təhlükə törədir
Dostları ilə paylaş: |