“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının


YANğIN BAŞ VERƏN HALLARDA İNSANLARIN TƏHLÜKƏSİZLİYİNİN



Yüklə 36,81 Kb.
səhifə3/15
tarix03.08.2023
ölçüsü36,81 Kb.
#138471
1   2   3   4   5   6   7   8   9   ...   15
142 Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları

4. YANğIN BAŞ VERƏN HALLARDA İNSANLARIN TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİ.

4.1 Tikinti Norma və Qaydalarının (sonradan TN və Q) tələblərinə uyğun olaraq, təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, yanğın barədə xəbərdar etmə və qəza işıqlandırma sistemləri ilə təchiz edilməlidir.


4.2 Hər bir müəssisə üçün köçürmə yollarının sayı, oradakı keçidlərin, dəhlizlərin və qapıların eni TN və Q-nin müvafiq bəndələrinə uyğun olaraq müəyyən edilir.
4.3 Yanğın zamanı insanların köçürülməsinə kömək edən, 4.1 bənddə göstərilən xüsusi qurğular daima saz və istifadə üçün yararlı vəziyyətdə saxlanılmalıdır.
4.4 İnsanların binadan köçürülməsini pisləşdirən konstruktiv-planlaşdırma qərarlarının qəbul edilməsi qadağandır.
4.5 Hər bir təhsil müəssisəsi üçün yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün “ Köçürmə Planı” hazırlanmalıdır.
4.6 Bütün əsas və ehtiyat qapıları binadan çıxış istiqamətinə doğru maneəsiz açılmalıdır. Köçürmə yollarının qapıları yalnız asan açılan qıfıllarla kilidlənməlidir.
4.7 Əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda anbar otaqlarının, tikililərin qurulması, eləcə də əşyaların saxlanması qadağandır.
4.8 Təhsil auditoriyalarının, siniflərin, mühazirə və idman zallarının, yataqxanaların, habelə uşaqlar və məktəblilər üçün nəzərdə tutulan otaqların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması qadağandır.
4.9 Dəhlizlərin, pilləkən qəfəslərinin və digər təxliyyə yollarının düzəldilməsində, bəzədilməsində sintetik, taxta, habelə ağac lifli materiallardan istifadə etmək qadağandır.
4.10 Köçürmə yollarında , eləcə də kütləvi insanlar olan digər otaqlarda olan xalça və xalça ayaq altlıqlar döşəməyə möhkəm bərkidilməlidir. Yandıqda zəhərli maddə ayrılan materiallardan olan xalça və xalça ayaq altlıqlardan istifadə etmək qadağandır.
4.11. Məktəblərin və məktəbəqədər uşaq müəssisələrinin birinci mərtəbələri yalnız ibtidai sinifdə oxuyan və kiçik yaş qrupuna aid uşaqların yerləşdirilməsi üçün ayrılmalıdır.



Yüklə 36,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin