Ən çox istifadə olunan elektron xidmətlərə gəlincə, bunlar telefon nömrəsi üzrə axtarış (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi), Sığorta edənin uçot nömrəsinin öyrənilməsi, Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi, pensiya kapitalı barədə məlumat, pensiya kalkulyatoru (Dövlət Sosial Müdafiə Fondu), Azərbaycan adlarının mənası barədə məlumatın verilməsi (Ədliyyə Nazirliyi), yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar, PİN-ə görə fərdi məlumatların axtarışı (Daxili İşlər Nazirliyi) və VÖEN-ə görə ödəyicinin axtarılması (Vergilər Nazirliyi) olub. Onu da deyək ki, ilk mərhələdə dövlət qurumları tərəfindən göstərilən xidmət növlərinin sayının 417-yə çatdırılması qərara alınıb. İndi "Elektron hökumət" portalının mobil versiyası da mövcuddur. Beləliklə, alınmasına saatlar, həftələr və aylar sərf olunan sənəd elektron sənəd dövriyyəsinin tətbiqi ilə, sorğu verən şəxsin identifikasiyasından sonra bir neçə saniyə içərisində əldə edilir. Vətəndaşın kimliyi isə onun elektron imzası ilə müəyyənləşir