Psixoemosional pozulmalar
Panik pozulmaların diaqnostikasında yüksək həssaslığa malik 2
sadə sualdan istifadə olunur
5
:
1.
Son 6 ay ərzində sizdə nə vaxtsa qəfildən qorxu, həyəcan və
ya güclü narahatlıq hissi ilə müşayiət olunan tutmalar
olubmu?
2.
Son 6 ay ərzində sizdə nə zamansa heç bir səbəb olmadan
qəfildən ürəkdöyünmə, zəiflik və ya nəfəsalmanın
çətinləşməsi kimi tutmalar olubmu?
Əgər sualların hər hansı birinə müsbət cavab verilmişsə, bu,
panik pozuntuların olmasını göstərir. Lakin nə bu suallar, nə də ki,
klinik təəssürat həyəcanla bağlı ürəkdən kənar döş qəfəsi ağrıları
diaqnozunun müəyyənləşdirilməsi üçün kifayət qədər spesifik deyil
və müsbət cavab ÜD xəstəliklərinin risk amilləri olan xəstələrdə
gələcəkdə kardioloji müayinələrin aparılmasına mane olmamalıdır.
Ümumiyyətlə, psixo-emosional pozulmalar zamanı
(depressiyalar, psixopatiyalar) döş qəfəsində meydana çıxan ağrıların
aşağıdakı xüsusiyyətləri vardır:
çox qısa sancıcı xarakterli və ya uzunmüddətli ağırlıq hissi
(depressiya zamanı)
bir qayda olaraq ürəyin zirvəsində lokalizasiya edir
emosional gərginlik və yorulma ilə əlaqəlidir, fiziki
gərginliklə əlaqəsi olmur
nevroloji əlamətlərlə müşayiət olunmur
EKQ norma daxilindədir
psixoterapiya aparılması və stress amilinin aradan
qaldırılması effektli olur
Dostları ilə paylaş: |