142 Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları
8. QURĞULARA OLAN TƏLƏBLƏR.
8.1. Təlim məqsədləri üçün nəzərdə tutulan qurğular normal iş rejimində yanğın təhlükəsiz olmalıdır.
8.2. İstehsal edilən və ya istifadə edilən maddə və materialların yanğın təhlükəliliyinin səciyyəvi xüsusiyyətləri xidməti heyət tərəfindən öyrənilməlidir. Yanğın və partlayış təhlükəli, parametrləri öyrənilməmiş maddə və materiallardan tədris proseslərində istifadə etmək və saxlamaq qadağandır.
8.3. Partlayış-yanğın təhlükəli qaz ,buxar və toz ayıran maddələrin dövr etdiyi qurğular, aparatlar və boru kəmərləri germetik olmalıdır.
8.4. Yanğın və alışmaya səbəb ola biləcək nasaz qurğu və cihazlardan istifadə etmək qadağandır.
8.5. Qurğuların iş rejimi və onların üzərinə düşən yükün həcmi həmin qurğuların texniki şəhadətnaməsində qeyd olunan göstəricilərə uyğun olmalıdır.
8.6. Qurğular işlədiyi zaman onların səthinin temperaturu 45 dərəcədən yüksək olmayaraq ətraf mühütün temperaturundan artıq olmamalıdır.
8.7. Bütün qurğular, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiş qrafiklə müəyyən edilmiş müddətlərdə onların texniki şərtlərinə uyğun olaraq cari və perespiktiv təmirdən keçməlidir.
8.8. Təzyiq altında olan qurğuların təmir olunması, işlək vəziyyətdə olan nasoslarda və kompressorlarda kipləşdiricilərin dartılması və vurulması eləcə də qurğuda təzyiqi aşağı salınmadan aparatlarda və boru kəmərlərində flansların kipləşdirilməsi qadağandır.
8.9. Materialların alışması və ya qazların, maye buxarlarının partlayış təhlükəsi yarana biləcək otaqlarda keçən boru kəmərlərinin isti səthləri, temperaturun təhlükəsiz miqdara endirilməsi üçün yanmayan materiallarla örtülməlidir.
8.10. Lifli materialların, əzilmiş vəziyyətdə olan bərk yanar maddələrin ilkin emalını həyata keçirən xətlər, maşınlar və aparatlar kənar əşyaları tutmaq üçün xüsusi qurğularla təchiz olunmaldır.
8.11. Yanğın partlayış təhlükəli tədris otaqları müəyyən edilmiş qaydada təsdiq edilmiş siyahıya əsasən avtomatik yanğınsöndürmə və yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təchiz olunmalıdır.
8.12. Qazları və buxarları partlayış təhlükəli birləşmələr yaradan maddə və materialların saxlanıldığı, habelə onların istehsal olunduğu otaqların hava mühütünə nəzarət edilməsi üçün avtomatik qaz analizatorlar quraşdırılmalı və ya qeyd olunan otaqların hava mühütü mütəmadi olaraq laboratoriya analizindən keçirilməlidir.