Dövlət İdarəçiliyində İntellektual Sistemin rolu



Yüklə 1,46 Mb.
səhifə7/14
tarix02.01.2022
ölçüsü1,46 Mb.
#35619
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Dövlət idarəçiliyində İS-in rolu

Artıq www.e-gov.az dövlət orqanlarının elektron xidmətlərə keçidi və onlar arasında operativ əlaqənin yaradılmasını təmin edən universal ünsiyyət vasitəsinə çevrilir. Məsələn, bu sistem tətbiq olunduqdan sonra vətəndaşın hansısa quruma sənəd verərkən, əvvəlki kimi alt sənədləri toplamasına ehtiyac qalmır. Dövlət qurumlarında vətəndaş haqqında yığılmış hər hansı məlumat mövcuddursa, təqdim edilən sənədlər digər aidiyyatı qurumlara da çatdırılır. Bu da vətəndaşı əlavə sənədlər yığmaqdan, başqa dövlət qurumlarına müraciət etməkdən azad edir. Göstərilən xidmətlər internet üzərindən həyata keçirildiyi üçün zaman və məkan anlayışı aradan qalxır. Misalçün, bəzən vətəndaşlar paytaxta - hansısa səlahiyyətli şəxsin qəbuluna uzaq kəndlərdən gəlməli olurlar. Bununla bir neçə gün vaxt itirməklə yanaşı, ən azı yol və mehmanxanaya xeyli pul xərcləyirlər. "Elektron hökumət" portalı bütün bu halları aradan qaldırmaqla yanaşı, fiziki cəhətdən məhdud imkanları olan vətəndaşların da dövlət xidmətlərindən asan, rahat, şəffaf və səmərəli şəkildə yararlanmasına şərait yaradır. Bunun üçün isə vətəndaş təbii ki, elektron hökumət portalına müraciət etməli, www.e-gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidir. Onu da deyək ki, elektron xidmətlər üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “elektron hökumət” portalı üzərindən istifadə edilən xidmətlər üçün heç bir əlavə haqq tələb olunmur.


This Photo by Unknown Author is licensed under CC BY-NC

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin